Özəl bağçada tərbiyəçi uşağa qarşı kobud rəftar etdi .....                        Türkmən qazı da Zəngəzur dəhlizindən keçəcək .....                        Netanyahu hədələdi: “Əks halda bunu biz edəcəyik!” .....                        Kanaldan meyit tapıldı .....                        Makronun yeni baş naziri narazılıq yaratdı .....                        Minsk qrupunun faydalı fəaliyyəti yox idi .....                        Zərdabda qız qaçıran şəxs həbs edildi .....                        Paşinyan Putinlə nələrdən danışıb? .....                        Trampdan Polşaya hücuma qəribə reaksiya .....                       
23-01-2025, 16:10
Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib - SƏBƏB


Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib - SƏBƏB

Milli Olimpiya Komitəsi (MOK) Fransanın paytaxtı Parisdə keçirilmiş XXXIII Yay Olimpiya Oyunlarında yer tutan Azərbaycan idmançılarının medallarının keyfiyyətini itirməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət edib.
MOK-un yaydığı məlmatda bildiriblər ki, idmançıların müraciəti əsasında araşdırmalar aparılıb və nəticədə məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kiloqram) başqa, digər beş idmançının medallarında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.
Məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kiloqram) qızıl, taekvondoçu Qaşim Maqomedovun (58 kiloqram) və boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medalları keyfiyyətini itirib.
Milli Olimpiya Komitəsi bu araşdırmaların nəticəsi olaraq Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət ünvanlayıb. BOK-dan bu müraciətlə bağlı cavab gəldikdən sonra medalların geri qaytarılması və yeniləri ilə əvəz olunması ilə bağlı növbəti addımlar atılacaq.
23-01-2025, 16:02
Onlar 100 manat cərimə olunacaq


Onlar 100 manat cərimə olunacaq

Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat məbləğində cərimə olunacaq.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Məcəlləyə təklif edilən dəyişikliklə ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.
Daha bir dəyişikliklə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək (hazırda 80-150) məbləğdə, hüquqi şəxslər 600 manatdan 800 manatadək (hazırda 200-400) məbləğdə cərimə ediləcək.
Bundan başqa, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, yəni, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə cərimənin məbləğinin 30 manatdan 100 manata artırılması təklif edilir.
Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunacaq.
Həmçinin hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsinə görə cərimə məbləği 50 manatdan 200 manata artırılır.
İXM-yə təklif olunan daha bir dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə cərimə məbləği 400 manatdan 600 manatadək (hazırda 200-300) artırılması nəzərdə tutulur.
Həmçinin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə isə 500 manatdan 700 manatadək (hazırda 250-350) cərimə olacaq.
23-01-2025, 15:51
Taksi sürücüləri üçün imtahan keçiriləcək


Taksi sürücüləri üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 24-də xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək.
Bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1 563 nəfər qeydiyyatdan keçib.
İmtahanın keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 82 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və DİM-in Gəncə Regional bölməsində, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahanlar isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüter vasitəsilə elektron qaydada keçiriləcək. İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahanlar 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.
“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.
23-01-2025, 15:09
Samir Şərifova yeni vəzifə verildi


Samir Şərifova yeni vəzifə verildi

Baş nazirin müavini Samir Şərifova yeni vəzifə verilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Samir Şərifov Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının sədri təyin edilib.
O, bu vəzifədə ötən il deputat seçilən Əli Əhmədovu əvəzləyib.
Xatırladaq ki, Samir Şərifov bir neçə gün öncə - yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək, Baş nazirin müavini postuna təyin olunub.
Baş nazirin keçmiş müavini Əli Əhmədov Milli Məclisə deputat seçildiyindən Nazirlər Kabinetində vakant vəzifə yaranmışdı. Həmin vakant yer Samir Şərifovun təyinatı ilə doldurulub.
Samir Şərifov Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra nazir postuna yüksəlmişdi - 2006-cı ildə Azərbaycan Respublikasının maliyyə naziri təyin olunmuşdu. O, 19 il maliyyə naziri vəzifəsində çalışdı.
23-01-2025, 14:30
Aysun İsmayılova tanınmış vəkildən boşanır


