31-08-2025, 18:53
İşıq dirəyinə çırpılan maşın yandıAğdamda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Toyota" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qəzaya düşən minik maşınında alışma baş verdiyi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları ilə yanaşı yanğınsöndürən briqada da cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
31-08-2025, 18:30
Çin lideri adından dövlət başçılarına ziyafət verilibAvqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.
Sonra dövlət və hökumət başçıları və xanımları birgə foto çəkdirdilər.
31-08-2025, 17:57
Britaniyanın Azərbaycandakı səfiri LaçındaBöyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Laçına səfər edib.
Səfir bu barədə "X"də paylaşım edib.
"Gəlib Laçını da gördüm. Yerli sahibkar bazarında Laçının dadlı nemətləri ilə tanış oldum. Qonaqpərvərliyiniz üçün minnətdaram", - o bildirib.
31-08-2025, 17:45
Sammitdə maraqlı an - İlham Əliyev, Ərdoğan və Paşinyan bir arada
Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ayaqüstü söhbət ediblər.
Bir qədər sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da söhbətə qoşulub.
Görüş sammitin ən diqqətçəkən məqamlarından biri olub.
31-08-2025, 17:37
İlham Əliyev Çində Lukaşenko və Şahbaz Şəriflə görüşdü - FOTO
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
Sammit çərçivəsində baş tutan söhbət səmimi şəraitdə keçib.
31-08-2025, 17:26
Prezident və xanımı üçün ayrılan masa, ziyafətin menyusu - FOTO
Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkə başçıları üçün ziyafət təşkil olunub.
Ziyafətə hazırlıq zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva üçün ayrılan masanın, ziyafətin menyusunun və rəsmi mərasimə dəvət məktubunun görüntüləri yayılıb.
31-08-2025, 17:07
Prezident və xanımını qarşılanma anıXəbər verdiyimiz kimi, Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkə başçıları üçün ziyafət təşkil olunub.
Ziyafət zalına daxil olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı Çin Sədri Si Cinpin və həyat yoldaşı qarşılayıb.
30-08-2025, 23:54
İranın Bakıdakı yeni səfirinə hansı tapşırıq verilib?
İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu onun qarşısında qoyulan vəzifələri açıqlayıb.
Bu barədə səfir AzTV-yə müsahibəsində deyib.
"Yeni səfir təyin olunanda ona göstəriş verilir ki, iki ölkə arasında əlaqələri dərinləşdirmək lazımdır. Bu hədəfə nail olmaq üçün biz yeni layihələr ortaya qoymalı və keçmiş layihələrin icrası ilə məşğul olmalıyıq. Bu baxımdan mənə göstəriş verilib ki, müxtəlif sahələrdə bütün səy və bacarığımı ortaya qoymalıyam. Odur ki, çox nikbinəm. Ümid edirəm ki, iki ölkə və xalqın getdikcə yaxınlaşmasının şahidi olacağıq", - səfir qeyd edib.
30-08-2025, 22:36
Zakir Həsənov Türkiyədə səfərdədirAvqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatılıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimlərdə çıxış edərək məzunları təbrik edib.
Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlar Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təqdim olunub.
Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
30-08-2025, 21:23
13 yaşlı uşağın ölüm səbəbi bilindiSumqayıtda 13 yaşlı uşaq ölüb.
2012-ci il təvəllüdlü Yusif Sahib oğlu Məcidzadənin boğazında yad cisim qalıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.