Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 31-01-2017, 19:21
Aqrar Universitetdə keçirilən konfransda pambıqçılığın mövcud vəziyyəti və inkişaf yolları müzakirə olunub

Pambıqçılıq strateji əhəmiyyətli, əmək tutumlu və iqtisadi cəhətdən çox səmərəli istehsal sahəsidir. Pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. Bu məhsula hazırda dünyada böyük ehtiyac var. Eyni zamanda, pambıqçılığın inkişafı digər sahələrin inkişafı üçün də əlverişlidir.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Aqrar Universitet ilə Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Respublikasında pambıqçılığın mövcud vəziyyəti və inkişafı yolları” mövzusunda birgə keçirdiyi elmi-praktik konfransda səsləndirilib.

Konfransda Bərdə, Yevlax, Ağcabədi, Tərtər, Ağdam, Goranboy, Ağdaş, Ucar, Kürdəmir, Beyləqan, İmişli rayonlarından olan torpaq mülkiyyətçiləri, fermerlər və sahibkarlar iştirak ediblər.

Tədbiri açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda digər sahələr kimi, pambıqçılığın da inkişafının zəruriliyini qeyd edib və bununla əlaqədar qarşıya konkret vəzifələr qoyub. Dövlətimizin başçısı konfransdakı yekun nitqində deyib: “Hesab edirəm ki, biz pambıqçılıqla daha ciddi məşğul olmalıyıq. Çünki bu, həm insanları işə cəlb edir, - pambıq tarlalarında çox insan işləyəcək, maaş alacaqdır, - eyni zamanda, bu, valyuta gətirən məhsuldur. Biz həm xam pambığı satmalıyıq, həm də ki, onu ipliyə, daha sonra tekstilə çevirib ixrac etməliyik. Bu, mütləq olmalıdır. Hesab edirəm ki, pambıq yığanlara verilən pul artırılmalıdır. Mənə verilən məlumata görə, indi bir kiloqram pambıq üçün insanlara 42 qəpik ödənilir. Hesab edirəm ki, bu, çox azdır. Bu, əhəmiyyətli dərəcədə qaldırılmalıdır. Pambıqçılıq sürətlə inkişaf etməlidir.”

İ.Cəfərov bildirib ki, Prezident İlham Əliyevin bu fikirləri pambıqçılıq sahəsində əsaslı dönüş olacağına böyük inam yaradıb. Həmçinin bu sahənin inkişafı ölkə iqtisadiyyatının qarşısında böyük perspektivlər açıb, alimlərin qarşısına isə yeni vəzifələr qoyub.

Vurğulanıb ki, ötən ilin sentyabrında Sabirabad rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsindən sonra təhsil müəssisəsinin alimləri vaxtaşırı fermerlərlə görüşüb, onlara dəyərli elmi məsləhətlər, tövsiyələr verib.

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov fermerlərin, torpaq mülkiyyətçilərinin və iş adamlarının daim dövlət tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb, iqlim şəraitinə uyğun pambıq toxumlarının gətirilməsinə, eləcə də yerli sortların daha çox əkilməsinə üstünlük veriləcəyini deyib.

Konfransda ADAU-nun və müxtəlif elmi-tədqiqat institutlarının alimlərinin və fermerlərin müxtəlif mövzularda məruzələri dinlənilib. Bildirilib ki, Aqrar Universitetin alimləri bundan sonra da pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri, fermerlər və iş adamları ilə sıx əlaqə saxlayacaq və onlara elmi əsaslarla lazım olan köməyi göstərəcəklər.
Aqrar Universitetdə keçirilən konfransda pambıqçılığın mövcud vəziyyəti və inkişaf yolları müzakirə olunub


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!