“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 13-03-2019, 11:10
Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiri və elektron idarəetmə şöbəsinin əməkdaşları fermerlərin öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə köməklik göstərəcək könüllülərə xüsusi təlim keçiblər. Təlimlərdə əməkdaşlara sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah olunub.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Təlim Mərkəzində keçirilən təlimlərə Aqrar İnkişaf Könüllüləri, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları cəlb olunublar. Təlim keçmiş şəxslər Şəki DAİM-də, Şəki “ASAN xidmət” mərkəzində, Orta Zəyzid və Baş Zəyzid kəndlərində yaradılmış səyyar məntəqədə fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Fermerlər bu məntəqələrə yaxınlaşaraq EKTİS-də qeydiyyatdan keçirlər.
EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Şəki “ASAN xidmət” mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb, Səyyar “ASAN xidmət” avtobusu Orta Zəyzid və Baş Zəyzid kəndlərində fermerlərə xidmət göstərir.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə əlaqədar Quba və Şəki rayonlarında pilot layihə reallaşdırır. Quba rayonunda göstərilən səyyar informasiya-məsləhət xidməti çərçivəsində 1000-dən artıq fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Quba və Şəkidə məlumatlandırma prosesi və EKTİS-in tətbiqinin ilkin mərhələsi başa çatdıqdan sonra fermerlərin elektron sistemdə qeydiyyatı bütün ölkə ərazisini əhatə edəcək.
Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!