Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 11-03-2024, 16:41
Azərbaycanda qızılca təhlükəsi azalır? - AÇIQLAMA


Azərbaycanda qızılca təhlükəsi azalır? - AÇIQLAMA

Azərbaycanda ötən ilin sonlarından başlayaraq qızılcaya kütləvi yoluxma halları müşahidə edilir. 2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir.
Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda 2022-ci ildə qızılcaya yoluxma sadəcə 1 nəfərdə qeydə alınıbsa, 2023-cü ilin yanvar-noyabr ayları arasında bu say 1493-ə çatıb.
Qızılcaya yoluxan 10-dan artıq uşaq vəfat edib. İctimaiyyət arasında qızılca ilə bağlı narahatlıq yaranıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə hazırda respublika ərazisində istər uşaqlar, istərsə də böyüklər arasında qızılca xəstəliyinin lokal qeydə alınması müşahidə edilir.
"Ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında müalicə-profilaktika müəssisələri tərəfindən peyvənd işləri davam etdirilir”, - açıqlamada deyilir.
Nazirliyi mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov APA-ya bildirib ki, qızılca ilə müvafiq səhiyyə qurumları aktiv mübarizə aparırlar.
"Əksepidemik tədbirlər aktiv həyata keçirilir. Qızılcaya həssas şəxslər 1-40-yaşadək aşkarlanaraq öz müraciətləri əsasında peyvənd olunurlar. Hazırda epidemioloji durumun sabitləşməsi, bəzi bölgələrdə yoluxma hallarının sayının azalmasını müşahidə edirik. Lakin ölkənin iri şəhərlərində xəstələnmə halları lokal olaraq hələ də müşahidə edilir. Ümumiyyətlə, növbəti aylarda vəziyyətin normallaşması proqnozlaşdırılır".


Paylaş



Bölmə: Sağlamlıq / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!