Aysun İsmayılova tanınmış vəkildən boşanır

Müğənni Aysun İsmayılova tanınmış vəkil olan həyat yoldaşı ilə qarşılıqlı boşanmağa qərar veriblər.
Tərəflər arasında bununla bağlı razılıq əldə olunub.
Müğənninin vəkil həyat yoldaşı 30 saylı Vəkil Bürosunun rəhbəri Ramil Vəliyev faktı təsdiqləyib: "Bəli xəbər doğrudur. Həyatda bəzən elə şeylər olur ki, çətin də olsa qərar verməli olursan. Boşanma səbəbi mənim kobud və soyuq xarakterdə olmağımdı. Artıq hər ikimiz nikahın pozulması üçün iddia qaldırmaq üçün mediasiyaya müraciət etmişik".
Qeyd edək ki, cütlük 2 il öncə ailə qurmuşdular və onların Sevgi adlı qız övladı var.
23-01-2025, 13:35
Azərbaycanın cavabını gözləyirik - Armen Qriqoryan


Azərbaycanın cavabını gözləyirik - Armen Qriqoryan

Ermənistan sülh müqaviləsi məsələlərinə dair təkliflər verib və bu, bizim gündəmimizdə qalacaq.
Bunu yanvarın 23-də jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, sülh müqaviləsinin, delimitasiya və digər məsələlər baxımından Ermənistan üçün sülh gündəliyinin prioritet olduğunu bir daha vurğulayıb.
“Biz bütün mövcud problemlərin sülh yolu ilə həllini təklif edirik. Biz sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycana təkliflər vermişik və Azərbaycanın cavabını gözləyirik. Təkliflər tərəflərin hələlik yekun razılığa gəlmədiyi iki maddəyə aiddir. Biz bu maddələrlə bağlı açıq şəkildə danışmışıq. "Ümid edirik ki, həll yollarını tapacağıq", - Qriqoryan qeyd edib.
23-01-2025, 12:46
İlham Əliyev Ərdoğana zəng etdi


İlham Əliyev Ərdoğana zəng etdi

Prezident İlham Əliyev yanvarın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.
O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.
Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirib və qeyd edib ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaqdır.
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.
23-01-2025, 11:52
Uğurlu mövqe qazanmaq üçün...

Uğurlu mövqe qazanmaq üçün...

Uşağın inkişafı, səviyyəsi öyrənmə bacarığı onun bu qabiliyyətini daha düzgün göstərməyə şərait yaradır. Uşaqlara təhsil vermək üçün ideal yaş dövrü var. Ümumiyyətlə, uşaqların rəsmi təhsilə başlama dövrü 4-6 yaşı əhatə edir. Bu dövrdə uşaqlar zehni, emosional və sosial bacarıqları daha da inkişaf etmiş olur və onların məktəbə hazırlıq prosesinə başlaması asanlaşır. Lakin uşaqlara təhsil verməyə daha erkən yaşlardan başlamaq da faydalı ola bilər.
Məsələn: 2-3 yaşdan etibarən uşaqlara rənglər, formalar, ədədlər kimi sadə anlayışlar öyrədilə bilər. Bu dövrdə uşaqlar oyun vasitəsilə öyrənməyə meylli olduqları üçün tədrisdə əyləncəli seçilməlidir. Mən bu metodlardan çox istifadə etmişəm.
Valideyinlərə tövsiyəm:4-5 yaşlı uşaqlara əsasən aşağıda qeyd olunan bacarıqlardan düzgün daha da uğurlu ola bilmələri üçün uyğun şərait yaratmaq lazımdır.
Əsas sosial bacarıqlardır ki uşaqlar: paylaşma, dostluq, mehriban danışıq (təşəkkür etmək, xahiş etmək) və digərləri ilə ünsiyyət qurmaq, nitqin inkişaf bacarıqlarına yiyələnirlər.
Dil və ünsiyyət bacarıqlarını inkişaf etdirmək: nağıl, hekayələr danışmaq, yeni sözlər öyrənmək,(başqa dillərlə də maraqlanmaq)suallar vermək və.s.
Əsas anlayışlardan biri də riyazi və məntiqi anlayışları möhkəmləndirməkdir: Rəqəmləri tanımaq, sadə hesablamaları, rəngləri və formaları fərqləndirmək, “puzzle" oyunlarından istifadə etməklə yaddaşlarını daha da möhkəmləndirmək uğurun göstəricisi ola bilər.
Motor bacarıqlar: "Motor" bacarıqlar nədir? Motor insan bədəninin hərəkətetmə bacarığıdır. Motor sözünün mənası “hərəkət” deməkdir.
İncə motor bacarıqları üçün rəsm çəkmək, kəsmək, yapışdırmaq, iri motor bacarıqları üçün qaçmaq, tullanmaq, toplu oyunlar oynamaq.
Uşaqlar bacarmalıdır: Paltar geyinməyi, əl-üz yumağı, yemək yemək kimi özünü idarə etməlidirlər. Kiçik yaş dövrü uşaqların təməl bacarıqlarını inkişaf etdirmək üçün vacibdir: Oyunlar, əyləncəli fəaliyyətlər və maraq dairələrinə uyğun məşğuliyyətlər bu bacarıqları öyrətməkdə ən təsirli vasitələrdir. Əsas uşağın maraq dairəsini nəzərə alaraq ona uyğun təhsil seçmək və onun istəyinə uyğun bu vasitələrdən yararlanmaqdır.
Müəllimdən öncə hər bir valideyn uşaq ilə fərdi məşğul olmalıdır. Bu zaman uşaq həm şəxsiyyət kimi formalaşacaq, həm də həyatda daha uğurlu mövqe qazana biləcək.
Bəyaz Ağazadə
23-01-2025, 11:42
Eritreyada saxlanılan vətəndaşlarımızdan xəbər var: hüquqi prosedurlar başlayıb


