Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                       
Tarix : 15-04-2016, 13:33
Palata sədri dövlət qurumlarındakı qanunsuzluqlardan danışdı


Milli Məclisin iclası davam edir.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, Hesablama Palatasının 2015-ci il üzrə hesabatını Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. V.Gülməmmədov bir sıra dövlət qurumlarında yol verilən maliyyə pozuntularından danışıb.
O eyni zamanda deputatlara təklif olunan hesabatda 98 təklif və 15 tövsiyənin öz əksini tapdığını bildirib.


Hesabatda qeyd olunur ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna ziddi hallar aşkarlanıb. Belə ki, 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95%-i olmaqla 8 satınalma müqaviləsi bağlanıb.

Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 %-i birbaşa müqavilələrin bağlanması ilə icra edilib.

Qurumda dövlət satınalamalarını tənzimləyən normativ hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i satınalma proseduru tətbiq edilmədən xərclənib.

Audit sübutları ilə “Azərenerji” ASC tərəfindən 2013-2014-cü illər üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub.

ASC tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisya təkliflərinin tərtib edilmədiyi aşkarlanıb. İki obyektin layihə-smeta sənədlərinin hazırlanması xərcləri podrat müqaviləsinə daxil edilib, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə artıq vəsait ödənilməsi hesabına debitor borcun formalaşmasına, bununla yanaşı üç layihə üzrə kreditor borcun yaranmasına yol verilib.

Palataya təqdim edilmiş məlumata görə,”Azərenerji” ASC tərəfindən 29,7 min manat dövlət büdcəsinə bərpa edilib, 35658,4 min məbləğində debitor borc üzrə işlər podratçı tərəfindən icra edilib.

Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) maliyyə pozuntuları, dövlət vəsaitini mənimsəmə və digər qanuna zidd əməllər aşkarlanıb. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə BŞİH-ə ayrılmış vəsaitin 12,7%-nin təyinatı dəyişdirilərək Bakı şəhər yollarının asphalt örtüyünün əsaslı təmirinə və yenidən qurulmasına, həmçinin klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılmasına yönləndirilib. Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin tələblərinə əməl edilməyərək bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri mövcud qaydalara uyğun müəyyənləşdirilməyib.

Tender prosedurunun keçirilməsi üçün minimum 3-4 ay vaxt tələb olunduğunu və görüləcək işlərə təcili tələbat yarandığını əsas gətirərək satınalmaların birbaşa müqavilə ilə həyata keçirilməsinə müvafiq razılıq alınsa da müqavilələr bir neçə aydan sonra bağlanıb.

Nəticədə 2014-cü ildə Bakı Şəhər İcra hakimiyyəti tərəfindən əhatə olunan məbləğin 61,9%-i səviyyəsində satınalamalar birbaşa müqavilə (bir mənbədən satınalma) metodu əsasında həyata keçirilib. Müvafiq satınalma proseduru keçirilmədən 10 layihəçi təşkilata layihə-smeta sənədlərinin hazırlanmasına görə vəsait ödənildiyi aşkarlanıb. Audit tədbirləri nəticəsində qurumun daha bir neçə sahələr üzrə vəsait ödənişində nöqsanları aşkarlanıb.

Yoxlamaların nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə olunaraq müvafiq qərar qəbul edilib. Qərarın surəti zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədilə quruma göndərilib, məsələ ilə bağlı Milli Məclisə məlumat verilib.

Palataya təqdim olunan məlumata görə, BŞİH-dən cəmi 106,4 min manata vəsait dövlət büdcəsinə bərpa edilib, 2 min manat dəyərində avadanlığın təhvil verilməsi təmin olunub. 35584,9 min manat dəyərində müxtəlif adda inventar və avadanlıqların müvafiq qaydada rəsmiləşdirildiyi qeyd olunub.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!