Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
Tarix : 16-08-2022, 14:07
Şoyqu erməni müdafiə naziri ilə Qarabağdan danışdı

Ermənistanın müdafiə naziri Suren Papikyan rusiyalı həmkarı Sergey Şoyqu ilə beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransı çərçivəsində danışıqlar aparıb.

Məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlayıb.

"Bizim hərbi-texniki və hərbi əməkdaşlıqla bağlı müzakirə edəcəyimiz ənənəvi məsələlər var. Və təbii ki, Dağlıq Qarabağda tapşırıqları yerinə yetirən sülhməramlı kontingentimizin fəaliyyəti də bura daxildir. Biz də sizin kimi əminik ki, əsas sabitləşdirici amil bütün təmas xətti boyunca atəşkəsdir”, - Rusiya hərbi idarəsinin rəhbəri danışıqlar zamanı bildirib.
Şoyqu həmçinin Ermənistandan olan həmkarına Beynəlxalq Ordu Oyunlarının və Ordu-2022 Beynəlxalq Hərbi-Texniki Forumunun açılışında, eləcə də Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransındakı iştirakına görə təşəkkür edib.

Öz növbəsində, Papikyan qeyd edib ki, onlar ilin əvvəlindən bəri ikinci dəfədir görüşürlər və bu, ikitərəfli Ermənistan-Rusiya müttəfiq əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir.

"Bu görüş bizim üçün çox vacibdir. Biz Ermənistan-Rusiya əməkdaşlığının əldə edilmiş səviyyəsini, eləcə də Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu yüksək qiymətləndiririk", - Ermənistanın müdafiə naziri bildirib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!