Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
13-08-2022, 22:00
İrəvanın məqsədi erməniləri qorxutmaqdır – Azay Quliyev


İrəvanın məqsədi erməniləri qorxutmaqdır – Azay Quliyev

Azərbaycan vətəndaşlığını almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə Ermənistan Baş prokururluğu tərəfindən İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı cinayət işinin açılması faktı Xankəndində və ətraf ərazilərdə Azərbaycanın vətəndaşlığını qəbul edib qanuni əsaslarla yaşamaq istəyən erməniləri qorxutmaq məqsədi daşıyır. Bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev səsləndirib. Onun sözlərinə görə, rəsmi İrəvan açıq şəkildə deyir ki, Azərbaycanın vətəndaşlığını qəbul edən erməniləri Ermənistanda cinayət təqibi gözləyir: "Bu fakt Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinin siyasi riyakarlığının növbəti sübutudur". Qeyd edək ki, son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Vaqe Qambaryan adlı erməni və sülh təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan Azərbaycan vətəndaşı olmaq istəyənlər sırasındadır. Adları çəkilən ermənilər sosial şəbəkə vasitəsilə videomüraciət yayaraq, Ermənistan pasportundan imtina etdiklərini açıqlayıblar. Həmin müraciətdən sonra hər iki şəxs barəsində Ermənistanda cinayət işi açılıb.
13-08-2022, 21:29
Yeganə yol ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır - Metyu Brayza


Yeganə yol ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır - Metyu Brayza

Yeganə humanitar yol Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasıdır. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. "Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ermənilər Azərbaycan vətəndaşı kimi Qarabağda qala, öz yurd-yuvasına qayıdan azərbaycanlılarla sülh və təhlükəsizlik şəraitində yaşaya bilərlər. Prezident İlham Əliyev mütəmadi olaraq bəyan edib ki, onların hüquqları Azərbaycan vətəndaşlarının hüquqları kimi, hər hansısa imtiyaz olmadan qorunacaq. Mən Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını nəcib vəzifə hesab edirəm və fikrimcə, bu, yeganə humanitar yoldur”, - M.Brayza bildirib. Sabiq səfirin sözlərinə görə, digər bir məsələ Qarabağda yaşayan ermənilərin buna necə yanaşmasıdır. “Mən güman edirəm ki, bəziləri bu fürsəti müsbət qarşılayacaq, bəziləri isə yox. Lakin Ermənistanda yaşayan ermənilər etnik ermənilərin Azərbaycan vətəndaşı olmasının ciddi əleyhinədirlər. Ancaq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi Azərbaycanda qalmaq, yoxsa getmək istəməsi onların qərarından asılıdır. Başa düşürəm ki, hər hansı bir ailənin vətəndaşlığını dəyişmək və ya ölkədən çıxmaq barədə qərar qəbul etməsi çox çətindir. Amma ümid edirəm ki, hər şey sülh yolu ilə olacaq və ermənilərin Qarabağda azərbaycanlılarla çiyin-çiyinə dinc yaşaması ilə bağlı məqsəd reallaşacaq”, - keçmiş diplomat əlavə edib.
13-08-2022, 21:14
“QİSAS” əməliyyatı Xankəndidə davam edəcək?


“QİSAS” əməliyyatı Xankəndidə davam edəcək?