Eritreyada saxlanılan vətəndaşlarımızdan xəbər var: hüquqi prosedurlar başlayıb

İki ay əvvəl Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada - Eritreya sahillərində girov saxlanılıb. “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya və Rusiya Federasiyasındakı səfirliklər vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Ancaq hələlik Azərbaycan vətəndaşları sərbəst buraxılmayıb. Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 20-də bildirib ki, gəmilərlə bağlı danışıqlar davam edir. Onun sözlərinə görə, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur.
“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan filialından bildirilib ki, gəmilərin heyəti ilə bağlı hələlik yeni məlumat yoxdur, vəziyyət eyni olaraq qalır.
Məlumata görə, gəmidəki vətəndaşların azad edilməsi üçün hüquqi prosesə başlanılıb:
“Bu məsələ ilə məşğul olunur, azad olunmalarına əlbəttə ki, ümidimiz var".
Açıqlamada deyilir ki, Azərbaycan vətəndaşları ailə üzvləri ilə gəmidəki telefon vasitəsilə əlaqə yaradırlar:
"Bununla yanaşı şirkət tərəfindən də onların ailələri ilə görüş keçirilib, onlara maddi-mənəvi dəstək verilir”.
22-01-2025, 22:26
Bakıda polisin tapdığı 10 min manatın sahibi məlum oldu


Bakıda polisin tapdığı 10 min manatın sahibi məlum oldu

Bir neçə gün öncə Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıb sahibinə qaytarmışdı.
Həmin pul millimizin sabiq basketbolçusu, “Quba” komandasının oynayan məşqçisi Zaur Paşayevə məxsus imiş. O, bu barədə müsahibəsində danışıb:
“Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib “Quba” komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, verdiyim pulu itirməmisən? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun (yeri gəlmişkən, federasiya rəhbərliyi həmin polisə təşəkkürnamə təqdim edəcək – red.)”.
Əldə etdiyimiz məlumata görə, artıq elm və təhsil naziri, Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 10 min manatı taparaq sahibinə verən polis serjantı Abidov Nahid Zahid oğlunu mükafatlandırıb. Polis əməkdaşına fəxri diplomu icraçı vitse-prezidenti Fərrux Mahmudov təqdim edib.
Qeyd edək ki, pulun tapılması ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım etmişdi. Bu paylaşımdan dəqiqələr sonra pul sahibini tapmışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!