Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 2-02-2017, 11:53
Azərbaycanda 16 dərəcə şaxta olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində fevralın 1-dən 2-si səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava haqqında açıqlama yayıb.

Butov.az xəbər verir ki, Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu müddət ərzində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0.3-6, Böyük Qafqazda 0.3-8, Kiçik Qafqazda 1-2, Naxçıvan MR-da 0.6-1, Lənkəran-Astara zonasında 3-25, Mərkəzi Aran rayonlarında 2-14, Qazax-Gəncə zonasında 0-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 29, Zabratda 17, Maştağada 11, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda 67, Şamaxıda 28, Şəki, Kişçayda (Şəki) 27, İsmayıllıda 20, Altıağacda 18, Oğuz, Qəbələdə 13, Qubada 11, Zaqatalada 10, Xaltanda 9, Qusar, Xaçmaz, Balakəndə 6, Şabranda 3, Lənkəran-Astara zonasında: Rvarudda 70, Lerikdə 59, Yardımlıda 32, Göytəpədə 21, Lənkəranda 17, Kəlvəzdə 14, Biləsuvarda 12, Astarada 6, Kiçik Qafqazda: Daşkəsəndə 21, Gədəbəydə 16, Göygöldə 10, Naxçıvan MR-da: Ağdərədə 64, Şahbuz, Naxçıvanda 32, Şərurda 27, Ordubadda 3, Mərkəzi-Aran rayonlarında: Beyləqanda 24, İmişlidə 15, Cəfərxanda 12, Zərdab, Sabirabadda 10, Qazıməmməd, Tərtər, Göyçayda 8, Mingəçevirdə 3, Salyanda 2, Kürdəmirdə 1, Qazax-Gəncə zonasında: Tovuzda 20, Ceyrançöldə 16, Ağstafada 10, Şəmkirdə 7, Gəncədə 3, Naftalanda 1 sm olub.

Havanın minimal temperaturu fevralın 2-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 1-5, dağlıq rayonlarda 10-13, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!