Azərbaycan Ordusu “Qisas” əməliyyatı zamanı azad etdiyi Qırxqız, Sarıbaba və Buzdux dağı, eləcə də onların ətrafında yerləşən hakim yüksəkliklər Qarabağın digər ərazilərində təmizləmə və cəzalandırma əməliyyatları keçirmə üçün münbit şərait yaradır. Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. Onun sözlərinə görə, əgər Ermənistan tərəfi, həmçinin Qarabağda yerləşən separatçılar üçtərəfli bəyannamənin müddəalarından irəli gələn şərtləri yerinə yetirməsələr və ya bu şərtlərin yerinə yetirilməsini ləngitsələr, o zaman Azərbaycan müəyyən addımlar atmağa məcbur olacaq. Ekspert qeyd edib ki, düşmənin terror-təxribat əməlləri və təxribat xarakterli bəyanatları “Qisas” əməliyyatının ikinci fazasının başlamasına gətirib çıxaracaq: “Xatırlatmaq istəyərdim ki, Azərbaycan avqustun 3-də “Qisas” əməliyyatının başlandığını elan etsə də, əməliyyatın başa çatması ilə bağlı məlumat verilməyib. Ona görə də, Ermənistan tərəfi Vətən müharibəsinin nəticələrindən, imzalanmış birgə bəyannamələrin və sənədlərin tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə ciddi yanaşmalıdır. Əks halda növbəti cəzalandırma əməliyyatlarının həyata keçirilməsi qaçılmaz olacaq. Bu isə Ermənistan üçün çox ağrılı və acılı nəticələr vəd edir". Ə.Verdiyev onu da vurğulayıb ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə, o cümlədən Xankəndi şəhərində cəzalandırma əməliyyatının həyata keçirilməsi daha çox əks tərəfin, yəni ermənilərin davranışlarından asılı olacaq: "Əgər hərbi təxribatlar, yaxud Azərbaycan əleyhinə təxribat xarakterli fikirlər səslənərsə və ümumilikdə birgə imzalanmış sənədlərin müddəalarına əməl olunmayacaqsa, Azərbaycan "Qisas" əməliyyatının növbəti mərhələsini həyata keçirmək hüququnu özündə saxlayır”. Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Azərbaycan Televiziyasına müsahibəsində "Qisas" əməliyyatında da söz açıb. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır: "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz".



7-08-2022, 19:22
Brüssel görüşü sülh gətirəcəkmi? - Bakının məqsədi bəllidir


Brüssel görüşü sülh gətirəcəkmi? - Bakının məqsədi bəllidir

"Brüssel görüşü ilk deyil. Hər bir görüş zamanı Azərbaycan tərəfi prinsipial mövqeyini bildirir. Bundan sonra da biz güzəştlərə getməyəcəyik. Bunu Ermənistan tərəfi yaxşı başa düşməli və dərk etməlidir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Pasinyanın Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Brüsseldə keçirəcəyi görüşdən gözləntilər haqqında danışan politoloq Fikrət Sadıqov deyib. Keçmiş diplomat qeyd edib ki, Ermənistan çalışmalıdır bütün razılıqlar, əldə edilən bəyanatlar həyata keçirilsin və reallaşsın: "Nəticə əldə edilib-edilməməsi Ermənistandan aslıdır. Problem yaradan, çətinliklərə səbəb olan Ermənistandır. Onların sayəsində post-munaqişə dövründə təxribatlar törədilib, əsgərlərimiz şəhid olub. Rəsmi İrəvan sülhə razılaşmalıdır". Azərbaycanın çoxvektorlu xarici siyasət apardığını vurğulayan politoloq qeyd edib ki, həm ABŞ, həm də Rusiya ilə münasibətlərimizi normal saxlayırıq: "Biz öz məsələlərimizi həll etmək üçün lazımi addımlarımızı atırıq. Ermənistan gedib Moskvadan icazə alır ki, Brüsselə getsin, orada görüşlər keçirsin. Bu, Ermənistanın problemidir. Tam aydındır ki, rəsmi İrəvan müstəqil siyasət apara bilmir. Müxtəlif qütblər arasında çabalayır. Bunun da heç bir nəticəsi yoxdur. Biz qələbə çaldıq. Öz mövqeyimizi bildirdik. Əsas məqsədimiz sabitliyin və sülhün bərpasıdır. Bu məqsədlə Brüsselə gedirik. Zəngəzur dəhlizi ilə bağlı Ermənistana təzyiq göstərilsə, İrəvan müəyyən addımlar atmağa məcbur olar. Onlar başqa dil bilmirlər. Təəssüf ki, bir sıra güc mərkəzləri, aparıcı dövlətlər bizi sadəcə olaraq sülhə çağırırlar, eyni zamanda Bakı ilə İrəvanı bərabərləşdirirlər. Ermənistana təzyiq edilməsə, biz özümüz təzyiq etməliyik. Başqa çıxış yolumuz yoxdur. Elə axır zamanlar da öz gücümüzü nümayiş etdiririk, bunu İrəvanda da görürlər".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "Twitter" hesabında vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır. "Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə Şarl Mişel bildirib. Lakin görüşün dəqiq tarixi hələlik açıqlanmayıb.

