Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 4-02-2021, 12:24
Metro açılır? - açıqlama
Sosial şəbəkələrdə son günlər müzakirə olunan əsas məsələlərdən biri heç şübhəsiz ki, metropolitenin nə zaman sərnişindaşıma fəaliyyətinə başlaması ilə bağlıdır. Bir müddət əvvəl universitetlərin açılması ilə metroların da fəaliyyətə başlayacağı qeyd olunurdu.

Fevralın 15-də ali təhsil müəssisələrində əyani təhsilin bərpa olunması artıq təsdiqlənib. Bəs metropolitendən nə xəbər var?

Butov.az-ın məlumatına görə, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sözçüsü Bəxtiyar Məmmədov Publika.az-a açıqlamasında deyib ki, metronun nə zaman açılacağı məlum deyil:

“Bizdə bu haqda hər hansı məlumat yoxdur. Metropolitenin sərnişindaşıma fəaliyyətinə başlaması və onun hansı qaydada tənzimlənməsi ilə bağlı qaydalar mütləq şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilməlidir”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, metropoliten buna qədərki dövrdə də yəni, əvvəlki açılıb-bağlanma dövründə olduğu kimi gündəlik iş rejimi şəraitində bütün infrastrukturun sağlam vəziyyətdə qorunub saxlanması, onun işlək vəziyyətdə olması ilə bağlı öz tədbirlərini həyata keçirir:

“Bu dövrdə görülən işlər sırasında metropolitendə bütün infrastruktur bir-biri ilə sıx əlaqəli, geniş və mürəkkəb, çoxşaxəli quruluşa malik, xüsusilə də yerin altında olduğu üçün bütün bunların hamısı gündəlik iş rejimi şəraitində qulluq tələb edən sistemlər, avadanlıqlardır. Bununla bağlı metropolitenin normativ sənədləri var. Həmin sənədlərə uyğun olaraq avadanlıqlara qulluq göstərilməsinin də öz ardıcıllığı mövcuddur. Bütün bunlara bu günə qədər tam əməl olunub”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!