Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb .....                        Fransanın eks-prezidenti həbsdən buraxıldı .....                        BBC-nin baş direktoru istefa verib .....                        Ermənistanda "Honq Konq qripi" aşkarlandı .....                        Paşinyan orduda əməliyyat müşavirəsi keçirdi .....                        Azərbaycanlı hakim ilk dəfə Avropa çempionatının finalında .....                        Sabir Rüstəmxanlıdan etiraz: Prezidentin siyasətinə ziddir! .....                        Nazir yekun sülh müqaviləsinin imzalanma vaxtını AÇIQLAYIB .....                        Gədəbəydə güclü yanğın: hərbçilər də olaya cəlb olundu - VİDEO .....                       
7-10-2022, 18:09
Helsinkidə Azərbaycan məktəbi fəaliyyətə başladı


Helsinkidə Azərbaycan məktəbi fəaliyyətə başladı

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evinin nəzdində Azərbaycan dili, musiqi və rəsm fənləri tədris olunacaq. Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndirici Ülviyyə Cabbarova bildirib ki, dərslərin başlanması üçün artıq hazırlıq işləri başa çatıb. Ana dili kurslarında Diasporla İş üzrə Dövlət Komitəsinin Təhsil Nazirliyi ilə birgə hazırladığı vəsaitdən istifadə olunacaq. Komitə digər fənn vəsaitlərini də Azərbaycan Evinə təqdim edib. Onun sözlərinə görə, artıq 20 nəfərə yaxın müdavim Azərbaycan dili kurslarında iştirak etmək üçün müraciət edib. Valideynləri övladlarının Azərbaycan dilini mükəmməl şəkildə mənimsəmələrini istəyirlər. Dərslərə hər həftənin sonunda 1 saat vaxt ayrılacaq. Azərbaycan dili müəllimi Şura Ağaverdiyeva bildirib ki, uşaqlar yaş kateqoriyalarına görə qruplara bölünəcəklər. Azərbaycan dili vəsaitinin rəngarəng şəkildə tərtib olunduğunu söyləyən müəllim bildirib ki, dərslər həftədə bir dəfə keçirildiyindən, uşaqların dil mənimsəmə müddəti 1 ilə qədər vaxt ala bilər. Əslən Cənubi Azərbaycandan olan valideyn Babək İmani bildirib ki, Azərbaycan Evinin açılacağı və burada Azərbaycan dili kursunun fəaliyyət göstərəcəyi xəbəri soydaşlarımızda böyük sevinc doğurub. Onun övladı Rafael dünyaya gələndən sonra Finlandiyada Azərbaycan dilində kitablar almağa çalışıb, bəzi kitabları isə Bakıdan gələn dostları hədiyyə edib. Bu illər ərzində həmin kitabları övladı üçün oxuyub, onun Azərbaycan dilini eşitməsinə çalışıb. “Amma Azərbaycan Evində uşaqlara doğma dilimizin tədris olunması tamamilə başqa məsələdir. Çox istəyirəm ki, övladlarım Azərbaycan dilini bizdən daha yaxşı bilsinlər”, - deyə soydaşımız vurğulayıb. Qeyd edək ki, atası ilə birlikdə Azərbaycan Evinə gələn Rafael İmaninin doğma dilimizdə yazdığı ilk söz “Azərbaycan” olub. Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının bir buraxılışı Helsinki Azərbaycan Evinin fəaliyyətinə və burada həftəsonu məktəbinin açılmasına həsr olunub.




7-10-2022, 18:05
“Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi” - Qurban Qurbanov


“Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi” - Qurban Qurbanov

"Televiziya qarşısında fərqli görünə bilərdi, amma canlı tam başqa idi. Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi. Gərginlik həddindən artıq hiss olunurdu". Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III oyunundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 50 yaşlı mütəxəssis təzyiqlərə baxmayaraq, oyunçuların çox peşəkar və soyuqqanlı olduğunu bildirib: "Matçın sonlarınadək özlərini düzgün idarə edə bildilər. Bu, çox önəmli idi. İlk və ikinci hissədəki gərginliklər tamam fərqli idi. Hesabda öndə olanda bəzən futbolçu hansısa epizodlarda ehtiyatlı davranmaq istəyir". Q.Qurbanov vacib qarşılaşmada dəyərli üç xal qazandıqlarını söyləyib: "Yaxşı oyun sərgilədik və futbolçulardan çox razı qaldım. Rəqibin xalı yox idi və qalib gəlməyi çox istəyirdilər. Evdə oynayan komanda ilk dəqiqələrdən daha sürətli oynaya və təzyiq göstərə bilər. İkinci yarıda rəqibdə boşluqlar daha çox oldu və bundan yaxşı istifadə edə bildik".
7-10-2022, 18:03
Putin 70 yaşına çatdı


