Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər .....                        “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu” - Saakaşvili .....                        Azərbaycan millisinin baş məşqçisi vəzifəyə təyin edildi .....                        Azərbaycanın layihələri sanksiyalardan azad edildi .....                        Daha 45 fələstinlinin cəsədi təhvil verildi .....                        Fenomenə çevrilmiş dilənçi qız saxlanıldı .....                        100 illik saziş qüvvəyə mindi .....                        Ramil Həsən Ceyhun Bayramovun qəbulunda .....                        Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                       
15-09-2022, 21:01
KTMT ölkələrindən Ermənistana rədd cavabı


KTMT ölkələrindən Ermənistana rədd cavabı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzvləri Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlara müdaxilə etmək qərarına veto qoyublar. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Belə ki, Qazaxıstan, Qırğızıstan və Tacikistan Ermənistanın tələblərini rədd edərək əməliyyatlara qarışmaqdan imtina ediblər. KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov keçirdiyi brifinqdə bildirib ki, onun rəhbərlik etdiyi qrup bu gün axşam saatlarında İrəvana gələcək.
15-09-2022, 20:50
Ərdoğan Putinlə sərhəddəki vəziyyəti müzakirə edəcək


Ərdoğan Putinlə sərhəddəki vəziyyəti müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin bu gün Özbəkistanın Səmərqənd şəhərinə yola düşüblər. Butov.az xəbər verir ki, sammit çərçivəsində Türkiyə və Rusiya dövlət başçılarının görüşü nəzərdə tutulub. Məlumata görə, Ərdoğan-Putin görüşündə iki ölkəni maraqlandıran aktual məsələlər, Ukraynada davam edən müharibə və Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyət müzakirə olunacaq. Qeyd edək ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan, Türkmənistan və Türkiyə liderləri Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə fəxri qonaq qismində qatılacaqlar. Ermənistan Baş naziri Nikol Paşinyan isə sammitə getməkdən imtina edib.
15-09-2022, 20:48
İran Azərbaycan və Ermənistanla sərhədə qoşun yığır


İran Azərbaycan və Ermənistanla sərhədə qoşun yığır

İran Azərbaycan və Ermənistan sərhədinə qoşun yeridir. Bu barədə “Ermənistanın Birləşmə” hərəkatının üzvü Avetik Çalabyan "Facebook" səhifəsində məlumat yayıb. "Bizdə olan məlumata görə, İran öz qoşunlarını Ermənistan və Azərbaycan sərhədlərinə yaxınlaşdırıb. Ona görə də narahatlığa ehtiyac yoxdur",- Çalabyan bildirib. İran tərəfi isə məlumatı nə təkzib, nə də təsdiq edib. Rəsmi Tehran hələlik hər hansı açıqlama verməyib.
15-09-2022, 20:45
Avropa azərbaycanlılarından erməni təxribatına sərt etiraz


Avropa azərbaycanlılarından erməni təxribatına sərt etiraz

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının etirazına səbəb olub. İtaliyada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib. Butov.az xəbər verir ki, Azərbaycan-İtaliya Birliyinin sədri Fərid Abbasovun imzası ilə yayılan bəyanatda Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verilib, bu təcavüzün səbəblərinə diqqət cəlb edilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb. Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq hüquq normalarına, bölgədə aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu bildirilib. Azərbaycanın işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir zamanda məhz Ermənistanın hərbi təxribata yol verməsi bu prosesə hər vəchlə mane olmasının növbəti bariz nümunəsi kimi qiymətləndirilib: “Biz, İtaliyada yaşayan Azərbaycan icması, dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistanın revanşizm ideyalarına son qoyulması və sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını tələb edirik”. Niderlandda fəaliyyət göstərən Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti də Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribata kəskin etirazını bildirib. Cəmiyyətin sədri Frəngiz Bağırovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistanın beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə zidd olan hərbi cinayəti barədə ətraflı məlumat verilib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribata Macarıstanda yaşayan soydaşlarımız da etiraz edib. Beləki, Macarıstanın Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin yaydığı bəyanatda Ermənistanın növbəti dəfə törətdiyi təcavüz barədə ətraflı məlumat verilib. Beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə zidd olan hərbi təxribatın səbəblərinə diqqət cəlb edilib. Təcavüzkar Ermənistanın hərbi təxribatına Almaniyanın Hannover şəhərində yaşayan Azərbaycan icması sərt etiraz edib. Alman-Azərbaycan Dostluq Assosiasiyasının yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatında ünvanlanan məktubda hərbi təxribat nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib. Ermənistanın beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu təcavüzkar hərəkətinin səbəblərinə diqqət cəlb edilib. Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribata sərt etirazını bildirib. Assosiasiyanın yerli və beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesi ilə bir araya sığmayan növbəti təcavüzü barədə ətraflı məlumat verilib, bu hərbi cinayətin səbəblərinə diqqət cəlb edilib.
15-09-2022, 20:41
Nazirlik şəhiddən 6 min manat rüşvət alınması faktını araşdırır


