4 nəfər dövlətə xəyanətdə ittiham olunur: biri hərbçidir .....                        Ərdoğandan Naxçıvan anlaşması ilə bağlı paylaşım .....                        Tarif Şurasından YENİ QƏRAR .....                        İmtahan nəticələri açıqlandı .....                        Viktor Orban: Biz Ukrayna üçün ölmək istəmirik! .....                        Sürücülərin nəzərinə! - Yol bağlanır .....                        Rusiyanın baş naziri Azərbaycanla bağlı sərəncam imzalayıb .....                        Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                       
29-01-2025, 21:17
Ən çox seçici aktivliyi olan dairə


Ən çox seçici aktivliyi olan dairə

Bu gün keçirilən bələdiyyə seçkiləri üzrə səsvermədə ən çox seçici aktivliyi 59 saylı Quba seçki dairəsində qeydə alınıb.
Burada seçici fəallığı 38,50 faiz olub.
Ən az seçici aktivliyi isə 54 saylı Mingəçevir seçki dairəsinə aiddir.
Burada aktivlik göstəricisi 24,45 faizdir.
Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
29-01-2025, 20:43
Bələdiyyə seçkilərində 1.8 milyon insan iştirak edib


Bələdiyyə seçkilərində 1.8 milyon insan iştirak edib

Bu gün keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar seçici fəallığı açıqlanıb.
Bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O, saat 19:00-a olan əsasən, seçicilərin 31,45 faizinin ( 1 milyon 874 min 810 nəfər) səs verdiyini bildirib.
29-01-2025, 20:37
Fatma Mahmudova xəstəxanaya yerləşdirildi


Fatma Mahmudova xəstəxanaya yerləşdirildi

Xalq artisti Fatma Mahmudova xəstəxanaya yerləşdirilib. Aktrisa insult keçirib.
O, bu gün “İstanbul NS” klinikasına yerləşdirilib. Aktrisa hazırda həkim nəzarətindədir.
Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirtdiyini açıqlamışdı.
29-01-2025, 20:22
Səsvermə ilə bağlı şikayət daxil olmayıb


Səsvermə ilə bağlı şikayət daxil olmayıb

Gün ərzində media mənsubları, MSK təmsilçiləri prosesi bütün mümkün vasitələrlə izlədi, təəssürat odur ki, seçki qanunvericiliyin tələblərinə uyğun formada keçirilib.
Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, seçkinin gedişatı məqbul qəbul edilə bilər.
Sədr müavini bildirib ki, hələlik həm rəsmi, həm də qeyri-rəsmi formada şikayət daxil olmayıb: “Qaynar xəttimizə sorğu tipli 35-ə yaxın müraciət daxil olub”.
R.Qasımov onu da əlavə edib ki, seçki prosesində iştirak edən müşahidəçilərin qənaəti müsbətdir: “Ümid edirik ki, seçki prosesinin sonuna qədər müsbət qənaət dəyişməz olaraq qalacaq”.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
29-01-2025, 19:55
Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar


Bakıda tikiləcək 10 yeni metro stansiya ilə bağlı detallar

"10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcək".
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.
Onun sözlərinə görə, metronun inkişaf ssenariləri təhlil olunub və ən optimal ssenari simulyasiya edilərək seçilib:
"10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya "Bənövşəyi xətt"in Babək prospektinə qədər və "Yaşıl xətt"in isə metronun "Həzi Aslanov" stansiyasına qədər uzadılmasıdır. Qeyd etmək istərdim ki, "Bənövşəyi xətt"in uzadılması, eyni zamanda, metronun "Avtovağzal" və "Xocasən" stansiyalarının istifadəsini genişləndirəcək və bir daha "20 Yanvar" stansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.
"Həzi Aslanov"dan "Yaşıl xətt"in uzanması isə gündəlik əsasda şəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarət mərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcəkdir. Bu da bir daha şəhər mərkəzinin trafikinin azalmasına səbəb olacaqdır. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımaları həyata keçirəcəkdir".
29-01-2025, 19:08
Azərbaycanda bələdiyyə seçkiləri başa çatdı


Azərbaycanda bələdiyyə seçkiləri başa çatdı

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb.
Seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub.
Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib.
Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.
685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
29-01-2025, 17:51
Məzahir Pənahov səs verdi - FOTO


Məzahir Pənahov səs verdi - FOTO

Yanvarın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərində səs verib.
MSK-nın sədri 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, 685 bələdiyyəyə 8071 üzv seçmək üçün Azərbaycan seçiciləri öz hüquqlarından istifadə edirlər.
Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 238 nəfərdir. Seçki bülletenlərinə 16 min 92 nəfərin adı daxil edilib.
Hazırda Azərbaycanda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 70 min 625 yerli müşahidəçi akkreditasiyadan keçib.



29-01-2025, 17:35
MSK saat 17.00-a olan seçici fəallığını açıqladı - Cəmi 28.77 faiz


MSK saat 17.00-a olan seçici fəallığını açıqladı - Cəmi 28.77 faiz

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 1 715 291 nəfər səs verib, seçici fəallığı 28.77% faiz olub.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
29-01-2025, 17:27
Bakıda dələduzluq edən şəxslər saxlanıldı


Bakıda dələduzluq edən şəxslər saxlanıldı

Nizami rayonu ərazisində bir nəfərin avtomobil kirayəsi adı ilə aldadılaraq 620 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı E.Cavadov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Binəqədi rayonu ərazisində bir nəfərə məxsus bank kartından 380 manat oğurlamaqda şübhəli bilinən 24 yaşlı L.Babayevanın saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.
29-01-2025, 17:16
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Yaralılar var


Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Yaralılar var

Zaqatalada yol qəzası baş verib.
Hadisə Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunda, Muxax kəndi ərazisində qeydə alınıb. 22 yaşlı Vüqar Şahin oğlu Musayevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Xəsarət alan sürücü, avtomobildə olan sərnişinlər - 20 yaşlı Əfqan Mustafayev və 19 yaşlı Həmzə Hacıyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!