Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 1-06-2021, 14:55
Qarabağ universitetinə xarici ölkələrdən tələbələr cəlb olunmalıdır

“Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam edir. Ərazilər minalardan təmizləndikdən sonra quruculuq işləri daha böyük vüsət alacaq. Çünki erməni işğalı nəticəsində 30 il doğma torpaqlarında yaşamaqdan məhrum olmuş insanları öz yurdlarına qayıtmasını təmin etmək dövlətimiz üçün ən ümdə məsələlərdən biridir”.

Butov.az xəbər verir ki, bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi Qarabağı cənnətə çevirəcəyik. Bu, həqiqətən də belədir. Azərbaycan xalqı Ağdam şəhərinin baş planının təqdimatı zamanı bir daha buna əmin oldu. Mayın 28-də Ağdama səfəri zamanı cənab Prezident dedi ki, Ağdam şəhəri dünya üçün nümunə olacaq. Təqdimatdan göründüyü kimi, Ağdamı çox gözəl gələcək, böyük inkişaf, coşğulu həyat gözləyir.

F.Yıldırımın sözlərinə görə, gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Ağdam Sənaye Parkında tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.
Bərpa və yenidənqurmadan sonra Ağdamın regionun sənaye mərkəzlərindən birinə çevriləcəyi gözlənir. Ağdamda sənaye parkının yaradılması investisiyanın cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu, xüsusilə də həmin ərazilərimizin potensialından sənaye müəssisələrinin istehsalı üçün istifadə imkanları deməkdir. Həmçinin ərazidəki mövcud resurslardan istifadə istehsal prosesini daha səmərəli edəcək. Bu baxımdan sənaye parkının yaradılması Ağdam və ətraf rayonlara sərmayə cəlbinə imkan verəcək. Nəzərdə tutulan layihələr göstərir ki, Ağdam rayonu qısa zamanda Azərbaycan iqtisadiyyatına xüsusi töhvə verə biləcək.

Ağdamda “İşğal” və “Zəfər” muzeylərinin yaradılmasının da əhəmiyyətinə toxunan Fatma Yıldırım qeyd edib ki, bu muzeylər yaşadığımız reallıqların gələcək nəsillərə, eləcə də, beynəlxalq ictimaiyyətə çatdırılması baxımından önəmlidir. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Ağdamı da tamamilə dağıdıb, viran edib. İşğal muzeyində məhz erməni vəhşiliyi öz əksini tapacaq. Ölkəmizə gələn xarici qonaqlar da bu kimi muzeylər vasitəsilə erməni vandalizminin şahidi olacaqlar. Zəfər muzeyi isə Vətən müharibəsindəki parlaq qələbəmizi tərənnüm edəcək.

Deputat həmçinin, Ağdam şəhərində Qarabağ Universitetinin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Ağdam şəhərində Qarabağ Universitetinin yaradılması çox önəmlidir. Düşünürəm ki, bu universitetdə ilk növbədə Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin, düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır. Yəni, universitetin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulmalıdır. Bu amil Qarabağ Universitetinin dünyada tanınması üçün vacib məqamlardan ola bilər”.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!