Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 25-10-2019, 06:35
Dünya liderləri Bakıya toplanıb
Bu gün Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, bu müstəqillik dövründə Azərbaycanda keçirilən ən böyük beynəlxalq siyasi tədbirlərdən biri olacaq. Oktyabrın 25-26-da keçiriləcək zirvə görüşü "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusuna həsr olunacaq.
Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.
Xatırladaq ki, bir sıra dövlətlərin soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün 1961-ci ildə təsis etdiyi QH qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Xüsusən BMT-nin islahatı üzrə illərdən bəri aparılan proseslərdə irəliləyişin əldə olunmaması alternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırıb. Bu baxımdan, "Soyuq müharibə”nin başa çatmasına baxmayaraq hərəkat öz aktuallığını qoruyub saxlayıb və sıralarını daha da genişləndirib.
QH üzvlərinin sayına görə BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Hazırda onun sıralarında 120 dövlət birləşib. Daha 17 dövlət və 10 beynəlxalq təşkilat isə müşahidəçi statusunda hərəkatda təmsil olunur. Bu fakt QH-nın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən bir mühüm çoxtərəfli platforma olmasını göstərir. Eyni zamanda bu qədər çox sayda üzv dövlətin təmsil olunması təsdiq edir ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirməyib və bu qurum beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir.
Digər təşkilatlarla müqayisədə Azərbaycanın Qoşulmama Hərəkatındakı üzvlüyü nisbətən yenidir. Belə ki, respublikamız Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib.
Qoşulmama Hərəkatına üzvlük Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə daha çox dəstəyin əldə edilməsinə öz töhfəsini verib. Qoşulmama Hərəkatı çərçivəsində keçirilmiş bütün toplantıların yekun sənədlərində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında nizamlanmasının vacibliyi birmənalı və aydın şəkildə ifadə edilib.
2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul edilib.
XVIII Zirvə Görüşünə evsahibliyi Azərbaycan həqiqətlərinin, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasındakı üzvlüyündən irəli gələn üstünlüklərdən istifadə etməklə sədrlik dövründə üzv dövlətlərlə birlikdə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə rolu və nüfuzunun artırılması, beynəlxalq sülh və təhlükəsizliyin qorunması və möhkəmlənməsi, habelə Hərəkatın beynəlxalq münasibətlərin müasir dövrdə üzləşdiyi qlobal çağırışların öhdəsindən gəlməsi üçün səylərini əsirgəməyəcək.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!