“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 5-12-2019, 13:55
İlahiyyat İnstitutunun tələbələrinə “Vikipediya”da yaratdıqları məqalələrə görə təşəkkürnamə və sertifikatlar verilib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaş və tələbələrinə “Vikipediya”nın Azərbaycan dili bölməsində yaratdıqları və redaktə etdikləri məqalələrə görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.
Aİİ-dən bildirilib ki, Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk hazırda respublikamızda “Vikipediya” hərəkatının genişləndirilməsi istiqamətində müxtəlif işlər görüldüyünü qeyd edib. Direktor müavini hazırda “Vikipediya” Metodik Mərkəzinin tədris, beynəlxalq təcrübənin öyrənilməsi, monitorinq, məsləhət xidməti, informasiya təminatı təbliğat, elmi-tədqiqat bölmələri üzrə fəaliyyət göstərdiyini deyib. Vurğulayıb ki, mərkəzin könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı müxtəlif məqalələr hazırlayırlar.
Mərkəzi Elmi Kitabxananın baş mütəxəssisi Rövşən Məmmədli ilahiyyat sahəsində məqalələrin hazırlanmasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, dini sahədə əldə edilən biliklərin elektronlaşdırılaraq geniş oxucu kütləsinə çatdırılması xüsusi əhəmiyyət daşıyır. O, tələbələrin bu sahədə aktiv olacaqlarına, “Vikipediya”da dini mövzuda yeni məqalələr əlavə edəcəklərinə əminliyini ifadə edib.
Aİİ-nin II kurs tələbəsi Aytac Mustafalı tələbələr adından çıxış edərək, “Vikipediya” könüllüləri olaraq gələcək fəaliyyətlərində dini sahədə məqalələrin hazırlanması və sosial mediada yerləşdirilməsində aktiv iştirak edəcəklərini bildirib.
Qeyd edək ki, təlimlər Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimçiləri Aynur Yusifzadə, Səbinə Abızadə tərəfindən keçirilib. Bu müddət ərzində Aİİ-nin “Vikipediya” könüllüləri islamşünaslıq və dinşünaslıq sahələrini özündə əks etdirən 50-dən artıq məqalə hazırlayıblar.
İlahiyyat İnstitutunun tələbələrinə “Vikipediya”da yaratdıqları məqalələrə görə təşəkkürnamə və sertifikatlar verilib
İlahiyyat İnstitutunun tələbələrinə “Vikipediya”da yaratdıqları məqalələrə görə təşəkkürnamə və sertifikatlar verilib


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!