Tbilisidə baş verənlərə görə o məsuliyyət daşıyır .....                        Misirdə Qəzza planı müzakirə ediləcək .....                        "Qalatasaray " - "Beşiktaş" oyununda qalib müəyyənləşmədi .....                        Yadigar Muradovun vəziyyəti ağırlaşdı .....                        Marneuli şəhəri meri məlum oldu .....                        İstanbulda terror əməliyyatı: yeniyetmələr tutuldu .....                        Kaxa Kaladze qalib gəldi .....                        Azərbaycanda bu şəxslərə ev veriləcək .....                        İsmayıllıda ağır qəza - 2 ölü, 4 yaralı .....                       
25-12-2024, 21:31
Türkiyədə klub prezidenti istefa verdi


Türkiyədə klub prezidenti istefa verdi

Türkiyə Superliqa təmsilçisi "Hatayspor"un prezidenti Levent Mıstıkoğlu istefa verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, komandanın maraqlarını ön planda tutduğu üçün vəzifəsindən ayrıldığını bildirib.
Qeyd edək ki, "Hatayspor" Superliqada 9 xalla 18-ci sırada qərarlaşıb.
25-12-2024, 20:52
Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər


Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər

Prezident İlham Əliyevin tapşırığı ilə AZAL-a məxsus təyyarə qəzası barədə məlumat toplamaq üçün Qazaxıstanın Aktau şəhərinə gedən azərbaycanlı nazirlər yaralı həmvətənlərimizə baş çəkiblər.
Onlar yaralıların müalicə aldığı xəstəxananı ziyarət ediblər.
Xatırladaq ki, hadisəni yerində araşdırmaq məqsədilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə gediblər.
25-12-2024, 20:43
Qəzaya uğrayan təyyarənin "qara qutu"su tapıldı


Qəzaya uğrayan təyyarənin "qara qutu"su tapıldı

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycana məxsus təyyarənin "qara qutusu" tapılıb.
Bu barədə Qazaxıstanın Nəqliyyat Prokurorluğunun nümayəndəsi məlumat verib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
25-12-2024, 20:36
Təyyarə qəzasında həlak olanlardan 23-ü AZƏRBAYCANLIDIR


Təyyarə qəzasında həlak olanlardan 23-ü AZƏRBAYCANLIDIR

Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, təyyarədə olan sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həyatını itirib, 14-ü sağ qalıb.
Qırğızıstandan olan 3 sərnişin sağ qalıb, 16 Rusiya vətəndaşından 7-si ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, onların hamısı dünyasını dəyişib.
Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb.
25-12-2024, 19:06
Təyyarə qəzasında xəsarət alanların son durumu AÇIQLANDI


Təyyarə qəzasında xəsarət alanların son durumu AÇIQLANDI

Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında xəsarət alanların son durumu açıqlanıb.
Qazaxıstan Səhiyyə Nazirliyinin yerli idarəsi bildirib ki, 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.
Bildirilib ki, qəzada xəsarət alan azyaşlılar əməliyyat olunacaq.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.
25-12-2024, 19:03
Azər Zahid barəsində həbs qərarı verildi


Azər Zahid barəsində həbs qərarı verildi

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.
Sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.
Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.
Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “tiktok” əməliyyatı ilə 15-dən çox saxlanılan var. Onların hamısı istintaqa cəlb edilib.
25-12-2024, 18:46
Təyyarə qəzasının canlı şahidi danışdı


Təyyarə qəzasının canlı şahidi danışdı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsindən sağ çıxan sərnişinlərdən biri qəzanın son anlarından danışıb.
Onun görüntüləri Rusiyanın teleqram kanallarında yayımlanıb.
Qəzanın şahidi stüardessasının öz vəzifəsini layiqincə yerinə yetirdiyini vurğulayıb.
"Stüardessalar öz işlərini layiqincə icra etdilər. Baş stüardessa qadın idi, sona qədər təmkinini qorudu, bütün təlimatları izah etdi, bilmirəm o, qəzadan sağ çıxa bildi, ya yox, amma işinin öhdəsindən layiqincə gəldi" , - deyə o bildirib.
Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.
25-12-2024, 18:27
Yasamaldakı yanğın söndürüldü


Yasamaldakı yanğın söndürüldü

Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsindəki mənzildə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, həyata keçirilmiş operativ tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirib ki, yanğınla əlaqədar Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
25-12-2024, 18:20
Bakı-Qroznı-Bakı reysləri DAYANDIRILIR


Bakı-Qroznı-Bakı reysləri DAYANDIRILIR

İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.
Qeyd edilib ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.
25-12-2024, 17:54
Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi ərazidə - FOTO


Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi ərazidə - FOTO

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması ilə əlaqədar Hökumət Komissiyası yaradılıb.
Komissiyaya rəhbərlik Baş nazirin müavini Kanat Bozumbayevə tapşırılıb.
Artıq komissiyanın üzvləri Aktauya gələrək hadisə yerinə baxış keçiriblər. Daha sonra sədr K. Bozumbayevin yaralıları ziyarət edəcəyi, Azərbaycandan olan nümayəndə heyəti ilə görüşəcəyi, eləcə də Operativ Qərargahın iclasını keçirəcəyi gözlənilir.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!