Kəlbəcərdə 63 yaşlı kişi qayadan yıxılaraq öldü .....                        Son anda ölümdən xilas oldu .....                        Füzulidə 3 tondan çox çətənə kolu məhv edildi .....                        Gəncədə ata 22 yaşlı qızını döyüb öldürdü .....                        Siyəzəndə maşın aşdı - Dağlıq ərazidə yanğın oldu .....                        İran Qərbi hədələdi: sanskiyalar davam edərsə... .....                        ZİYALILIQ ZİRVƏSİ .....                        Tanınmış şair vəfat etdi .....                        III Şuşa Qlobal Media Forumu iştirakçıları Füzulidə .....                       
5-02-2025, 15:10
9-cu sinif şagirdi dərsdə vəfat etdi


9-cu sinif şagirdi dərsdə vəfat etdi

Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusifov Yusif Yaşar oğlunun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb lakin təcili yardım gələnədək şagird vəfat edib.
Məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib.
İlkin ehtimala əsasən, şagird əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib.
4-02-2025, 14:57
Birpilləli doktoranturaya keçid niyə vacibdir? - Sabiq nazirdən cavab


Birpilləli doktoranturaya keçid niyə vacibdir? - Sabiq nazirdən cavab

Azərbaycanda doktorantura təhsilinin bir pilləli sistemə keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində müzakirələr aparılır.
Mövzu ilə bağlı sabiq təhsil naziri Misir Mərdanov bildirib ki, doktorantura təhsili dünyada birpilləli sistemlə təşkil olunur:
“Azərbaycanda da doktorantura təhsilinin bu şəkildə təşkil edilməsinin doğru qərar olduğunu düşünürəm. Hər halda çətinliklər olacaq. Gərək qərarı qəbul edənlər düşünsün ki, həmin çətinliklərin altından necə çıxılacaq”.
O qeyd edib ki, beynəlxalq aləmə qoşulmaq üçün birpilləli doktorantura təhsilinə keçmək lazımdır:
“Hazırda bu sistemdə elmlər doktoru və fəlsəfə doktoru olmaqla iki fərqli elmi dərəcə mövcuddur. Bu sistemə keçid ediləndə bu elmi dərəcələrin necə adlandırılacağı düşünülməlidir. Yaxud da hər iki sistemin nə qədər işləyəcəyi yaxud işləməyəcəyi də vacib məsələlər arasındadır. Yəni bu məsələ vacib olsa da sadə deyil. Bununla belə buna ehtiyac var”.
30-01-2025, 16:59
İtaliya-Azərbaycan Universitetinin binası bu tarixdə açılacaq


İtaliya-Azərbaycan Universitetinin binası bu tarixdə açılacaq

“2025-ci ilin sentyabr ayına kimi İtaliya-Azərbaycan Universitetinin binasının açılışı gözlənilir”.
Bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün ADA Universitetində İtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni, kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılış mərasimində etdiyi çıxışda bildirib.
Onun sözlərinə görə, yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil almağa başlayacaq.
Xatırladaq ki, 2 aprel 2022-ci il tarixində ADA universitetinin kampusunda (Bakıda) İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Onun strukturunda iki institut fəaliyyət göstərəcək: Kənd Təsərrüfatı və Qida elmləri İnstitutu, həmçinin Dizayn və Memarlıq İnstitutu. Eyni zamanda ərazidə tələbə yataqxanaları da tikiləcək.
30-01-2025, 16:33
Kürdəmirdə valideynlər övladlarını məktəbə buraxmır? - RƏSMİ


Kürdəmirdə valideynlər övladlarını məktəbə buraxmır? - RƏSMİ

Sosial şəbəkələrdə Kürdəmir şəhər 2 nömrəli məktəbdə onlarla şagirdin valideynləri tərəfindən məktəbə göndərilməməsi ilə bağlı iddialar yayılıb.
İddialara görə, məktəbdə istilik sistemi tam təchiz edilmədiyi üçün valideynlər övladlarını məktəbə göndərməkdən imtina edirlər.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir:
“Bu baxımdan, payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. İstilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi, uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib.
Hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
Son günlər bəzi media resurslarında Kürdəmir rayonunda valideynlərin odun sobası ilə qızdırılan bəzi məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar yayılıb. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir. Qeyd edilən Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyi odun sobası ilə yox fərdi qazanxana sistemi vasitəsilə qızdırılır və məktəbdə istilik təminatı normal qaydada həyata keçirilir”.
25-01-2025, 15:47
Bu şəxslər sabah imtahan verəcək


Bu şəxslər sabah imtahan verəcək

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada aralıq imtahanı keçiriləcək.
Eksternat qaydada imtahanların sənəd qəbulu prosesi bitdikdən sonra sənədlərin uyğunluğu yoxlanılıb buna uyğun olaraq aralıq imtahanında iştirak edəcək namizədlərə məlumatlar SMS bildiriş vasitəsilə qeydiyyatdan keçilən əlaqə nömrəsinə göndərilib.
İmtahanda yalnız əvvəlcədən qeydiyyatdan keçmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra SMS bildiriş göndərilmiş namizədlər iştirak edə bilərlər.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
22-01-2025, 21:26
Nazirdən məktəb direktorlarına tapşırıq


