"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
4-08-2025, 23:33
Bu universitetə yeni prorektor təyin edildi - DOSYE


Bu universitetə yeni prorektor təyin edildi - DOSYE

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Rza Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Bu barədə Universitetin Mətbuat xidmətindən bildirilib.
Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub. Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007–2010-cu illərdə “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.
2011-ci ildə Naxçıvan Dövlət Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” üzrə magistr təhsilinə qəbul olunub və 2014-cü ildə magistr dərəcəsi alıb. Daha sonra 2014–2018-ci illərdə Türkiyənin Eskişehir Osmangazi Universitetində “Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı” üzrə doktorantura təhsili alıb. O, bu sahədə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Bu dərəcə 2021-ci ildə Azərbaycanda nostrifikasiya olunub.
Rza Məmmədov 2011-ci ildən bəri müxtəlif akademik və inzibati vəzifələrdə çalışıb. 2023-cü ildən ADA Universitetində magistr proqramlarında dərs deyir və dissertasiya rəhbərliyi edir. Həmin ildən “Naxçıvan” Universitetində Elm, İnnovasiyalar və Beynəlxalq Əlaqələr üzrə prorektor, eyni zamanda idarəetmə kafedrasının dosentidir.
O, həmçinin Azərbaycan İdman Akademiyasında rektorun elmi məsələlər üzrə məsləhətçisi, Sumqayıt Dövlət Universitetində rektorun müşaviri və “Biznesin idarə edilməsi” kafedrasının dosenti olub. 2025-ci ilin martından ADNSU-da rektorun idarəetmə məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, Rza Məmmədov təhsilin idarəedilməsi, liderlik və strateji yanaşmalar sahəsində 10-dan çox kitabın müəllifi və həmmüəllifi, 15-ə yaxın beynəlxalq məqalənin və 20-dən çox konfrans çıxışının müəllifidir
4-08-2025, 21:25
Səs yazısı yayılan direktor işdən çıxarıldı


Səs yazısı yayılan direktor işdən çıxarıldı

Ötən günlərdə kütləvi informasiya vasitələrində Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib, məsələ ilə bağlı araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.
"Əlavə olaraq bildiririk ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına əməl olunması və fəaliyyətin mövcud qanunvericilik çərçivəsində təşkili, bununla yanaşı vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir", - deyə qurumdan bildirilib.

3-08-2025, 14:32
720 namizəd dövlət qulluğu üzrə imtahan verdi


720 namizəd dövlət qulluğu üzrə imtahan verdi

Dövlət İmtahan Mərkəzi 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
Bu barədə DİM-dən bildirilib.
Dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanıb. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 720 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 11 nəfər, BB2 altqrupu üzrə 16 nəfər, BB3 altqrupu üzrə 42 nəfər, BB4 altqrupu üzrə 65 nəfər olmaqla, ümumilikdə 134 namizəd uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan isə saat 16:00-da başlanacaq.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 – 6 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
2-08-2025, 18:38
Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ


Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ

Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə məktəblərində birillik təhsil haqqının 1800-2000 manata kimi qaldırılması məsələsinə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən "Oxu.az"a bildirilib ki, təhsil haqqının məbləğinin yüksəldilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr yetişdirməkdir.
Məlumatda qeyd olunub ki, cari ildə qəbul planının 75%-ni (24 280) dövlət sifarişli yerlər təşkil edib:
"Azərbaycan Respublikasının Nazirlər Kabineti "Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı"nın və "Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında 14 iyun 2025-ci il tarixli, 192 nömrəli Qərar qəbul edib.
Adambaşına maliyyələşmə mexanizmi tətbiq edilən peşə təhsili müəssisələrində sözügedən qərara uyğun olaraq təhsil haqları tətbiq edilib. Bundan əlavə, 2024-cü ildən etibarən yüksək texniki peşə təhsilində ödənişli plan yerləri ayrılıb. Həmin ödənişli plan yerlərində də təhsil haqları 192 nömrəli AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq tətbiq olunub".
1-08-2025, 14:05
Ali Məhkəmədən qalmaqallı məktəb direktoru barədə qərar


