Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 28-01-2021, 09:52
Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işləyəcək?

Xırdalan dairəsində yeni inşa edilən dəmir yolu körpüsü istismara verilib və hazırda yük qatarları körpü üzərindən hərəkət edir, sərnişin daşımalarının bərpası isə kontakt şəbəkəsinin yenilənməsindən sonra gözlənilir.

Butov.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən Modern.az-a verilən məlumata görə, Bakı-Xırdalan-Sumqayıt elektrikləşdirilmiş dəmir yolu xəttinin Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir:

“Kontakt şəbəkəsi Bakı-Böyük Kəsik dəmir yolu sahəsinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi ilə əlaqədər olaraq yenilənir. Aparılan yenidənqurma işləri Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının təhlükəsiz hərəkətinə imkan vermir, ona görə bu istiqamət üzrə sərnişin daşınmasının bərpası yalnız təmir işləri bitdikdən sonra mümkün olacaq.

Bu istiqamətdə qatarların hərəkəti Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar olaraq avqustun 10-da dayandırılıb. Yolun genişləndirilməsi çərçivəsində Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülüb, onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edilib. Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Hazırda körpü istismara verilib və yük qatarları körpü üzərindən hərəkət edir”.

“Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq”,- deyə rəsmi məlumatda qeyd edilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!