“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 11-08-2017, 10:29
Ali məktəbələrə ixtisas seçimi başa çatıb



Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün səhər 9.00-da başa çatıb.

Butov.az xəbər verir ki, 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə I –IV qruplar üzrə müsabiqəyə buraxılmış abituriyentlərin ixtisas seçimi iyulun 29-da başlayıb, avqustun 11-də saat 9.00-da yekunlaşıb.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrində ixtisas seçimini yekunlaşdırıblar.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi əvvəlcədən elan etmişdi ki, ixtisas seçimi avqustun 10-da gecə saat 23:59-da başa çatacaq. Amma vaxtı bu gün səhər saat 9.00-dək uzadılıb.

Xatırladaq ki, I qrupda 13805 qəbul yeri üçün 12086 nəfər abituriyent müsabiqəyə buraxılıb.

II qrupda 12924 yer uğrunda 10439 nəfər abituriyent mübarizə aparır.

III qrupda 9769 yer var, müsabiqəyə 10181 nəfər abituriyent buraxılıb.

IV qrupda 3220 qəbul yerinə 3084 nəfər abituriyent düşməyə çalışacaq.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, nəticələr yaxın 3 gün ərzində elan olunacaq. Daha sonra boş qalan yerlərə əlavə qəbul aparılacaq.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!