Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
19-07-2025, 09:21
Bakıda ağır qəza - 1 ölü, 2 yaralı


Bakıda ağır qəza - 1 ölü, 2 yaralı

Bakıda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hadisə paytaxtın Xəzər rayonunda baş verib.
Hikmət İskəndərovun idarə etdiyi "VAZ 21011" markalı avtomobilin yol kənarında dayanmış "Mitsubishi" markalı yük avtomobili ilə toqquşması nəticəsində sərnişin 1980-ci il təvəllüdlü Azadə İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü H.İskəndərov və sərnişin 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif xəsarətlər ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
18-07-2025, 21:15
Maşınını xadimələrə yudurdan məktəb direktoru işdən çıxarıldı


Maşınını xadimələrə yudurdan məktəb direktoru işdən çıxarıldı

Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.
Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.
18-07-2025, 20:39
Arazda boğulan yeniyetmənin cəsədi tapıldı


Arazda boğulan yeniyetmənin cəsədi tapıldı

Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.
Hadisə günorta saatlarında Araz çayının Saatlı rayonunun ərazisindən keçən hissəsində olub. Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlı Araz çayında çimərkən suda boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda axtarış işləri davam etdirilir.
18-07-2025, 20:00
Ali Məhkəmədən "Meydan TV" ilə bağlı qərar


Ali Məhkəmədən "Meydan TV" ilə bağlı qərar

Ali Məhkəmədə "Meydan TV"yə blok qoyulması ilə bağlı verilən qərardan kassasiya şikayətinə baxılıb.
Bu gün hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bu barədə vəkil Elçin Sadıqov APA-ya bildirib.
Qərara əsasən, şikayət təmin edilməyib və qətnamə qüvvədə saxlanılıb.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi 2017-ci ilin mayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, "Turan TV" və "Meydan TV"nin saytının bloklanması barədə qərar çıxarıb.
Bakı Apellyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.
2019-cu ildə Ali Məhkəmədə verilmiş qərara əsasən, "Meydan TV"yə blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Lakin məhkəmədə iddia yenidən təmin olunub və "Meydan TV"nin ölkədə yayımına tətbiq edilən blok aradan qaldırılmayıb.
18-07-2025, 19:48
Prezidentin Xocalı sakinləri ilə səmimi söhbəti


Prezidentin Xocalı sakinləri ilə səmimi söhbəti

Bu gün Prezident İlham Əliyevin Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşündə maraqlı dialoq olub.

Sakin: Ürəyim Sizə qurban. Xoş gəlmisiniz!

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz.

Sakin: Bu günümüzə şükür, Allah xanımınızı qorusun! Allah Sizi qorusun! Bu günü bizə yaşatdığınız üçün Allah üstünüzdə yar olsun! 200 neçə illik qara buludu üstümüzdən götürdünüz. Ağlasam, məni qınamayın. Sevinc göz yaşlarıdır.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sağ olun, var olun, öpürəm. Allah Sizi qorusun! Amin!

Prezident İlham Əliyev: Sağ olun. Siz də xoş gəlmisiniz. Artıq bir neçə gündür ki, doğma torpağınızda yerləşmisiniz, şərait də yaxşıdır. Mən bu gün həm Təzəbinə kəndində, həm də Xanyurduda şəraitlə tanış oldum. Biz iki gözəl kəndi demək olar ki, yenidən bərpa etdik və sizin sərəncamınıza verdik.

Sakinlər: Çox sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun.

Sakin: Cənab Prezident, Allah Sizə qüvvət versin! Sizin gərgin əməyiniz öz yerində. Sinəsini düşmən gülləsinə sipər edən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin canını sağ eləsin.

Prezident İlham Əliyev: Amin.

Sakin: Allah Sizi, xanımınızı qorusun. Var olun. Bu gün Sizinlə burada üz-üzə durmaqdan qiymətli heç nə yoxdur.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, bir dəqiqə olar?

Prezident İlham Əliyev: Bəli, buyur.

