İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                        Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq .....                        Bakıda soyuq havada küçədə qalanlara necə dəstək göstərilir? .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - Prezident .....                        Prokurorluq qardaşı uşaqlarını baltalayan əminin ölümünü araşdırır .....                       
Tarix : 14-04-2017, 20:18
Məktəblilər kənd təsərrüfatı üzrə ixtisas seçiminə həvəsləndirilir

Tərtərdə Azərbaycan Dövlət Aqrar Universiteti və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı sahəsində kadr hazırlığından, ixtisaslı kadrların aqrar sektorun inkişafında rolundan danışılıb.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin müəllim və tələbələrinin, rayon ictimaiyyətinin və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirib ki, görüşün əsas məqsədi məktəbliləri kənd təsərrüfatı üzrə ixtisas seçiminə həvəsləndirməkdir. Qeyd olunub ki, Tərtərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Cari təsərrüfat ilində rayonda 3 min hektarda pambıq, 1500 hektarda şəkər çuğunduru əkmək və 6 ton barama istehsal etmək qarşıda duran əsas vəzifələrdəndir. Dövlətin dəstəyi, fermerlərin işgüzarlığı sayəsində həyata keçirilən və icrası nəzərdə tutulan əhəmiyyətli layihələrin uğurla başa çatdırılması üçün ixtisaslı kadrlara böyük ehtiyac duyulur. Prezident İlham Əliyev də martın 28-də Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bu sahədə kadr hazırlığının vacibliyini vurğulayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Nizami Seyidəliyev kənd təsərrüfatının kompleks inkişafında ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə baytar həkimlərə, aqronomlara, habelə digər kənd təsərrüfatı mütəxəssislərinə böyük tələbat var. Aqrar Universitetdə müasir tələblərə cavab verən kadrların hazırlanması üçün bütün zəruri şərait yaradılıb. Universitetdə köklü struktur islahatları aparılıb, idarəetmə metodu yenilənib, yeni infrastruktur qurulub.

Valideynlər və şagirdlər tədbirdən razı qalıb, onun ixtisas seçiminə müsbət təsirindən danışıblar.
Məktəblilər kənd təsərrüfatı üzrə ixtisas seçiminə həvəsləndirilir


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!