Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə .....                        Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var .....                        Ekrem İmamoğlunun qaynı həbs edilib .....                        Yolumuzu gözləyən var... .....                        Sabiq nazir müavininin meyiti tapıldı .....                        Bakıda şagird reanimasiyaya yerləşdirildi .....                        ABŞ İrana qarşı hərəkətə keçdi .....                        Masallıda ağır qəza - Ölən var .....                        Prezident Saleh Məmmədovu işdən çıxardı - YENİ TƏYİNAT .....                       
Tarix : 11-09-2015, 12:18
 Ağdamda könüllülər ordu sıralarına yollanır- Foto


1500-ə qədər könüllü Bayraq meydanına toplaşıb
Komanda Qərərgah Hərbi Oyunları ilə bağlı Ağdamda könüllülər bayraq meydanına toplaşıb.

Butov.az Ans Press-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin əməkdaşları və rayon rəhbərliyi könüllülərə dəstək olmaq üçün bayraq meydanına gəlib.

Sovet hərbi qüvvələri sırasında xidmətini başa vuran Şamil Əbiyev vətənə döndükdən sonra milli orduya yazılır. Sıravi əsgər kimi döyüşə atılan Şamil qısa zamanda göstərdiyi şücaətlərə görə baş leytnant rütbəsinə qədər yüksəlir. Bütün döyüş yoldaşları kimi o da 22 il əvvəl vahid komandanlığın olmaması səbəbindən torpaqların itirildiyi qənaətindədir. Buna baxmayaraq Şamil Əbiyev keçmiş döyüşçü kimi müharibəni deyil, döyüşün birinci mərhələsini uduzduğuna inanır. Könüllülərlə birgə mərkəzi meydana gələn Qarabağ qazisi həlledici döyüşə hazır olduqlarını deyir.

"Bu gün bura yığılan oğlanlar, qazilərimiz orda durub, veteranlarımız burdadı, fərəhlə o günü gözləyir. Şəxsən biz o torpaqları dizin-dizin olsa da, cırmaq-cırmaq olsa da azad edəcəyik." -deyə Şamil Əbiyev bildirib.

Ayağının birini Qarabağ döyüşlərində itiriən Mahir Rzayev da elə bu meydanda, mülki geyimi, hərbi formaya dəyişməyə hazır olduğunu deyir.

"5 qardaş bir yerdə balalarım da birlikdə cənab prezidentin əmrinə sadiq, nə vaxt əmr versə o vaxt müharibəyə getməyə hazırıq. Yenə gedib bir ayağımı da qurban verərəm uf demərəm torpaq üçün." -deyə Mahir Rzayev bildirib.

Müdafiə Nazirliyinin əməkdaşları və Ağdam icra hakimiyyətinin rəhbərliyi də könüllülərə dəstək vermək üçün bayraq meydanında idi. 1500-ə qədər könüllünün iştirak etdiyi tədbir təqribən 1 saat davam etdi.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!