Prezidentdən ETSN-lə bağlı fərman .....                        Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı .....                        Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu .....                        Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü .....                        Ombudsmanın nümayəndələri Ağdərədəki kütləvi məzarlığı yerində araşdırdılar .....                        Sabiq icra başçısının həbs müddəti uzadıldı .....                        Sahibə Qafarova və türkiyəli həmkarı Lahora səfər edib .....                        Əhalinin gəlirləri açıqlandı .....                        İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi .....                       
27-07-2022, 19:59
İndiyədək 41 mindən çox layihə maliyyələşdirilib


İndiyədək 41 mindən çox layihə maliyyələşdirilib

İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 41 mindən çox layihə maliyyələşdirilib. Layihələrin 90,7%-i kənd təsərrüfatı məhsullarının istehsalını əhatə edib və bu məqsədlə 1,4 mlrd. manat vəsait ayrılıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb. "Şamaxı rayonunda heyvandarlıqla məşğul olan sahibkar Tamilla Vəliyeva-Rabbath öz təsərrüfatını genişləndirmək məqsədilə 2021-ci ildə Fonddan 300 min manat güzəştli kredit əldə edib", - nazir qeyd edib.
27-07-2022, 19:46
Naftalanda qanvermə aksiyası keçirilib


Naftalanda qanvermə aksiyası keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib. Butov.az xəbər verir ki, Naftalanlılar ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq fəallıq nümayiş etdiriblər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının tibb briqadasının hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Aksiyada Naftalan Şəhər İcra Hakimiyyəti başçısı və aparatın əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirak ediblər. Humanizm prinsipləri əsasında həyata keçirilən belə tədbirlər ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.






27-07-2022, 19:20
Bakıda 106 avtobus gecikir


Bakıda 106 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 31 müntəzəm marşrut xətti üzrə 106 avtobusun hərəkət intervalında gecikmələr var. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
1. Bakı–Sumqayıt şosesində–Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
2. Binəqədi şosesi–Binəqədi istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-13 dəqiqə gecikmə müşahidə olunur.
3. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-20 dəqiqə gecikmə müşahidə olunur.
4. Qara Qarayev pr. Ziya Bünyadov pr. istiqamətində sıxlıq - Bu səbəbdən də həmin ərazidən keçən 1, 7A, 11, 15, 44, 62 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-12 dəqiqəyə gecikmə müşahidə olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!