Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 10-06-2022, 10:58
Bakı Slavyan Universitetində yeni ixtisaslar açılıb

Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsinə iki yeni ixtisas - psixologiya və korreksiyaedici təlim ixtisasları üzrə tələbə qəbulu həyata keçiriləcək.

Butov.az xəbər verir ki, bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib. Bildirilib ki, III ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisaslara ümumilikdə 30 yer nəzərdə tutulur. Bununla da, BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı artaraq 13 olacaq.

Birinci ixtisas psixologiya elminin hər bir sahəsinin inkişafının fundamental əsasını təşkil edir. Bu sahədə savadlı və peşəkar kadr hazırlamaq üçün universitetin təcrübəli professor-müəllim heyəti fəaliyyət göstərir. Bu ixtisası seçən abituriyentlər gələcək xəyallarını gerçəkləşdirib peşəkar psixoloq ola bilərlər.

Korreksiyaedici təlim ixtisasında təhsil proqramının reallaşdırılması, yüksək təlim nəticələrinə yiyələnmiş rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi həyata keçirəcək. Yeni ixtisas üzrə gələcək mütəxəssislər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün dövlət müəssisələrində, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində, psixologiya və reabilitasiya mərkəzlərində ixtisas istiqamətindən asılı olaraq defektoloq, xüsusi müəllim, loqoped və s. kimi fəaliyyət göstərə bilərlər.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!