Pezeşkian da Xankəndiyə gəlir - Səfirlik TƏSDİQLƏDİ .....                        Sulutəpədə evlərdən 10 min manatlıq qızıl oğurlandı .....                        Rusiya və Azərbaycanın Baş prokurorluqları müzakirə aparıblar .....                        ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin etdi .....                        İmtahan nəticələri AÇIQLANDI .....                        Prezident Xankəndi-Şuşa kanat yolunun ərazisinə baxıb .....                        20 gün əvvəl su anbarında batan gənc qızın meyiti tapıldı .....                        Dubaydan gələn sərnişində 548 karat brilyant aşkarlandı - FOTO .....                        Şahbaz Şərif Füzulidə .....                       
6-07-2022, 07:46
Təbriz məhkəməsi "Xaqan" adına kimlik verilməsini qanunsuz adlandırıb


Təbriz məhkəməsi "Xaqan" adına kimlik verilməsini qanunsuz adlandırıb

Təbrizin 39-cu Hüquq Məhkəməsi Xaqan adına şəxsiyyət vəsiqəsi verilməsini "islam və İran mədəniyyətinə, ölkə qanunlarına uyğun olmadığı"nı bildirib. Məhkəmə Qeydiyyat İdarəsinin bu ada şəxsiyyət vəsiqəsi verməməsinə haqq qazandırıb:
"Çox götür-qoy elədim nə yazım, ancaq bir yerə çatmadım. Axi bir ad sizi niyə bu qədər sıxır? Mən bu məsələyə savaş adı qoya bilmirəm, ancaq görünür ki, belə istənilir. Bilmirəm siz məni yorursuz, yoxsa özünüzü?"-deyə, Yunis Mahmudi sosial media paylaşımında yazıb.
Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməməsi ilə bağlı qərarı Təbrizin Hüquq Məhkəməsinin 39-cu bölməsinin hakimi Davud Babayi verib.
Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. İnsan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.
Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu vurğulanıb.
6-07-2022, 07:36


Vərziğanda kənd evləri dağıdılıb
Vərziğanda kənd evləri dağıdılıb

Süngün mis mədənini genişləndirmək üçün əhali bölgədən köçürülür.
Yayılan məlumatlara görə, iyulun 5-də Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən Süngün mis mədənini genişləndirmək üçün Kəngavər kəndinin əhalisinin məcburi köçürülməsinə çalışılıb. Media fəallarının verdiyi xəbərdə şirkət rəhbərliyinin kənd evlərini dağıtmaq üçün cəlb etdiyi texnikanın kəndə girişinə mane olmağa çalışan əhali ilə məmurlar arasında qarşıdurma olub.
Məlumatda bir neçə kənd evinin uçurulmasına baxmayaraq, evi uçurulan bir qadının infarkt keçirərək ölməsindən sonra uçurma işləri dayandırılıb. Bununla yanaşı eyni gündə Süngün mis mədənində işləyən mədənçilər etiraz aksiyası keçiriblər. Onlar rəsmi işçilərlə müqavilə əsasında işləyən fəhlələrin əmək haqqı və imtiyazlarında ayrı-seçkiliyə yol verilməsinə görə narazılıqlarını bildiriblər.
5-07-2022, 15:47
"Ana sport" futbol klubu yeni uğur qazanıb

Təbrizin qadınlardan ibarət "Ana sport" futbol klubu yeni uğur qazanıb

İran çempionatının ikinci liqasında yarışan Təbrizin qadınlardan ibarət "Ana sport" klubu ardıcıl iki qələbə qazanaraq, bu yarışın ikinci mərhələsinə adlayıb.
Yeni sezonda ölkənin ikinci qadın futbolçuları liqasında 12 komanda hər biri 4 komandadan ibarət 3 qrupda mübarizə aparırlar.
İyulun 4-də Təbriz təmsilçisi "Ana sport" Qum şəhərinin "Polimeri İraniyan" komandası ilə keçirdiyi görüşdə 5-0 hesabı ilə, iyulun 5-də isə Əlbor əyalətinin "Setareqan" komanası ilə qarşılaşmada 4-3 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
Süheyla Kəyaninin baş məşqçisi olduğu "Ana sport" komandasının üzvləri iki qələbədən 6 bal toplayaraq növbəti mərhənin ilk yerində qərarlaşıblar.

5-07-2022, 15:17
Azərbaycan 788 milyon manat borc qaytarıb


Azərbaycan 788 milyon manat borc qaytarıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 8 714,1 milyon manatı və yaxud 67,4% cari xərclər, 3 434,8 milyon manatı və yaxud 26,5%-i əsaslı xərclər, 787,7 milyon manatı və yaxud 6,1%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub. Bu barədə Maliyyə Nazirliyindən verilən məlumatda bildirilib.
Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,8% çox, 12,5% çox və 10,8% azdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!