Nazirdən məktəb direktorlarına tapşırıq

Bu gün elm və təhsil naziri Emin Əmrullayev Suraxanı rayonunun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Görüşdə ümumi təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunan uğurlar və yaxın gələcək üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil sahəsindəki islahatların müntəzəm olaraq davam etdirildiyini vurğulayıb, eyni zamanda ümumi təhsil müəssisələrinin idarəolunmasında məktəb rəhbərlərinin rolunun və məsuliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədrisin keyfiyyətinin yüksəldilməsi məsələsinə toxunan nazir ümumi təhsil müəssisələrinin nəticələrinin təhlil edilməsinin və təhsil işçilərinin müasir çağırışlar qarşısında daha çevik, innovativ yanaşmalar sərgiləməsinin vacibliyini qeyd edib.
Görüşdə nazir məktəb və müəllim nüfuzunun artırılmasının önəminə diqqət çəkib, məktəb direktorları və müəllimlərin cəmiyyətdə daha yüksək statusa malik olmasının mühümlüyünü nəzərə çatdırıb.
Emin Əmrullayev məktəblərdə neqativ halların qarşısının alınması və daha sağlam təhsil mühitinin yaradılmasının zəruriliyini bildirərək bu istiqamətdə məktəb rəhbərlərinə müvafiq tövsiyələrini verib. Nazir məktəb-icma və müəllim-şagird-valideyn münasibətlərinin gücləndirilməsinin təhsil prosesinin keyfiyyətinə müsbət təsir edəcəyini vurğulayıb.
Daha sonra nazir təhsil müəssisələrində psixoloji xidmət işinin inkişaf etdirilməsi, elektron xidmətlərin daha geniş tətbiqi, təlim nəticələrinin təhlili və bu istiqamətdə planların hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıb.
Görüş çərçivəsində məktəb direktorları müxtəlif təkliflərlə çıxış ediblər, təhsilin inkişafı və məktəblərin idarə edilməsindəki mövcud problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda ümumi təhsil müəssisələri rəhbərlərinin sualları cavablandırılıb.
21-01-2025, 21:26
Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi


Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi

Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Bakının Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev tədrisin keyfiyyətinin yaxşılaşdırılması, məktəb idarəetməsinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi məsələlərindən söz açıb.
Məktəblərin inzibati idarəetməsində mövcud problemlər və onların həlli ilə bağlı addımları qeyd edən nazir daha sonra şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayıb.
Nazir əlavə edib ki, müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması əsas məsələlərdəndir. Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamanda ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb.
Görüşdə valideyn və icma üzvlərinin təhsil prosesinə daha fəal cəlb edilməsi, bu əlaqələrin möhkəmləndirilməsi, şagirdlərin təhsil göstəricilərini artırmaq üçün səriştə əsaslı yanaşmaların tətbiqi məsələləri müzakirə edilib, həmçinin innovativ təhsil metodlarının, layihə əsaslı öyrənmənin və şagirdlərə fərdi yanaşmanın əhəmiyyəti vurğulanıb.
Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib və onların təklifləri dinlənilib.
21-01-2025, 15:37
Baş nazir məktəblərlə bağlı vacib qərar imzaladı


Baş nazir məktəblərlə bağlı vacib qərar imzaladı

"Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları"nda dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, sağlam təhsilalanların məktəbə qəbul tarixi aşağıdakı kateqoriyalardan olan uşaqları əhatə edəcək:

-ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri olan uşaqlar;

-valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan uşaqlar:

1.orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;

2. işsiz kimi qeydiyyatda olanlar;

3. əmək pensiyası yaşına çatanlar.
21-01-2025, 14:29
Magistraturaya sənəd verənlərin sayı AÇIQLANDI


Magistraturaya sənəd verənlərin sayı AÇIQLANDI

Ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanlarında iştirak etmək istəıyən bakalavrlardan sənəd qəbulu davam edir.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 13-dən başlayıb və 27 yanvar saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, 21 yanvar saat 09:30-a olan məlumata əsasən, 7902 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 7143; rus bölməsi - 759).
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək.
19-01-2025, 17:28
Magistratura üzrə sınaq imtahanı keçirilib


Magistratura üzrə sınaq imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirilib.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunub. İmtahanda iştirak etmək üçün müraciət internet vasitəsilə aparılıb və 794 nəfər qeydiyyatdan keçib.
İmtahanda ümumilikdə 723 nəfər iştirak edib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. İştirakçılar imtahan üçün ayrılan vaxt başa çatdıqdan sonra kompüterdə həm nəticələri, həm də hər bir tapşırığın izahlı həlli ilə tanış ola biliblər. Yanvarın 21-də – gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqlar üzrə iştirakçıların nəticələri DİM-in saytına da yerləşdiriləcək.
Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 2 həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, imtahan başa çatandan sonra iştirakçılar üçün məlumat sessiyası təşkil olunub. Burada müraciət edən şəxslərə magistraturaya qəbul imtahanları, qəbul qaydaları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat verilib və DİM-in məsul işçiləri tərəfindən bakalavrların verdikləri suallar cavablandırılıb. Həmçinin fənlər üzrə ekspertlər iştirakçıları maraqlandıran bəzi test tapşırıqlarının izahını təqdim ediblər və lazımi məsləhətlər veriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!