17-08-2022, 07:08
Sabiq nazirdən xəbərdarlıq"Urmu qurusa Təbriz təxliyə edilməlidir" İranın keçmiş kənd təsərrüfatı naziri və İran Ətraf Mühiti Təşkilatının keçmiş rəhbəri İsa Kəlantəri Urmu gölünün qurumasının törədə biləcəyi faciələr barədə xəbərdarlıq edib. O, Urmu gölünün quruyacağı təqdirdə Təbrizin tamamilə təxliyə edilməli olacağını deyib və bunun 1 trilyon dollara başa gələcəyini söyləyib:
"Urmu gölü bərpa edilməsə İranda heç bir hökumət davam gətirə bilməz. Siz milyonlarla insanın köçünün dalğasının qarşısında dayana bilməzsiniz. İran hökuməti bacarıqsızlıq ucbatından gölü qurutduğu üçün neçəyə başa gəlməsindən asılı olmayaraq onu bərpa etməyə borcludur. Urmu gölü bərpa olunmasa milyonlarla insanın həyatı təhlükəyə düşəcək"-deyə, "İnsaf News"a müsahibə verən keçmiş nazir hökumətə xəbərdarlıq edib.
O, bundan öncə su qaynaqlarının yanlış idarəçiliyi nəticəsində gölün quruması ilə bağlı edilən xəbərdarlıqlar barədə danışıb və bütün bunlara baxmayaraq hökumətin vaxtında tədbir görmədiyini deyib.
Qeyd edək ki, son statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin tamamlanması gecikdirilir.
Cavidan
17-08-2022, 06:59
Şərqi Azərbaycanda su böhranı Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Məhəmməd Xani əyalətdə su qıtlığının yaşandığını bildirib. Məhəmməd Xani hazırda 700 kənddə su böhranı yaşandığını deyib.
Ötən illə müqayisədə yağıntıların azaldığını, quraqlığın şiddətləndiyini deyən Xani kəndlərdə su çatışmazlığının aradan qaldırılması üçün 150 kəndə səyyar su tankerləri vasitəsilə içməli su daşındığını bildirib.
Bir müddət öncə Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari eyni problemdən danışıb. O, su çatışmazlığı səbəbindən Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını və bununla yanaşı əyalətin onlarla şəhərində su qıtlığı böhranı yaşandığını bildirib.
Timur
16-08-2022, 22:49
Zaqatala qoruğunda yanğın olduZaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib.
Butov.az xəbər verir ki, yanğın bu gün bu gün Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Qullar kənd inzibati ərazisinindəki qoz bağında baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
16-08-2022, 22:45
Ukraynada azərbaycanlı tələbə itkin düşdüUkraynada azərbaycanlı tələbə itkin düşüb. Bu barədə onun yaxınları bildiriblər. İtkin düşən şəxs Anar Elçin oğlu Çaybasarlıdır. O, Kiyevin Regionlararası Personal İdarəetmə Akademiyasının üçüncü kurs tələbəsidir. Valideynləri bir neçə gündür ki, Elçinlə əlaqə yarada bilmirlər.