MSK 3 şikayətlə bağlı qərar verdi .....                        Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi .....                        HƏMAS komandirin öldüyünü 6 ay sonra təsdiqlədi .....                        Bakı-Quba yolunda qəza: 5 nəfər yaralandı .....                        Ronaldo "Sumqayıt"da oynayacaq .....                        Bakıda tramvayların işə başlayacağı tarix məlum oldu .....                        Xırdalan sakinləri üçün şad xəbər .....                        Bakı metrosunda 51 yeni stansiya .....                        Rəssamın işi, şairin arzuları və Xudafərin körpüsü .....                       
Tarix : 26-11-2021, 17:36
Əliyev-Putin görüşü: Liderlər hansı mesajları verdilər? – ŞƏRH

Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü keçirildi.

Görüş zamanı liderlər arasında xoş əhval-ruhiyyə hiss olunurdu, bunu Əliyevlə Putinin səmimi atmosferdə əl sıxışması ilə izah edə bilərik.

Görüşün mətbuat üçün açıq olan hissəsində liderlərin ikitərəfli münasibətlərə dair bəyanatlarından ümumi tezislər dilə gətirildi. Qısası, deyə bilərik ki, prezidentlər Bakı-Moskva əlaqələrinin dinamikasından məmnundurlar.

Vladimir Putin pandemiyaya baxmayaraq strateji tərəfdaşlığın, o cümlədən iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Kreml başçısı Azərbaycanda rus dilində təhsilə önəm verilməsinə görə də İlham Əliyevə təşəkkür edib.

Görüşdə əvvəlcədən planlaşdırıldığı kimi hərbi-siyasi mövzular ağırlıq təşkil edirdi.

Vladimir Putin Rusiya sülhməramlıları üçün işğaldan azad edilən ərazilərdə məsuliyyət zonasının yaradılması məsələsinə toxunub və sülhməramlıların rolunu müsbət qiymətləndirib. Ağdamdakı atəşkəsə nəzarət üzrə yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rolunu yüksək qiymətləndirib, ancaq sülhməramlıların nəzarətində olan zonada insidentlərin olduğunu da dilə gətirib.

“Təəssüf ki, problemlər və insidentlər var. Hələ də itkilər var. Biz elə bunun üçün toplaşmışıq. Görək nə edilib, nə etmək lazımdır, hər kəs nə etməlidir ki, nəinki belə bir şey yaşansın, əksinə, vəziyyəti sakitləşdirmək və bölgədə vəziyyəti elə keyfiyyətdə inkişaf etdirmək üçün şərait yaradılsın ki, insanların sülh şəraitində yaşamasına və ölkələrin inkişaf etməsinə imkan yaransın”, - deyə Putin bildirib.

Kreml başçısının bəyanatının mahiyyətində gizlənən budur ki, rəsmi Moskva altında Putinin imzası olan 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının icrası üçün səylərini intensivləşdirəcək.

İlham Əliyev isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ciddi insidentlərin olmadığını deyib.

Əslində burada ciddi insident məsələsi sərhədlə müqayisə kontekstində işlədilib. Yəni, Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmalara nisbətdə sülhməramlıların zonasındakı ərazilərdə böyük toqquşmalar olmayıb.

İlham Əliyevin sərhəddəki insidentlərin sülhməramlıların nəzarət zonasında olmayan ərazilərdə baş verməsini xatırlatması da belə deməyə əsas verir.

Ancaq bu o anlama gəlmir ki, İlham Əliyev Qarabağda insident olmadığını bəyan edir.

“Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub, lakin bu ərazi Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bütün bunlar bizi üçtərəfli format da daxil olmaqla hadisələri diqqətlə nəzərdən keçirməyə və riskləri necə idarə etmək və minimuma endirmək barədə danışmağa məcbur edir”, - deyə İlham Əliyev söyləyib.

İlham Əliyev ümumilikdə Vladimir Putinin şəxsi rolunu və Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirib.

Onun “gələn il bu işdə yaxşı nəticələrə ümid edirik” deməsi belə qənaət yaradır ki, 2022-ci ildə açıq qalan məsələlərin həllində nəticə əsaslı dönüş yarana bilər.

Diqqət çəkən digər məqama da nəzər yetirək.

Kreml açıqlama verib ki, Putin-Əliyev görüşündən sonra üçtərəfli görüş başlayacaq. Vladimir Putinlə Nikol Paşinyan isə üçtərəfli görüşdən sonra ikitərəfli görüş keçirəcək.

Adətən ikitərəfli görüşlərdən sonra üçtərəfli görüş keçirilirdi. İndi qrafikin belə tərtib edilməsi deməyə əsas verir ki, Əliyevlə Putin üçtərəfli görüşə Paşinyan üzərində yüksək təzyiqlər qazandıran arqumentlərlə gedir.

Bütöv.az


Paylaş



Bölmə: Siyasət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!