7-08-2022, 17:05
Ərdoğandan Qərbi təşvişə salan addım - Putin “Yox” demədi...


Ərdoğandan Qərbi təşvişə salan addım - Putin “Yox” demədi...

Avqustun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri kifayət qəfər məhsuldar keçib. Rusiya lideri Vladimir Putinlə Soçidə bir araya gələn Ərdoğanın gündəliyində bir sıra aktual mövzuların yer aldığı bildirilirdi. 2 saatdan artıq davam edən görüşdən sonra tərəflər mediaya açıqlama verərək, danışıqların nəticələrini elan edib, fərqi mövqedə olmalarına baxmayaraq, razılığa gəldiklərini bildiriblər. Belə ki, Soçi görüşünün nəticəsi olaraq, Türkiyə Rusiyadan alınan təbii qazın qismən rublla ödənilməsinə razılıq verib. Bundan əlavə, tərəflər ticarət mübadiləsində rubldan istifadə olunmasına razılaşıblar. "Kim ölkəmizə sərmayə qoymaq istəyirsə, ona hər cür dəstəyi veririk. Çünki Türkiyə təkcə son hadisələrlə bağlı deyil, həm də dünyada azad bazar iqtisadiyyatının ən mühüm açıq qapısıdır. Təbii ki, Soçi səfərinin bir yaxşı cəhəti də o idi ki, cənab Putinlə rublla bağlı razılığa gəldik. Mübadilələri rublla edəcəyik. Bu da təbii ki, maliyyə məsələlərində Türkiyə ilə Rusiya arasında ayrı bir güc mənbəyi olacaq və daha çox qazanc gətirəcək", - Ərdoğan Rusiyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Əlbəttə, Soçi görüşündə Ukrayna müharibəsi də diqqətdən kənarda qalmayıb. Tam təfərrüatlarına varılmasa da, Türkiyə lideri rusiyalı həmkarına Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi təklif etdini açıqlayıb. Putinin təklifə necə reaksiya verdiyi hələlik məlum deyil. Soçi görüşünün əhəmiyyəti barədə danışan politoloq İlqar Vəlizadə bildirib ki, hazırda dünyada baş verən qlobal böhran fonunda müxtəlif tərəflərin fikir ayrılıqları iri və ya kiçik lokal problemlərin yaranmasına səbəb olur. Bunun fonunda çox fərqli, özünəməxsus siyasəti ilə səciyyələnən ölkələrin başçıları nəinki bir araya gəlir, eyni zamanda ziddiyyətli məsələləri birgə həll edirlər. Deməli, danışıqlar əsasında problemlərin həlli mümkündür. Türkiyə və Rusiyanın mürəkkəb oyunçular olduğunu deyən politoloq hesab edir ki, fikir ayrılıqlarına baxmayaraq, tərəflərin ortaq məxrəcə gələ bilmələri müsbət haldır: “Belə deyə bilərik ki, çox fərqli, bəzi hallarda ziddiyyətli siyasət aparırlar. Ancaq danışırlar, ortaq məxrəcə gəlirlər, eyni zamanda ortaq layihələr həyata keçirirlər. Necə olur ki, Türkiyə kimi oyunçu ilə Rusiya danışa bilir, ortaq məxrəcə gələ bilir, mürəkkəb məsələlərdə anlaşmaya gələ bilir, ancaq digər ölkələr bunu bacarmırlar?Aydındır, çox vaxt Rusiyanın yürütdüyü siyasəti əsas gətirib, onu günahlandırırlar. Rusiyanın siyasəti çox təhlükəlidir və mənfi nəticələrə səbəb olur. Bəs niyə Türkiyə və Azərbaycanla münasibətlərdə bunu görmürük? Deməli, burada başqa problem var. Problem də ondan ibarətdir ki, daha böyük oyunçular Rusiya və Rusiya kimi ölkələrlə normal qarşılıqlı maraqlara əsaslanan əlaqələrdən boyun qaçırırlar. Nəticədə ortada dayanan ölkələr bu siyasətin qurbanına çevrilirlər. Ona görə də Soçi görüşünün indiki dönəmdə əsas geosiyası mahiyyəti iki fərqli siyasətçinin görüşüb anlaşa bilməsindən ibarətdir”.



