Xaricdən bir telefon gətirsəniz də, bu halda rüsum ödəyəcəksiniz .....                        Tramp yenidən Xameneini hədələdi .....                        "Oğlumu bıçaqlayıb dərəyə atıblar": Meyiti tapılan şəxsin anasından şok iddia .....                        "Görüş əsaslı və məhsuldar keçdi" - Umerov .....                        İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                       
Tarix : 7-06-2022, 10:59
BDU-nun Qazax filialında 17 ixtisas üzrə 54 qrupda imtahanlar keçirilir
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

Butov.az xəbər verir ki, BDU-dan AZƏRTAC-a bildirilib ki, sessiya ərzində 17 ixtisas üzrə 54 qrupda imtahanlar keçirilir. Bakalavriat səviyyəsi üzrə 1204, magistratura pilləsi üzrə isə 11 tələbə imtahanlarda iştirak edir. Sessiya ərzində əyani şöbə üzrə 314 imtahanın keçirilməsi nəzərdə tutulub. İmtahanlar gün ərzində 2 növbədə keçirilir və başa çatdıqdan sonra onun nəticələri tələbələrə həmin gün elan olunur.

Filialda imtahanların şəffaf və obyektiv keçirilməsi üçün bütün şərait yaradılıb. İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyası yaradılıb. Eyni zamanda, filialda “Qaynar xətt” də fəaliyyət göstərir.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır.

Filialda iyunun 2-3-də buraxılış kursu tələbələrinin dövlət imtahanları da keçirilib. 264 tələbə öz biliklərini sınayıb və imtahanları yüksək səviyyədə başa vurub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov filialda imtahanların gedişatı ilə maraqlanıb. O, imtahanlarda yüksək nəticə göstərən tələbələri mükafatlandırıb.

Yaz sessiyası iyulun 1-dək davam edəcək.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!