Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır .....                        Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                       
Tarix : 13-05-2020, 10:30
Azərbaycan Texniki Universitetində yenilik: rektor vətəndaşları onlayn qəbul edəcək

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi şəraitində vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Azərbaycan Texniki Universiteti (AzTU) bir ilkə imza atıb.
Butov.az xəbər verir ki, AzTU-dan AZƏRTAC-a bildirilib ki, bu həftədən etibarən rektor Vilayət Vəliyev vətəndaşları onlayn qəbul edəcək. Onlayn qəbul mövcud texniki tapşırıq əsasında hazırlanmış proqram vasitəsilə reallaşacaq.
Vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı və cümə günləri, saat 14:00-dan 17:00-dək keçiriləcək.
Qəbulda iştirak etmək istəyən şəxs ən geci bir gün əvvəldən AzTU-nun rəsmi saytının “Onlayn qəbul” bölməsində qeydiyyatdan keçib, elektron kabinetin üzərindən müraciət etməlidir. Yalnız bu halda vətəndaşa qəbulda iştirakın tarixi (gün və saat), həmçinin onlayn qoşulmaq üçün link göndəriləcək. Qəbulda iştirak etmək istəməyən vətəndaşlara isə müraciətlərini elektron formada göndərmək imkanı yaradılıb.
Qeyd edək ki, onlayn qəbul məsafələri qısaltmaq məqsədi daşıyır. Uzaq məsafədə yaşayan, qəbula gəlməkdə çətinlik çəkən vətəndaşlarla görüşün bu formatda təşkili karantin günləri bitdikdən sonra da davam etdiriləcək.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!