Nazirlik şəhiddən 6 min manat rüşvət alınması faktını araşdırır

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-də şəhid olmuş gizir Səbuhi Əhmədovun "Komando" xüsusi briqadasına götürülməsi üçün 6000 manat rüşvət verməsi barədə iddianı araşdırır. Bu barədə xəbəri “Haqqin.az” saytının rəhbəri Eynulla Fəzullayev ictimailəşdirib. “Bir saat öncə Müdafiə Nazirliyi ilə danışdım. Şəhid Səbuhi Əhmədovun qardaşı bildirib ki, "Komando" xüsusi briqadasına götürülməsi üçün onlardan 6 min manat rüşvət alıblar. Artıq Məmmədovun qardaşı Müdafiə Nazirliyinə dəvət edilib, araşdırma aparılır. Məsələnin xüsusi diqqətdə saxlayırıq! Məncə, günün sonuna qədər ciddi nəticə olacaq! İşin sonuna qədər gedəcəm!”, - deyə baş redaktor vurğulayıb. Xatırladaq ki, şəhid gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dünən jurnalistlərə və blogerlərə verdiyi açıqlamada onlardan rüşvət alındığını bildirib. O deyib ki, qardaşı Səbuhi Əhmədovun "Komando" xüsusi briqadasına götürülməsi 6000 manat rüşvət istəmişdilər. Səbuhi də bankdan kredit götürüb tələb olunan məbləği ödəyib ki, “Komando” olsun. Gizir 3 gündən sonra şəhid olub. Qeyd edək ki, Səbuhi və qardaşı Sənan Əhmədov azyaşlı olarkən ata-anaları vəfat edib. Onlar “SOS” uşaq evində böyüyüblər.
14-09-2022, 20:19
Sərhəddə vəziyyət hələ də gərgindir - Müdafiə Nazirliyi


Sərhəddə vəziyyət hələ də gərgindir - Müdafiə Nazirliyi

“Azərbaycan Ordusu hər bir təxribatın qarşısını almağa qadirdir”. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib. O, Müdafiə Nazirliyi adından şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib. Anar Eyvazov hazırda sərhəddə vəziyyətin hələ də gərgin olaraq qaldığını söyləyib: “Təəssüf ki, bizim də itkilərimiz var, bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
14-09-2022, 20:17
“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Anar Eyvazov


“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Anar Eyvazov

Ermənistan tərəfi böyük itkilər verərək geri çəkilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib. "Ermənistan yenə təxribat əməllərini davam etdirib. Təəssüf ki, itkilərimiz var, əlavə məlumat veriləcək", - deyə nazirlik rəsmisi qeyd edib. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
14-09-2022, 20:10
Düşmənin atəş nöqtələrinə zərbələr endirilir


Düşmənin atəş nöqtələrinə zərbələr endirilir

Ermənistan silahlı qüvvələrinin təxribatının uğursuzluğundan təşvişə düşən bu ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır. "Bir daha bəyan edirik ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki obyektlər hədəfə alınmır və yüksək dəqiqliklə qarşı tərəfin atəş nöqtələrinə zərbələr endirilir", - deyə rəsmi məlumatda qeyd olunub.
14-09-2022, 19:59
Sayt rəhbəri barəsində cinayət işi açıldı


Sayt rəhbəri barəsində cinayət işi açıldı

Vətəndaşın pulunu ələ keçirən “patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəxsi həyata dair görüntülərin internet resurslarından silinməsi adı ilə vətəndaşların pulunu ələ keçirən vəzifəli şəxs barəsində daxil olan müraciət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə “Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşın şəxsi həyatı ilə bağlı videogörüntülərin geniş izləyici kütləsi arasında yayılmasının qarşısının alınması məqsədilə həmin materialların əks olunduğu media və sosial şəbəkə səhifələrindən silinməsi ilə bağlı yalan vəd vermələrinə, bu yolla vətəndaşın 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanan ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Səməndər Niftəliyev və Həmzə Hüseynliyə həmin Məcəllənin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.
14-09-2022, 19:48
Son sutkada koronavirusdan 9 nəfər öldü


Son sutkada koronavirusdan 9 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, 9873 nəfər vəfat edib, aktiv xəstə sayı 2060 nəfərdir. Son sutka ərzində 3664, hazırkı dövrədək isə 7 203 417 test aparılıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!