İlqar Vəlizadə Türkiyənin danışıqlarda öz maraqlarını qoruduğunu sözlərinə əlavə edib: “Konkret məsələlərə gəlincə, biz bilirik ki son aylar ərzində Türkiyə Suriyada mürəkkəb və həlledici antiterror əməliyyatı keçirmək niyyətindədir. Türkiyə fikrindən dönməyib. Ancaq son görüşdə Türkiyə Rusiyanın narahatlığını nəzərə aldı. Eyni zamanda onu da demək lazımdır ki, Rusiya da Türkiyənin mövqeyini nəzərə aldı, nəticədə Suriya məsələsində ortaq mövqeyə gələ bildilər. Razılığa əsasən, Türkiyə indiki durumda əməliyyat aparmayacaq. Digər tərəfdən Türkiyəyə qarşı proseslər getsə, Ankara hərəkətə keçməyə bilməz. Ona görə də Rusiya müəyyən məsələlərdə zəmanətçi qismində çıxış edir. Rusiya zəmanət verir ki, bu dövrdə xoşagəlməz hadisə baş verməyəcək. Yəni demək istəyirlər ki, "mənim ərazimdə kürd terrorçular sənə hansısa təhdid, problem yaratmayacaq". Əlbəttə, bu aralıq anlaşmasıdır. Son nəticə deyil. Əməliyyat plandadır. Ancaq tərəflər bunu həyata keçirməyib. İstisna deyil ki, geosiyası vəziyyət pisləşə bilər. İndi heç kim istəmir ki, dünyada olan problemlərə birini də əlavə etsin. Cənubi Qafqazda zaman-zaman xoşagəlməz hallar baş verir. Həm Türkiyə, həm Rusiya istəyir ki, vəziyyət yaxşılaşsın, kommunikasiyalar açılsın. Həm də çalışırlar ki, üçüncü tərəfdən bölgəyə təsirli müdaxilə olmasın. Çox güman ki, bu məsələdə də razılıq əldə olunub”.



Politoloq Türkiyə və Rusiya arasında qaz razılaşmasının önəmini xüsusilə vurğulayıb: “Burada qaz məsələsi önəmlidir. Rusiya tərəfi açıq deyib ki, Avropa İttifaqı indiyədək qaz ixrac etməyimizə görə Türkiyəyə sağ ol deməlidir. Burada, əlbəttə həqiqət də var. O cümlədən, taxıl ixracı ilə bağlı məsələ də onu göstərir ki, Türkiyənin vasitəçiliyi həlledici rol oynayır. Türkiyə və Rusiyanın nüfuzu olan ölkələrdə nisbi sakitlik yaşanır. Buna misal olaraq Cənubi Qafqazı, Şimali Suriyanı və başqalarını göstərə bilərik”. Qeyd edək ki, Qərb hökumətləri Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrin dərinləşməsindən təşvişə düşüb. "Financial Times" qəzetinin yaydığı məlumata görə, Türkiyə Rusiyanın sanksiyalardan yayınmasına kömək edərsə, Ankaraya da təzyiqlər edilə bilər.

6-08-2022, 14:09
Əliyev və Paşinyan Brüsseldə görüşəcək


Əliyev və Paşinyan Brüsseldə görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.
Bunu Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel öz Tvitter səhifəsində yazıb.
O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır.
"AB Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə o bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!