Qalx ayağa Azərbaycan! .....                        Ermənilərin növbəti Gəncə terroru - 4 il... .....                        Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq .....                        Sumqayıtda yanğın .....                        “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub .....                        Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib .....                        Baş Prokurorluqdan Əhmədlə bağlı açıqlama .....                        İlham Əliyev strategiyanı təsdiqləyən fərman imzaladı .....                        Prezident COP29-la bağlı sənədi təsdiqlədi .....                       
Tarix : 3-06-2021, 10:31
Bakıda daha bir küçə əsaslı təmir edilir - FOTOLAR
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4.3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, bu istiqamətdə bir müddətdir işlərə start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, bu çərçivədə qəsəbədə 1 km uzunluğa malik Cəlal Qurbanov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə qısa müddət ərzində icra olunaraq yekunlaşdırılıb.

Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Ardınca küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi həyata keçirilib.

Bununla yanaşı, küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, ərazidə olan köhnə səki daşları yenisi ilə əvəz edilib.


Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra eni ortalama 18 metr təşkil edən Cəlal Qurbanov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

İnvestisiya proqramına uyğun olaraq, təmir işləri Suraxanı rayonunun Hövsan qəsəbəsi Bahar yaşayış massivində də davam etdirilir. Belə ki, qəsəbənin 1.5 km uzunluğa malik yollarına hazırda yeni asfalt-beton örtüyü döşənir. Anoloji işlər Hövsan qəsəbəsində uzunluğu 2 km, ortalama eni 6 metr olan Oktay Şabanov küçəsində də aparılır.

Qısa zaman ərzində isə hər birinin uzunluğu 1,5 km olan Bağlar yaşayış massivinin və Südçülük sovxozu adlanan ərazinin yollarında, həmçinin ümumi uzunluğu 7,7 km olan qəsəbədaxili küçə və məhəllədaxili hissələrdə də agentlik təmir-bərpa işlərinə başlayacaq.


Hövsan qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan küçə və yolların ümumi uzunluğu 14,2 km təşkil edir.

Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq ayrılmış vəsait hesabına agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işlərini icra edib.



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!