“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 10-08-2022, 10:25
Valideynlərin tələbəlik arzusu övladlarını öldürür

Ali məktəblərə qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər əksər hallarda psixoloji təzyiqlərə məruz qalırlar. Bunun başlıca səbəbi valideynlərin yersiz basqılarıdır. Əlbəttə, övladının tələbə adını qazanması hər ata-ananın arzusudur. Lakin imtahan nəticələri gözlənilməz olanda bir çox valideynlər onsuz da sarsıntı keçirən övladına dəstək olmaq əvəzinə, onlara təzyiq göstərirlər.

Nəticə faciəli olur... Üzləşdikləri psixoloji təzyiqlərə tab gətirə bilməyən bəzi gənclər sonda çıxış yolunu intiharda görürlər. Təəssüflər olsun ki, belə hallar hələ də davam edir.

Əslində valideyn imtahandan kəsilən övladına necə davranmalıdır?

Butov.az xəbər verir ki, bu barədə Modern.az-a danışan tanınmış psixoloq Elmir Əkbər bildirib ki, imtahanda az bal toplayan abituriyentlərin intihar etməsi ölkənin ən böyük problemidir:

“Hər il belə halla rastlaşırıq. Deməkdən yoruldum ki, valideynlər övladlarının qədrini bilsinlər. Nə qədər abituriyent evdən qaçır, intihar edir. Evdən qaçıb gedib pis adamların təsiri altına düşür, orada sağlamlığını itirir. Səbəb valideynlərin mənasız, əsassız yerə onları sıxmasıdır. Axı uşaq özü də istəyirdi ki, ali məktəbə qəbul olsun. Düzdür, səhv edib, ya ciddi hazırlaşmayıb, ya həyəcan keçirib yaza bilməyib. Bunun da səbəbkarı valideyndir, onlar anlamırlar ki, imtahan öncəsi birinci növbədə düzgün psixoloji hazırlıq vacibdir. Doğru psixoloji hazırlıq keçmiş abituriyent bəzən məntiq əsasında cavabı bilmədiyi suala belə doğru cavabı verir. Amma psixoloji hazırlığı olmayan abituriyent bildiyi suallara belə tərəddüd edir, cavabı düz yazmır. Valideyn imtahandan qabaq, ilin ortasında övladını psixaterapiya seanslarına aparmalıdır ki, uşaq imtahanda özünü itirməsin. Valideynlər öz səhvlərinin nəticəsini uşağın üstünə yükləyirlər. Başa düşmürlər ki, həyatda insanın cansağlığından üstün heç nə ola bilməz”.

E.Əkbər valideynlərə çağırış edərək övladlarına sevgi göstərmələri və onlarla dost kimi davranmalarının vacib olduğunu söyləyib:

“İmtahandan öncə və sonra övladlarıyla söhbət etsinlər, sevgilərinin təmənnasız olduğunu desinlər: Bu il olmasa da, gələn il universitetə daxil olmağın mümkün olduğunu aşılasınlar. Universitetə daxil olmasan həyat bitmir, amma intihar edib həyatını bitirirsən. Düşünürəm ki, intihar etmiş uşaqların valideynləri mütləq cinayət işinə cəlb olunmalıdır.

Əvvəl fikirləşirdim ki, övladı intihar edən valideyn onsuz da dərd içindədir, amma fakt onu göstərir ki, valideyn cinayət məsuliyyəti daşımayanda başqa digərlərinə dərs olmur. Onlar öz uşaqlarını sıxır, intihar həddinə çatdırırlar. Çox heyif ki, valideynlər övladlarını intihara sürükləyirlər. İnsanı intihar həddinə çatdırmaq isə öldürmək deməkdir, bunun üçün valideynlər cinayət məsuliyyəti daşıyır. Ona görə də valideynlər övladlarının, onların sağlam canının qədrini bilməlidirlər. Bir valideyn övladının yüksək nəticə toplamasını istəyirsə, onu düzgün yönləndirməlidir, övladının istəklərinə sayğıyla yanaşmalıdır. Valideynlər çox vaxt həyata keçməyən arzularını övladlarının üzərində həyata keçirməyə çalışırlar. Bu da acınacaqlı nəticə ilə sonlanır”.


Paylaş



Bölmə: Sosial / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!