Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                        Üç kəndin adı dəyişdirilir .....                        Gəncə şəhərinin Baş planı təsdiqləndi .....                        İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu .....                        Laricani Trampı hədələdi: Ehtiyatlı ol! .....                        İran bu gün darmadağın ediləcək! - Pentaqon rəhbəri .....                       
Tarix : 14-07-2022, 14:27
ÜST “buster” doza ilə bağlı tövsiyələr verib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) payız fəsli üçün “buster” doza ilə bağlı tövsiyələr verib.

Butov.az
xəbər verir ki, ÜST-ün Azərbaycan Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyət qurumun Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyası və "Omikron" ştamına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə yerli vaksinasiya strategiyasına uyğun olaraq müvafiq qrupların COVID-19 peyvəndinin ilkin 2 dozası və 1-ci “buster” dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir.

Bununla yanaşı, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır.

5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci “buster” dozanın tətbiq edilməsi, yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi, mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi tövsiyələr arasında yer alıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi COVID-19 vaksinasiyasına dair ən son tövsiyələri yerli səhiyyə tərəfdaşları ilə bölüşüb.


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!