Sakin: Səhər-səhər mən evdən çıxanda, bağışlayın, bizim xanım dedi: Kişi, ən xoşbəxt insansan ki, bu gün Prezidentlə görüşəcəksən. Allah haqqı, elə belə də dedi.

Prezident İlham Əliyev: Sağ olun. Bütün qohumlara, ailə üzvlərinə salam yetirin. İndi siz buraya birinci köçənlərdənsiniz, amma bunun ardı gəlir. Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə yəqin ki, minlərlə insan yaşayacaq. Dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Yəni, yenə də deyirəm, siz buna layiqsiniz.

Sakin: Maşallah, hər şey yüksək səviyyədədir.

Prezident İlham Əliyev: Çünki ən ağır vəziyyətdə yaşayanlar siz olmusunuz. Bütün bu otuz il ərzində yenə də, necə deyərlər, öz iradənizi göstərərək inanırdınız ki, bu tarixi gün gələcək və biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatı bizim şanlı qələbələrimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz.
18-07-2025, 17:07
“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu


“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Türk Mədəniyyəti və İrsi Fondu birgə təşkil edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Bəxtiyar Vahabzadənin Azərbaycan istiqlal tarixini dolğun şəkildə əks etdirdiyini vurğulayıb, xüsusilə onun “Gülüstan” poemasının milli ruhun oyanışında mühüm rol oynadığını qeyd edib.
Türk Mədəniyyəti və İrsi Fondunun sədri Aktotı Raimkulova Bəxtiyar Vahabzadəni ümumtürk tarixinin böyük şairi adlandırıb. “Bəxtiyar olmaq bir missiyadır”, – deyə o vurğulayıb.
AMEA-nın rəhbəri, akademik İsa Həbibbəyli çıxışında Bəxtiyar Vahabzadənin poetik irsindən misallar gətirib.
Kitabın elmi redaktoru Fərid Hüseyn əsərin mahiyyəti haqqında məlumat verib.
Akademik Nizami Cəfərov Bəxtiyar Vahabzadənin elmi və ədəbi irsini geniş şəkildə şərh edib.
Konfransda digər tanınmış elm və ədəbiyyat xadimləri – o cümlədən, Muxtar Şaxanov, Əli Əmirli və başqaları da çıxış edərək Bəxtiyar Vahabzadə yaradıcılığına dair dəyərli fikirlərini bölüşüblər.
18-07-2025, 16:59
Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident


Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident

“Mən bu gün həm Təzəbinə kəndində, həm də Xanyurduda şəraitlə tanış oldum. Biz iki gözəl kəndi demək olar ki, yenidən bərpa etdik və sizin sərəncamınıza verdik”.
Bu barədə Prezident İlham Əliyev bu gün Xocalının Xanyurdu kəndində kəndə köçən bir qrup sakinlə görüşü zamanı bildirib.
“Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”, - dövlət başçısı vurğulayıb.

18-07-2025, 16:44
Anomal istilər bu tarixədək davam edəcək


Anomal istilər bu tarixədək davam edəcək

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°-yə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41° dərəcəyədək, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.
18-07-2025, 00:43
Azərbaycan futbolçusu faciəvi şəkildə öldü


Azərbaycan futbolçusu faciəvi şəkildə öldü

"Zirə"nin U-16 komandasının futbolçusu Fərid Şahverdiyev faciəvi şəkildə dünyasını dəyişib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fərid Şahverdiyev bu gün çimərlikdə boğularaq dünyasını dəyişib.
17-07-2025, 22:49
Təbrizdən Bakıya aviareyslər bərpa edilir


Təbrizdən Bakıya aviareyslər bərpa edilir

Təbrizdən Bakıya aviareyslər reysi bərpa edilir.
Bu barədə İran mediasında məlumat yayılıb.
Bildirilib ki, uçuşlar avqustun 11-dən Təbriz-Bakı-Təbriz reysi üzrə həftəlik olmaqla İranın ”Homa aviaşirkəti tərəfindən həyata keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!