SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir” .....                        Prezident onlara ali hərbi rütbələr verdi - SƏRƏNCAM .....                        Hərbi təyyarələrimiz havaya qaldırıldı - VİDEO .....                        Orbandan Tramp-Putin görüşünə REAKSİYA .....                        “Putin çox ağıllı oğlandır” - Tramp .....                        Tramp-Putin dialoqunun davam etməsi Azərbaycanın maraqlarına cavab verir .....                        Azərbaycanda 17 yaşlı qız itkin düşüb .....                        Əliyev-Tramp-Paşinyan görüşünə dair sorğu: Nəticə açıqlandı .....                        Bakıda partlayış - Xəsarət alan var .....                       
Tarix : 9-11-2016, 10:47
Dövlət Neft Fondu sığorta şirkəti seçir

[b]Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Tibbi sığorta xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edib.[/b]

[b]Butov.az[/b] xəbər verir ki, Fonddan “APA-Economics”ə verilən məlumata görə, “Dövlət satınalmaları haqqında” qanuna əsasən açıq tender ARDNF-nin əməkdaşlarının tibbi sığorta xidmətlərini əhatə edir. Satın alınacaq xidmətlər Azərbaycanda göstərilməlidir.[/b]

Tender proseduru 6 dekabr 2016-cı il, yerli vaxtla saat 11:00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 165 nömrəli ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaq.

Tenderdə iştirak üçün ərizə, podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, podratçının ixtisas göstəricilərinə dair məlumat, tender təklifi (tender təklifi qiymətinin 1%-i həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə), podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı müvafiq quruma təqdim edilməlidir.

Podratçılardan tələb olunan sənədlər noyabrın 22-də saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə dekabrın 5-dək saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə ARDNF-ə təqdim edilməlidir. Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün tibbi sığorta sahəsində ən azı 5 illik təcrübəyə, texniki və maliyyə imkanlarına və idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcək. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.

Tenderdə iştirak etmək istəyən podratçılar tərəfindən 100 manat iştirak haqqı ödənildikdən sonra, onlara tenderin əsas şərtlər toplusu təqdim ediləcək. İştirak haqqı heç bir halda geri qaytarılmır. Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!