Putin 70 yaşına çatdı

Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinin doğum günüdür. O, yubileyini – 70 yaşını qeyd edir. Butov.az-ın məlumatına görə, Putin ad günlərini həmişə müxtəlif yerlərdə qarşılayıb. Məsələn, 2014-cü ildə ad günündə ilk dəfə özünə məzuniyyət götürüb. Həmin vaxt Putin Sibirə yollanaraq sıx meşəli dağlarda 9 kilometr piyada yol qət edib. Böyük ehtimalla budəfəki ad gününü doğulduğu Sankt-Peterburq şəhərində qeyd edəcək. Bu gün həmin şəhərdə MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Prezidentin mətbuat katibi Dmitri Peskov deyib ki, doğum tarixi olmasına baxmayaraq, cümə günü prezident Putin gərgin iş rejimində çalışacaq. Butov.az saytı Rusiya prezidentinin qısa dosyasını hazırlayıb. Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə keçmiş Leninqrad - indiki Sankt-Peterburqda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində (DTK) xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.



Putin 7 may 2000-ci ildən 7 may 2008-ci ilədək Rusiya Federasiyasının ikinci prezidenti olub. (Prezident Boris Nikolayeviç Yeltsinin istefasından sonra 31 dekabr 1999-cu ildən 7 may 2000 ci ilədək prezident vəzifəsini icra edib). 1997 -ci ildə Sankt-Peterburq Dövlət Dağ İnstitutunda «Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması» mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alıb. Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində tanınmış alim, iqtisad elmləri doktoru V.A.Fyodorov olub. V.Putin alman və müəyyən qədər ingilis dilini bilir. V.Putin iki dəfə Rusiya Federasiyası Hökumətinin sədri – baş nazir olub (1999–2000 və 2008–2012-ci illərdə). O. Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999) vəzifələrində də işləyib. Rusiya Dövlət Dumasına 2007-ci il seçkiləri zamanı V.Putin bitərəf olaraq «Yedinaya Rossiya» partiyasının seçki siyahısına rəhbərlik edib. 7 may 2008 -ci ildən «Yedinaya Rossiya” partiyasının sədri postunu tutub. Putin 4 dəfə prezident seçilib. O, əvvəlcə 2000-ci il martın 26-da Rusiya prezidenti seçilib, sonra isə 2004, 2012 və 2018-ci illərdə yenidən prezident olub. 2012-ci il seçkilərindən əvvəl prezidentlik müddəti 4 ildən 6 ilə uzadılıb.



Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək hüququ əldə edib. 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları doğulub: Mariya (1985-ci ildə doğulub) və Katerina (1986-cı ildə anadan olub). Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıb ( 2003-cı ildə qəbul olunublar). V.Putinin qızları haqqında məlumatlar mətbuatda az verilir. Putin əksər hallarda qızları haqda sullara xəsisliklə cavab verib. Vladimir Putin və Lyudmila Aleksandrovna təxminən 30 il ailəli olandan sonra 2013-cü ildə rəsmən boşanıblar. Vladimir Putin bütün dünyanın əksinə gedərək 2022-ci ilin fevralında Ukraynada müharibəyə başlayıb. Hazırda qanlı savaş davam edir.

7-10-2022, 17:52
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı


Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib. Bəyanat Yelisey sarayının rəsmi saytında dərc edilib. Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.
7-10-2022, 17:50
“Qarabağ” səfərdə “Olimpiakos”u darmadağın etdi


“Qarabağ” səfərdə “Olimpiakos”u darmadağın etdi

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb. Butov.az xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda “Olimpiakos” komandasının qonağı olub. Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmada “Qarabağ” komandası 3:0 hesablı qələbə qazanıb. Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Peltonun idarə etdiyi oyunda Ağdam təmsilçisinin heyətində Kvabena Ovusu, Marko Veşoviç və Ramil Şeydayev fərqləniblər.
7-10-2022, 00:26
QHT layihəsini davam etdirir

QHT layihəsini uğurla davam etdirir

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Qusar rayonunda “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini icara etmişdir.
Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini 06 oktyabr 2022-ci il tarixində icra planına uyğun olaraq, Qusar rayonunda icra etmişdir.
Layihədə Qusar rayon Gənclər Evinin məsul işçisi Sevil Dəmirova və Qusar Qadın Resurs Mərkəzinin nümayəndələri iştirak edirdilər.Sevil Dəmirova tədbirə qatıllan sahibkar qadınları salamlayaraq onlara fəaliyətlərində yeni iqtisadi biliklər öyrənməyin zəruri olduğunu söylədi.

