Sumqayıt şəhərində hündürlükdən yıxılan kişi ölüb. Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb. 4-cü mərtəbədən yıxılan 51 yaşlı Mübariz Tağıyev hadisə yerində ölüb. Fakt araşdırılır.
DİN-dən antinarkotik təbliğatı ilə bağlı sosial çarx
DİN-dən daha bir çağırış: “Narkotik təkcə səni yox, ailəni də məhrumiyyətə düçar edir”. Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə növbəti sosial çarx hazırlayıb. Sosial çarxda narkotikin təkcə ondan istifadə edənlərin yox, doğmalarının da həyatını necə məhv etdiyi göstərilir.
Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı
Prezidentin Təhlükəsizlik Xidmətində kadr islahatı olub. Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi polkovnik Səftər Heydər oğlu Hacıyev vəzifəsindən azad edilib.
Qazaxda zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun N.Nərimanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü S.Abbasova, 1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə zəhərlənən şəxslər bir ailənin üzvidir. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Yardımlıda zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələnin dərinliyi 11 kilometr, maqnitudası isə 3,3-dür.
Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO
Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində iştirak edib. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə keçmiş xarici işlər naziri və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun dəfn mərasimində iştirak edib, başsağlığı verib.
Bu gecədən Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) hərəkət məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) xəbər verir. Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. AAYDA sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edit.
Gürcüstanın paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionlarda bu gün yenidən elektrik enerjisi kəsilib. Buna səbəb Kavkasioni elektrik ötürücü xəttində qəzanın baş verməsidir. “AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin “Qafqazinfo”ya verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerji sistemi ilə paralel iş bərpa olunub. Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb. Xatırladaq ki, bir neçə gün öncə də Gürcüstan qaranlığa qərq olmuşdu. Genişmiqyaslı qəza nəticəsində Tbilisi, Qori, Batumi, Poti, Borjomi, Kutaisi, Zuqdidi və digər şəhərlərin bir hissəsində işıq kəsilmişdi.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun Bayramov
Azərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir. Bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir qeyd edib ki, bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir: “Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə hələ də Minsk qrupunu saxlamaqda israr edir? Bilmirəm, bəlkə, bu gələcəklə bağlı planla əlaqəlidir? Əks təqdirdə, biz əsaslı məntiqli bir izah və səbəb görmürük”.