Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                        Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU .....                        Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi .....                        Daha bir mətbuat katibi medalla təltif olunub .....                        Kim Çen In 13 yaşlı qızını varisi təyin edib .....                        Ukraynada 20 deputat zəhərləndi .....                        Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək .....                        Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır .....                       
Tarix : 4-02-2019, 08:07
“Dünya soyqırımlarının tarixi” kitabı nəşr edilib

Araşdırmaçı-jurnalist, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini, AMEA-nın dissertantı Anar Turanın “Dünya soyqırımlarının tarixi” adlı kitabı çap olunub.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin ilk layihəsi çərçivəsində nəşr edilib.
Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda tariximizin XX əsrdə ən keşməkeşli dövrlərinin acı nəticələri - 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı, 1992-ci ildə bəşəriyyətin gözü qarşısında törədilmiş Xocalı soyqırımı dünyanın müxtəlif xalqlarına qarşı Srebrenitsa, Ruanda, Namibiya, Kamboca, Oradur, Tasmaniya, Amerika dəhşətləri ilə paralel şəkildə işıqlandırılıb. Müəllifin faktoloji cəhətdən zənginliyi ilə seçilən bu monoqrafiyası ingilis, fransız, rus, türk mənbələrinə əsaslanaraq hazırlanıb. Xüsusilə tanınmış əcnəbi tarixçilərdən və soyqırımı tədqiqatçılarından hesab olunan Timati Snayder, Adam Cons, Devid Stennard, M.Hassan Kakar, T.Rassel və digər alimlərin dünyada törədilən soyqırımlarına münasibətləri, araşdırmaları tədqiqata cəlb olunub.
Yeni nəşrin əsas özəlliklərindən biri də odur ki, dünya soyqırımlarına ilk dəfə kompleks şəkildə toxunulub. Daha bir üstünlüyü isə Azərbaycan dili ilə yanaşı, əsas beynəlxalq dillərdən sayılan ingilis dilində tərcümə olunmasıdır. İngilisdilli versiya əsasən xarici ölkələrdəki diaspor təşkilatları, diplomatik korpuslarımız, beynəlxalq təşkilatlar və xarici dövlətlərin məşhur universitetlərinin kitabxanaları üçün nəzərdə tutulub. Nəşrin ingilis dilinə tərcüməsini Ceyhun Bayramlı edib.
Kitabın rəyçiləri tarix üzrə elmlər doktoru, professorlar Anar İsgəndərov, Qafar Cəbiyev və Kamil İbrahimovdur. Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, redaktoru Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.
Araşdırma geniş oxucu kütləsi, xüsusilə tələbələr, müəllimlər, media mənsubları, tədqiqatçılar və əcnəbi ölkələrin təmsilçiləri üçün nəzərdə tutulub.


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!