Son 1 ayda Azərbaycanda ikinci böyük QALMAQAL .....                        Putin müharibəni bitirmək istəmir - Tramp .....                        Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir .....                        Qəzzanı idarə edəcək 15 nəfər seçilib" .....                        Zığda yanğın: 2 nəfər xəsarət aldı .....                        Prezidentdən ETSN-lə bağlı fərman .....                        Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı .....                        Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu .....                        Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü .....                       
17-09-2022, 22:57
32 hərbçinin meyiti Ermənistana verildi - Rəsmi


32 hərbçinin meyiti Ermənistana verildi - Rəsmi

Məlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki verib. Bildirilib ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib."Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilib. Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcək", - rəsmi məlumatda qeyd olunub.
17-09-2022, 22:55
“Qəbələ” “Sumqayıt”ı məğlub etdi


“Qəbələ” “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ" klubu doğma meydanda "Sumqayıt"ı qəbul edib. Butov.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Qəbələ" 4-cü pilləyə yüksəlib. 3 xalı olan "gənclik şəhəri" təmsilçisi 8-ci sırada yer alıb.
17-09-2022, 22:46
Zəngilan hava limanının açılışı oktyabrda olacaq - Ərdoğan


Zəngilan hava limanının açılışı oktyabrda olacaq - Ərdoğan

Oktyabr ayının 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib. Prezident qeyd edib ki, hava limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
17-09-2022, 22:42
Region ölkələrinin Azərbaycana dəstəyi vacibdir - Ərdoğan


Region ölkələrinin Azərbaycana dəstəyi vacibdir - Ərdoğan

Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi, əvvəllər götürdüyü öhdəliklərə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi olduqca əhəmiyyətlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib."Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir. Bütün region ölkələrinin Qarabağ mövzusunda Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və güclü dəstək verməsi vacibdir", - Türkiyə lideri deyib.
17-09-2022, 22:39
Hərbçilərimiz Türkiyədə təlimləri başa vurdular


Hərbçilərimiz Türkiyədə təlimləri başa vurdular

Azərbaycan Ordusunun daha bir qrup hərbi qulluqçusu Türkiyədə təlimləri başa vurub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər Çanaqqala şəhərində yerləşən 18-ci Motoatıcı Piyada Briqada Komandanlığında keçirilib. Açıqlamada bildirilib ki, “Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb. Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.
17-09-2022, 22:37
XİN: Hazırda atəşkəsə əməl olunur


XİN: Hazırda atəşkəsə əməl olunur

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı olub. Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyəti müzakirə ediblər:"Nazir Ceyhun Bayramov 12 sentyabr tarixindən etibarən Ermənistanın silahlı qüvvələrimizin mövqelərini atəşə tutması və hücumları nəticəsində 79 nəfər hərbi qulluqçumuzun həlak olduğunu, bölgədə yaranmış gərginliyə görə məsuliyyətin Ermənistan üzərinə düşdüyünü diqqətə çatdırıb. Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar barədə məlumat verilib"."Hazırda atəşkəsə əməl olunduğu, Ermənistanın təxribatlardan çəkinməsinin və iki dövlət arasında məsələlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu nazir tərəfindən diqqətə çatdırılıb", - rəsmi məlumatda qeyd olunub.
17-09-2022, 22:33
Məhv edilən erməni qadının qardaşı da “Aprel döyüşü”ndə öldürülüb


Məhv edilən erməni qadının qardaşı da “Aprel döyüşü”ndə öldürülüb

Azərbaycan hərbçilərinin sentyabrın 13-də sərhəddəki təxribatlar zamanı məhv etdiyi 42 yaşlı erməni qadın döyüşçü Alisa Melkonyan “Aprel döyüşləri”ndə öldürülən Qaqik Melkonyanın bacısı olub. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. “Alisa Melkonyan müqaviləli əsgər idi, Geqarkunikdə (Göyçə-red.) ən yüksək və ən soyuq postlardan birində xidmət edirdi. Alisa müharibədə ağır yaralanıb, 3 ay yeriyə bilməyib, lakin müalicə olunduqdan sonra döyüş xidmətinə qayıdıb”, - deyə onun haqqındakı məlumatda bildirilir. Yaxınlarının verdiyi məlumata görə, Alisa 2016-cı ildə qardaşı öldürüldükdən sonra hərbi xidmətə başlayıb. Qadının qardaşı Qaqik Melkonyan Tərtər rayonunun Talış kəndi idtiqamətində 4 günlük müharibə zamanı məhv edilmişdi...
17-09-2022, 22:30
Azəbaycanda daha 214 yeni yoluxma...


Azəbaycanda daha 214 yeni yoluxma...

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 819 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 698 nəfər müalicə olunaraq sağalıb, 9 884 nəfər vəfat edib, aktiv xəstə sayı 1 756 nəfərdir. Ölkədə son sutka ərzində 3 311, hazırkı dövrədək isə 7 213 045 test aparılıb.
17-09-2022, 22:25
Sərhəddəki hadisələrdə neçə erməni əsgər əsir düşüb?


Sərhəddəki hadisələrdə neçə erməni əsgər əsir düşüb?

Ermənistan-Azərbaycan sərhəddində baş vermiş son silahlı toqquşmada 10-dan artıq erməni əsgər əsir götürülüb. Bunu Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəliyinin sözçüsü Hasmik Samvelyan bildirib. “Müəyyən edilmiş məhbuslarla bağlı başqa məlumatı qeyd edə bilmərəm”, - deyə o bildirib. Hasmik Samvelyan bununla bağlı artıq beyməlxalq təşkilatlardan kömək istənildiyini vurğulayıb.
17-09-2022, 22:23
Elçin Sadıqov azadlıqda


Elçin Sadıqov azadlıqda

Ev dustaqlığına buraxılan vəkil Elçin Sadıqov həbsdən çıxıb. Butov.az xəbər verir ki, onun ilk fotosunu jurnalist Pərviz Həşimli paylaşıb. Həbs olunduğu gündən aclıq aksiyasına başlayan vəkilin çəki itirdiyi fotodan aydın görünür. Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqov barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda şikayət qismən təmin edilib. Məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsasların aradan qalxdığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib. Qeyd edək ki, vəkilləri E.Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!