Erməni prezident sərhədlərin delimitasiyasından danışdı: “Vaxt yetişib” .....                        Ermənistan hələ də KTMT-nin üzvüdür - Mirzoyan .....                        Prezident “Tələbə-məzun” portalı ilə bağlı fərman imzaladı .....                        Müəllimlərin vakansiya seçimi başa çatdı .....                        Abituriyentlər üçün son 1 həftə! - Ən çox qeydiyyat I qrupdadır .....                        Onlar imtahanda maksimum bal topladı .....                        Spiker Çin Xalq Assosiasiyasının sədri ilə görüşüb .....                        Mərkəzi Seçki Komissiyasına yeni sədr seçildi .....                        Daha bir sərhəd kəndində minatəmizləmə işləri başa çatdı .....                       
2-04-2023, 16:39
28 minə yaxın abituriyent buraxılış imtahanı verdi


28 minə yaxın abituriyent buraxılış imtahanı verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.
DİM-dən verilən məlumata görə, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub. İmtahanlarda 27864 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanların idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 337 imtahan rəhbəri, 2657 nəzarətçi-müəllim, 360 buraxılış rejimi əməkdaşı və 118 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 64 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı çətinlikləri nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Aprelin 3-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulur. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub. Bundan əlavə, yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici‑deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub. 8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.
18-03-2023, 17:17
Dövlət qulluğuna qəbul imtahanı keçirildi


Dövlət qulluğuna qəbul imtahanı keçirildi

Bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib. DİM-dən verilən məlumata görə, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 76 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə 11 nəfər olmaqla, ümumilikdə 17 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün martın 27-dən aprelin 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 27-29 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
17-03-2023, 14:44
Ağalı kəndindəki orta məktəbdə qəbul imtahanı keçirilməyəcək - DİM


Ağalı kəndindəki orta məktəbdə qəbul imtahanı keçirilməyəcək - DİM

Zəngilan rayonu Ağalı kəndindəki orta məktəbdə qəbul imtahanı keçirilməyəcək. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. DİM sədri qeyd edib ki, qəbul imtahanları müəyyən mərkəzlərdə təyin olunur. “3 abituriyent üçün orada qəbul imtahanı keçirilməyəcək”,- deyə rəsmi açıqlamada vurğulanıb.
17-03-2023, 14:25
Köçürülənlərin nəticələri ləğv olunacaq - DİM


Köçürülənlərin nəticələri ləğv olunacaq - DİM

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib. O, ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib ki, abituriyentlər qaydaları pozmasın. “Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz", - M.Abbaszadə vurğulayıb.
17-03-2023, 14:16
Çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın - DİM


Çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın - DİM

"Biz çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. "Ancaq sosial şəbəkələrdə bəzi abituriyentlər bir-birilə əvvəlcədən tanışlıq yaradır. Biz isə onlara sosial şəbəkədə müdaxilə edə bilmərik. Nə üçün bunlar qınanmır? Telefonu keçirmək üçün müəllimlər tapşırıq verir. "Telegram"da, bəzi kurslarda qanunsuz çağırışlar edilir", - DİM sədri bildirib. Məleykə Abbaszadənin sözlərinə görə, əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub: "Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır".
13-03-2023, 14:55
Ali təhsildə dövlət imtahanının ləğvi yeni məsələ deyil - Nazir


Ali təhsildə dövlət imtahanının ləğvi yeni məsələ deyil - Nazir

Ali təhsil müəssisələrində dövlət imtahanının ləğvi yeni məsələ deyil. Bunu açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir xatırladıb ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub. "Yeni təhsil standartına görə, gələn il imtahan olmayacaq. Hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər", - deyə nazir vurğulayıb.
13-03-2023, 14:50
Nazir distant təhsillə bağlı açıqlama verdi


Nazir distant təhsillə bağlı açıqlama verdi

Birdən-birə distant təhsilə keçmək narazılığa səbəb ola bilər. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmədə deyib. Nazir qeyd edib ki, keyfiyyət cəhətdən distant təhsilə keçmək ciddi problemlər yarada bilər. “İşə qəbulda görürük ki, pedoqoji diplom almış məzun bizim müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik? Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməyilik", - deyə E.Əmrullayev vurğulayıb.
13-03-2023, 14:37
Tanınmayan diplomlarla bağlı problemi həll etməliyik - Deputat


Tanınmayan diplomlarla bağlı problemi həll etməliyik - Deputat

Bu gün biz sual verməliyik ki, təhsildən nə istəyirik? Amma ilk növbədə təhsilimizi sağlamlaşdırmalıyıq. Bu barədə deputat Musa Qasımlı "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. “Bu gün valideynlər tələbələrin xaricdə təhsil alması üçün sponsora çevrilir. Amma həmin tələbələr təhsillərini bitirdikdən sonra ölkəyə qayıdanda onların diplomları tanınmır. Beləliklə, nazirliyin işləri məhkəmələrdə qalır. Bu da yaxşı hal deyil. Bununla bağlı problemi həll etməliyik”, - deputat bildirib.
13-03-2023, 14:29
Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər - Nazir


Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər - Nazir

“Ali təhsil müəssisələrinə qəbul sistemində problem var və bunun üzərində işlənilməlidir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib. Onun sözlərinə görə, ilk problem ixtisas seçimi ilə bağlıdır: “Abituriyentlər ixtisas seçimi ilə bağlı yanlışlıqlar edirlər. Bu gün bəzi abituriyentlər ixtisası yazırlar, əgər birinə düşmürsə, o birinə düşür. Bu da ixtisaslaşmada problem yaradır. Bununla bağlı statistika yüksəkdir”.
13-03-2023, 14:23
İdmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq - Nazir


İdmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq - Nazir

Biz bir çox idmançıların universitetlərə müsabiqədənkənar qəbulunun tərəfdarıyıq. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib. "İl ərzində təxminən 400-500 istedadlı idmançının universitetlərə müsabiqədənkənar qəbulu nəzərdə tutula bilər. Bununla da Azərbaycan bayrağının xaricdə yüksəldilməsinə daha çox nail ola bilərik. Bu gün artıq dünya standartlarında idman həvəskar istiqamət kimi yox, peşakar iş kimi görülür. Bizdə də belə olmaldır”,- deyə nazir çıxışında vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!