Marketinq Fəaiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri-Layihə rəhbəri Sənan Yəhya iştirakçılara layihənin donoru və məqsədi barədə məlumat verdi. Qeyd etdi ki, layihənin məqsədi Quba-Xaçmaz İqtisadi rayonunda 100 nəfər sahibkarla (Şiyəzən-20 nəfər, Şabran-20 nəfər, Xaçmaz-20 nəfər, Quba-20 nəfər, Qusar-20 nəfər) görüşərək, investisiya və ixracla bağlı dövlət qurumlarının həyata keçirdiyi dəstək fəaliyyətlərinin müzakirəsi və sahibkarların dövlətdən gözləntilərinin öyrənilməsindən ibarətdir. Vəzifələri isə region sahibkarları ilə sorğu keçirərək qiymətləndirmələrin aparılmasıdır.

Natiq dövlət tərəfindən sahibkarlara yaradılan fürsətlər və dəstəklər haqqına geniş məlumat verdi. Eyni zamanda sahibkar qadınların satış, brendləşmə, reklam, xarici satış platformalarına çıxış, sərgilərdə iştirak etmə qaydaları hqqında sualarını cavablandırdı. Görüş iştirakçıları ilə gələcək əməkdaşlıq haqqında müzakirələr aparıldı.
Sahibkar qadınlar belə layihələrin davamlı inkşaf üçün zəruri olduğunu qeyd etdilər.



6-10-2022, 23:25
Bizə qarşı erməni terroru davam edir - Dövlət başçısı


Bizə qarşı erməni terroru davam edir - Dövlət başçısı

Mina məsələsi bütün görüşlərdə qaldırılır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyib. Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.“Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, müharibədən sonra 250-dən çox azərbaycanlı ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir. Buna son qoyulmalıdır və minaların basdırılması yeganə cinayət deyil”, - deyə dövlətimizin başçısı vurğulayıb.
6-10-2022, 23:23
“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılıb” - İlham Əliyev


“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılıb” - İlham Əliyev

"Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir". Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib. Avropa İttifaqının Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, yeni saziş üzərində iş aparılır.“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti, müasir nəqliyyat infrastrukturu - Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Avropa üçün də çox önəmlidir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
6-10-2022, 23:21
Azərbaycan və Ermənistan XİN başçıları yenidən görüşəcək


Azərbaycan və Ermənistan XİN başçıları yenidən görüşəcək

"Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun arası kəsilməməlidir". Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.“Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
6-10-2022, 23:19
ABŞ səfirliyindən Edillidəki məzarlıqla bağlı  açıqlama


ABŞ səfirliyindən Edillidəki məzarlıqla bağlı açıqlama

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı açıqlama yayıb. Butov.az xəbər verir ki, açıqlamanı ABŞ-ın Azərbaycandakı səfirliyinn mətbuat katibi Alis Spensli yayıb. Bəyanatda deyilir:“Biz onilliklər boyu davam edən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlirik və həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. ABŞ törədilmiş qırğınlar/vəhşiliklər barədə xəbərlərdən dərin narahatlıq duyur və hər hansı törədilmiş vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir. Sülhə nail olmaq və yaraların sağalması üçün cavabdehlik/məsuliyyət vacibdir. ABŞ Ermənistan və Azərbaycanın dayanıqlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı addımları dəstəkləyir və ABŞ Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir. Biz BQXK-nın, beynəlxalq QHT-lərin və jurnalistlərin dağıntı və zərər iddialarını müstəqil və qərəzsiz qiymətləndirməsinə imkanın verilməsi və araşdırmaq imkanını dəstəkləyirik”. Qeyd edək ki, Ermənistan hərbçilərinin Birinci Qarabağ müharibəsi dövründə Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!