Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                        Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği .....                       
18-05-2025, 16:36
Azərbaycan-İran münasibətləri yeni inkişaf mərhələsindədir - Hikmət Hacıyev


Azərbaycan-İran münasibətləri yeni inkişaf mərhələsindədir - Hikmət Hacıyev

Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.
“Hesab edirəm ki, Azərbaycanla İran arasındakı münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub”, – o söyləyib.
Prezidenti köməkçisi münasibətlərin inkişafının əsas amillərini də açıqlayıb: “İran İslam Respublikasının hörmətli Prezidenti ağaye Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfərindən sonra hörmətli Prezidentimiz cənab İlham Əliyev və onların baş-başa, birlikdə apardığı müzakirələr, nümayəndə heyətləri səviyyəsində aparılmış müzakirələr İran – Azərbaycan əlaqələrinin inkişafına yeni bir təkan, yeni bir nəfəs verib. Bundan çıxış edərək, bizim İrandan olan həmkarlarımızla qarşımızda olan vəzifə ondan ibarətdir ki, bu əlaqələri daha da irəliyə doğru aparaq”.
18-05-2025, 14:20
Bakıda maraqlı sərgi - “Sürətin evolyusiyası”


Bakıda maraqlı sərgi - “Sürətin evolyusiyası”

Mayın 18-də “Sürətin evolyusiyası” layihəsinin ikinci günündə sürət avtomobillərinin, həmçinin superkarların nümayişi baş tutub.
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş sərgidə müxtəlif növ sürət avtomobili təqdim edilib.
Səhər saat 11:00-dan başlayaraq axşam saat 19:00-dək davam edən nümayiş paytaxtın Əziz Əliyev küçəsindən Qoşa qala qapısının qarşısınadək olan ərazini əhatə edib.
Ümumiyyətlə, “Sürətin evolyusiyası” sərgisi keçirildiyi 2 gün ərzində ziyarətçilər həm müxtəlif növ avtomobilləri seyr edib, nəqliyyat vasitələri barədə daha geniş məlumat əldə etmək imkanı qazanıb, həm də avtomobil həvəskarlarının bir-biri ilə ünsiyyətinə şərait yaradılıb. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olub.







18-05-2025, 13:41
Bakıda 50 minə yaxın şagird monitorinqdə iştirak edib – YENİLƏNİB


Bakıda 50 minə yaxın şagird monitorinqdə iştirak edib – YENİLƏNİB

Bu gün Bakıda ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinq təşkil olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, VI siniflərdə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb.
Paytaxtda monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi üzrə 50 minə yaxın VI sinif şagirdi biliyini sınayıb.
VI sinif şagirdlərinə tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün şagirdlərə 180 dəqiqə vaxt verilib.
Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Qeyd edək ki, 17-18 may 2025-ci il tarixlərində keçirilmiş monitorinqlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə IV və VI siniflər üzrə ümumilikdə 7 200-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib.
Monitorinqin nəticələri şagirdlərin qiymətləndirilməsinə təsir etmir.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

***

09:25

Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək.
Monitorinqdə iştirak icbaridir.
Yalnız üzrlü səbəblər olduğu halda iştirakdan azad olunma mümkündür.
Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır və monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına və sinifdən-sinfə keçidlərinə təsir göstərmir.
Qeyd edək ki, bu ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrində təhsil alan 10 000 şagird kompüter əsaslı monitorinqə cəlb olunub.
18-05-2025, 12:56
Yağış yağacaq, şimşək çaxacaq


Yağış yağacaq, şimşək çaxacaq

Mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
18-05-2025, 12:54
Hikmət Hacıyev İrana getdi


Hikmət Hacıyev İrana getdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfər edib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak edir.
18-05-2025, 12:08
Şabranda minik və yük avtomobili toqquşdu - 2 ölü


Şabranda minik və yük avtomobili toqquşdu - 2 ölü

Şabranda rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.
Hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Renault” markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
18-05-2025, 00:17
Qənirə Paşayevanın büstü hazırlandı


Qənirə Paşayevanın büstü hazırlandı

Mərhum deputat Qənirə Paşayevanın büstü hazırlanıb.
Büstün müəllifi heykəltəraş Elxan Zeynalovdur.
"Dərin hörmət və ehtiramla bu büstü millət vəkili, ictimai xadim Qənirə Paşayevanın əziz xatirəsinə həsr etmişəm. Onun milli ruhu, güclü iradəsi və mənəvi zənginliyi bu əsərdə əks olunmağa çalışılıb.
Bu iş mənim üçün sadəcə sənət yox, həm də bir borc idi — onu tanıyan və sevən biri kimi", - Elxan Zeynalov bildirib.
Qeyd edək ki, Qənirə Paşayeva 28 sentyabr 2023-cü ildə vəfat edib.
17-05-2025, 23:54
21-ci dəfə ölkə çempionu oldular


21-ci dəfə ölkə çempionu oldular

Futbol üzrə Portuqaliya çempionatında 2024-2025-ci illər mövsümünün qalibi bəlli olub.
Son turda "Gimarayeş"i 2:0 hesabı ilə məğlub edən "Sportinq" (Lissabon) ölkə çempionatında 21-ci dəfə qızıl medallara sahib çıxıb
Sezonu 82 xalla bitirən paytaxt klubu ən yaxın izləyicisi "Benfika"nı 2 xal qabaqlayıb.
17-05-2025, 23:17
Elgünün ailəsi intihar xəbərlərindən danışdı


Elgünün ailəsi intihar xəbərlərindən danışdı

“Bu gün Gəncə şəhər Prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər”.
Bu barədə Elgün İbrahimovun dayısı Sadiq Zeynalov bildirib.
Onun sözlərinə görə, bu gün E. İbrahimovun ailə üzvləri Gəncə şəhər Prokurorluğuna çağrılıb:
“İzahatlarımız alındı. Bizə bir daha söz verdilər ki, hadisə tam şəkildə, obyektiv aparılacaq. Hər bir ailə üzvümüzün izahatı alındı”.
S. Zeynalov hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi xəbərlərdən də narahat olduqlarını ifadə edib. O, xüsusi ilə E. İbrahimovun intihar etməsi xəbərlərinə münasibət bildirib:
“Rəsmi qurumlar belə bir açıqlama verməyib. Bacım oğlunun heç nədən şikayəti olmayıb. Çox gözəl oxuyurdu və biz əmin idik ki, uşaq universitetə qəbul olacaq. Nəsə problemi olsa belə biz dayılarına, nənəsinə, ən önəmlisi hər kəsdən çox istədiyi anasına deyərdi. Çünki anası ilə həmişə fikirlərini bölüşüb. İndi rəsmi qurumların təsdiq etmədiyi xəbərləri utanmadan sosial şəbəkələrdə və müxtəlif media qurumlarında paylaşırlar. Xahiş edirəm belə halların qarşısı alınsın. Hər kəs uydurma xəbər paylaşır”.
E. İbrahimov sonuncu dəfə də anası ilə danışıb, hazırlığa getdiyini bildirib.
Məlumat üçün bildirək ki, E. İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. Xəstəxanaya çatdırılan 11-ci sinif şagirdi bir gün sonra xəstəxanada ölüb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
17-05-2025, 22:17
Xəzər dənizində zəlzələ


Xəzər dənizində zəlzələ

Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yerli vaxtla saat 21.18-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,4 olub.
Zəlzələ ocağı 70 km dərinlikdə yerləşib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!