ABŞ vitse-prezidenti qəzaya düşdü .....                        Rusiyaya hücum etməyəcəyik - Orban .....                        Prezidentin Özbəkistan səfərindən GÖRÜNTÜLƏR .....                        Fransa Azərbaycanla oyunda önə keçdi - YENİLƏNİR .....                        Ağcabədidə ağır qəza - Ölən var .....                        Ermənistan darmadağın edildi .....                        Sumqayıtda avtomobil dərəyə aşdı .....                        Prezident Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı .....                        İranın nüvə probleminin hərbi həlli yoxdur - Abbas Əraqçi .....                       
3-02-2025, 15:25
Milli mətbuatın 150 illik yubiley medalı təsis edildi


Milli mətbuatın 150 illik yubiley medalı təsis edildi

Mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar medal veriləcək.
Bununla bağlı Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.
Layihəyə əsasən, Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəl fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.
Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
2-02-2025, 20:25
“Barselona”dan minimal hesablı qələbə


“Barselona”dan minimal hesablı qələbə

İspaniya La Liqasında XXII turun növbəti oyunu keçirilib.
"Barselona" "Alaves"lə qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 61-ci dəqiqədə Robert Levandovski vurub.
Bu nəticədən sonra xallarını 45-ə çatdıran "Barselona" 3-cü pillədə qərarlaşıb.
2-02-2025, 19:22
"Yuventus" 4 qolla geridönüş etdi


"Yuventus" 4 qolla geridönüş etdi

İtaliya A Seriyasında 23-cü turun növbəti oyunu keçirilib.
“Yuventus” doğma meydanda "Empoli"ni qəbul edib. Görüş ev sahibinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı qonaqlar açsa da, Turin klubu 4 qol vuraraq qələbəyə sevinib.
Bu nəticədən sonra xallarını 40-a çatdıran "Yuventus" 4-cü pilləyə yüksəlib.
2-02-2025, 19:00
Azərbaycanda Kiçik çillə başlayıb


Azərbaycanda Kiçik çillə başlayıb

Fevralın 1-dən Azərbaycanda qışın daha soyuq hesb edilən dövrü - Kiçik çillə başlayıb.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır.
Bu təqvimlə dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, fevralın 1-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir.
Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
Azərbaycanın bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur.
Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə xalq arasında Böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır.
Qeyd edək ki, Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 13:01-dən başlayacaq. Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 25-nə təsadf edəcək. Martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.
2-02-2025, 17:46
Ağdərədə evdə yanğın


Ağdərədə evdə yanğın

Ağdərə rayonunda evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Ağdərə rayonunun Şıxarx kəndində ümumi sahəsi 77 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 24 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2-02-2025, 13:09
Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti tapıldı


Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti tapıldı

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.
Tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.
Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.
Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilirdi.
2-02-2025, 12:51
Azərbaycan və Qazaxıstan baş konsulları San-Fransiskoda görüşdülər


Azərbaycan və Qazaxıstan baş konsulları San-Fransiskoda görüşdülər

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qazaxıstanlı həmkarı Nazirə Nurbayeva ilə görüşüb.
Bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.
“Qazaxıstanın San-Fransiskodakı baş konsulu xanım Nazirə Nurbayevaya səmimi qəbul və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycan və Qazaxıstan arasındakı güclü dostluq və tərəfdaşlıqdan ilhamlanan konstruktiv müzakirə aparmaqdan məmnunam”, – baş konsul qeyd edib.
Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişdilər.
2-02-2025, 12:35
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.
Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.
2-02-2025, 12:22
Birinci xanımdan Azərbaycan gənclərinə təbrik


Birinci xanımdan Azərbaycan gənclərinə təbrik

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir:
"Qoy hər bir gəncimiz öz zəkası, biliyi, bacarığı, qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!"
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.
2-02-2025, 12:16
Ticarət müharibəsi başladı


Ticarət müharibəsi başladı

ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılmasına barədə gözlənilən sərəncamı imzaladı. Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq.
Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıracaq. Beləliklə, Tramp hələ noyabr ayında bu 3 ölkəyə qarşı yüksək rüsum tətbiq edəcəyi xəbərdarlığını reallaşdırdı. Tramp bu qərarını həm də qanunsuz miqrasiya ilə mübarizə və qonşu ölkələrdən fentanil narkotik maddənin ABŞ-yə daxil olmasının qarşısının alınmasıyla izah edib. Sadəcə, bu iki məsələnin digər məhsullara yüksək rüsumların tətbiqi ilə nə əlaqəsinin olduğunu Ağ Evdə izah edən olmayıb.
Ağ Evin hədələrinə baxmayaraq, yüksək tariflərə məruz qalan Kanada, Meksika və Çin cavab tədbirləri planlaşdırırlar. “Bloomberg” agenliyinin xəbərinə görə, Kanada 105 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq. Bu barədə Kanadanın xarici işlər naziri Melani Joli amerikalı həmkarı Marko Rubionu telefonla söhbətində əvvəlcədən xəbərdar etmişdi. Meskikanın iqtisadiyyat naziri Marselo Ebrarda isə açıqlama verərək, yüksək tariflərin ABŞ-ın avtomobil şirkətlərinə mənfi təsir edəcəyini bildirib. Məsələ burasındadır ki, ABŞ-nin “General Motors” və “Ford Motor” şirkətlərinin pikaplarının 88 faizi Meksikada istehsal edilir.
Çin də cavabını gecikdirməyib. Çinin ABŞ-dakı səfirliyi bəyanat yayaraq, Vaşinqtonla Pekin arasında başlanan ticarət müharibəsində qalibin olmayacağını bildirib. “ABŞ bazar iqtisadiyyatının prinsiplərinə hörmət etməlidir” deyilən bəyanatda iki dövlət arasında iqtisadi və ticarət əməkdaşlığına əngəllər yaradılmasının mənfi nəticələri barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, Çinin ABŞ-yə qarşı kəskin addımlar atmayacağını söyləyənlər də var. Pekin Donald Trampın tarifləri artıracağını gözləyirdi. Bütün hallarda ABŞ-Çin münasibətlərində stuktur problemlər mövcuddur və bunlar danışıqlar predmetidir.
Bu arada, ABŞ Konqresində Trampın iki dövlət vəzifəsinə irəli sürdüyü namizədlərin dinləmələri keçirilib. Ağ Ev sahibi Milli Kəşfiyyat Xidmətinə Talsi Qabbardı, Federal Təhqiqat Bürosunun rəhbərliyinə isə Keş Patelin namizədliyini irəli sürüb. Dinləmələr 3 saatdan çox çəkib. Konqresmenlərin hər iki namizədə mürəkkəb sualları olub. Talsi Qabbardın Rusiya-Ukrayna müharibəsinə baxışı tənqid olunub. Talsi Qabbardın Rusiya Prezidenti Vladimir Putin və Suriyanın keçmiş diktatoru Bəşər Əsədlə təmasları barədə suallar səslənib. Talsi Qabbardın 2017-ci ildə Bəşər Əsədlə görüşü tənqid olunub. Talsi Qabbarda “TikTok”un ABŞ üçün mümkün təhlükələri barədə suallar verilib. Talsi Qabbard və Keş Patel dinləmələr zamanı Çinin ABŞ ərazisində kəfşiyyat fəallığının və texnoloji oğurluqlarının qarşısını alacaqlarını bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!