QHT layihəsinə Abşeron rayonunda start verdiQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyi tərəfindən "Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri" layihəsi çərçivəsində Abşeron rayonunda tədbir keçirilib.
Butov.az xəbər verir ki, Abşeron rayon Təhsil İdarəsində keçirilən tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (NMDK) məsul işçisi Vasif Quliyev, Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyasının məsul katibi Şükufə Məmmədova, Rayon Təhsil İdarəsinin metodist-psixoloqu İstək Bəxtiyarova və layihə rəhbəri Vidadi Fətullayev Azərbaycanda gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam inkişafı sahəsində dövlət rəhbərliyinin qayğısı, müvafiq dövlət qurumları tərəfindən atılan addımlar və görüləcək işlər barədə iştirakçıları məlumatlandırıblar. Narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə kəskin mübarizə və geniş maarifləndirmə işlərinin aparıldığını deyən çıxışçılar, dövlət və ictimai qurumlarla yanaşı, ictimaiyyətin də bu mövzuda fəal olmasının vacibliyini qeyd ediblər. Görüşdə NMDK məsul işçisi Vasif Quliyev tərəfindən rayon məktəblərini təmsil edən müəllim və psixoloqlara slaydlarla izahatlı məlumatlar verilib və təlim keçirilib.
Geniş diskussiya şəklində davam edən tədbirdə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və 1-ci vitse prezident Mehriban Əliyeva tərəfindən ölkə gəncliyinə göstərilən qayğı və verilən yüksək qiymətə görə onlara minnətdarlıq edən iştirakçılar, cəmiyyətimizdə yer alan mənfi hallara qarşı mübarizənin daha da artırılmasının tərəfdarı olduqlarını bildiriblər.
Fəal iştirakçılara Sertifikatların təqdim edildiyi tədbirin sonunda, göstərdikləri maliyə dəstəyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təşkilati dəstəyə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının (NMDK) və Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliklərinə minnətdarlıq edildi.
://butov.az/uploads/posts/2022-03/1647434498_whatsapp-image-2022-03-16-at-05_29_52-1.jpeg[/img][/center]