Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                        İranın ABŞ təyyarələrinə qarşı yeni müdafiə sistemi .....                        Zelenski İstanbulda - Ərdoğanla görüş yekunlaşdı .....                        Qasım Süleymaninin qardaşı qızı və nəvəsi HƏBS EDİLDİ .....                        Kreml Paşinyanla münasibətləri davam etdirmək istəmir - İDDİA .....                        Ermənistan təhlükəsizliyinin təminatçısı Azərbaycandır - Simonyan .....                        Savaş və bölgəmizin taleyi .....                       
Tarix : 15-09-2015, 12:36
Prezident rektora fəxri diplom verdi - fotolar


Sentyabrın 15- də Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Butov.az AzərTac-a istinadən xəbər verir ki, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev qonaqları salamlayaraq bu il akademiyaya qəbul olmuş ilk on bir nəfəri qazandıqları tələbə adı münasibətilə təbrik edib.

T.Əfəndiyev Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə akademiya statusu alan bu sənət məbədinin inkişafı və ənənələrinin qorunması istiqamətində görüləcək işlərdən danışıb.

Rektor akademiyada səkkiz ay müddətində görülən işlərdən danışaraq tədris planının qabaqcıl dünya ölkələrinin təcrübələrindən yararlanaraq hazırlanmasından söz açıb. Akademiyanın elmi-nəzəri potensialını inkişaf etdirmək üçün yeni konsepsiyaların hazırlanması və öyrənilməsi ilə yanaşı, bu sahədə yaranan boşluqların aradan qaldırılması naminə tədqiqat əsərlərinin hazırlanmasının vacibliyi bildirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək vurğulayıb ki, Bakı Xoreoqrafiya Akademiyasının yaradılması Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Nazir bununla yanaşı, bu elm ocağında beynəlxalq təcrübələrin mənimsənilməsi və bu sənətin daha da inkişafı üçün zəruri addımların atılacağını diqqətə çatdırıb.

Daha sonra Əbülfəs Qarayev Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Timuçin Əfəndiyevə ölkə başçısının müvafiq Sərəncamı ilə verilmiş "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu təqdim edib.

Sonda nazir tələbə adını qazanmış gəncləri də təbrik edərək onlara tələbə bileti və müvəffəqiyyət kitabçaları verib.


Prezident rektora fəxri diplom verdi - fotolar

Prezident rektora fəxri diplom verdi - fotolar


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!