İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
Tarix : 7-02-2017, 11:05
Azərbaycanın 51 təhsil müəssisəsi keyfiyyətli hazır isti yeməklə təchiz ediləcək

Təhsil Nazirliyi Nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların aprel-dekabr ayları ərzində keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin satın alınması məqsədi ilə açıq tender prosedurunu elan edib.
Butov.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən xəbərə görə, keyfiyyətli hazır isti yeməklə təchizat ilə bağlı iş və xidmətlər 51 təhsil müəssisəsini əhatə edəcək. Təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı zamanı Nazirlər Kabinetinin 09.03.1994-cü il tarixli 103 nömrəli, 21.11.1994-cü il tarixli 402 nömrəli və 18.09.1995-ci il tarixli 206 nömrəli qərarları ilə müəyyənləşdirilmiş qida normativlərinə riayət olunmalıdır. İddiaçılar tender təkliflərini tenderin əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq ,ikiqat bağlı zərfdə (əsli və surəti) 27 mart saat 17-00 kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən sənədlər (tender təklifləri istisna olmaqla) tələb olunan qaydada hazırlanıb, 07 mart 2017-ci il tarixinədək tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqlar. Açıq tender proseduru 28 mart tarixdə saat 12-00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Təhsil Nazirliyinin iclas zalında keçiriləcək. Açıq tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq keçiriləcək. Tender iştirakçıları tərəfindən "Dövlət satınalmaları haqqında" Qanunun və Əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən tender sənədlərinin və təkliflərinin təqdim edilməsi həmin sənədlərin və təkliflərin kənarlaşdırılmasına səbəb ola bilər.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!