İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 25-12-2020, 13:47
Şəkidə aztəminatlı ailələrə dəstək aksiyası keçirilir
COVID-19 pandemiyası ilə mübarizə çərçivəsüində tətbiq olunan məhdudlaşdırıcı tədbirlər iş yerlərinin sayının azaldılmasına gətirib çıxarıb. Pandemiya səbəbilə gəlirini itirən şəxslərə birdəfəlik ödənişlərin verilməsi ilə yanaşı, ayrı-ayrı vətəndaşlar, şəxslər Yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində aztəminatlı ailələrlə əsl həmrəylik nümayiş etdirir.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, Milli Məclisin Şəki rayonundan seçilmiş deputatı Cavanşir Feyziyevin Şəkidəki qərargahının üzvləri növbəti dəfə aztəminatlı ailələrə dəstək aksiyasına başlayıblar.

Bütün yaşayış məntəqələri üzrə əvvəlcədən tərtib olunmuş siyahılar əsasında aztəminatlı ailələrə ərzaq yardımı çatdırılır.

Bu gündən etibarən başlayan, pandemiya dövründə sayca üçüncü dəstək marafonu Şəki şəhərini və rayonun bütün kəndlərini əhatə edir.

Xeyriyyə tədbiri çərçivəsində 600 aztəminatlı ailəyə yardım göstərilməsi nəzərdə tutulub. Qərargah üzvləri Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində başladıqları xeyriyyə tədbirini dekabr ayının 30-dək başa çatdırmağı planlaşdırırlar.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!