Ali Məhkəmədən qalmaqallı məktəb direktoru barədə qərar

Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın iddiasını təmin etməyib.
Bu barədəbMÜTDA-dan xəbər verilib.
Qeyd edək ki, ötən il Samux rayonunun İnstitut qəsəbəsindəki məktəbdə bu il keçirilən "Son zəng" tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.
MÜTDA-nın “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.
Məktəb direktoru qərarla razılaşmamış və məhkəməyə üz tutmuşdu.
31-07-2025, 11:02
Ali məktəblərə ixtisas seçiminin vaxtı məlum oldu


Ali məktəblərə ixtisas seçiminin vaxtı məlum oldu

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
Bu barədə DİM-dən məlumat verilib.
“Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.
30-07-2025, 16:26
MİQ imtahanında 1867 namizəd uğur qazandığı vakansiyadan imtina edib


MİQ imtahanında 1867 namizəd uğur qazandığı vakansiyadan imtina edib

Son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, MİQ-də namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük verilməsi müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.
29-07-2025, 15:47
160 mindən çox tələbənin təqaüdü artırılır - Tarix MƏLUM OLDU


160 mindən çox tələbənin təqaüdü artırılır - Tarix MƏLUM OLDU

Prezident İlham Əliyev tələbə təqaüdlərinin artırılması barədə fərman və sərəncam imzalayıb.
Fərman və sərəncamlara əsasən, bütün tələbə təqaüdləri artırılacaq.
Artımlar sentyabrın 1-dən tətbiq ediləcək. Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 350 manat olub.
Qeyd edək ki, bu məbləğ daha əvvəl 275 manat olub. Prezidentin fərmanı ilə təqaüdün məbləği 75 manat artırılıb.
Doktorantura pilləsində artımlar 40-50 manat təşkil edib. Belə ki, elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd 400 manatdan 450 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüd isə 240 manatdan 300 manata çatdırılıb.
Magistratura səviyyəsi üzrə artımlar isə 10-45 manat arasındır. Belə ki, artıq magistr tələbələrindən əlaçılar 240, həvəsləndirici ("zərbə"çilər) 180 manat, adi 120 manat təqaüd alacaq.
Bakalvar pilləsində isə əlaçılar 200 manat, "zərbə"çilər 160 manat, adi təqaüd alanlar 100 manat təqüdlə təmin ediləcək. Orta ixtisas təhsili müəssisələrində isə tələbələrə müvafiq olaraq 110, 90, 70 manat təqaüd veriləcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, artımlar 160 mindən çox tələbəni əhatə edəcək.
Prezident təqaüdü üzrə artımı isə 200-dən çox tələbəyə şamil ediləcək.
28-07-2025, 18:30
Qəbul imtahanlarında uyğunsuzluq - 289 şagirdin nəticəsi LƏĞV EDİLDİ


Qəbul imtahanlarında uyğunsuzluq - 289 şagirdin nəticəsi LƏĞV EDİLDİ

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunmuş uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir.
Bu barədə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, bu məqsədlə İnstitutda xüsusi komissiya yaradılıb və komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilib.
"Sözügedən komissiya tərəfindən 14–18 iyul 2025-ci il tarixlərində valideynlərlə görüşlər təşkil edilib, ümumilikdə 343 şagird əlavə qiymətləndirməyə cəlb olunub. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilib.
Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahan nəticələri bərpa edilib, 289 şagirdin nəticələri isə əsas imtahan nəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub. Bu barədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərində yerləşdiriləcək. Ümumilikdə lisey və gimnaziyalara qəbul imtahanında 26619 şagird iştirak edib.
Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqların araşdırılması komissiya tərəfindən sistemli və şəffaf şəkildə davam etdirilir", - İnstitutdan vurğulanıb.
24-07-2025, 19:32
İmtahan nəticələri elan edildi


İmtahan nəticələri elan edildi

İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 23-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 1-5 iyul tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin (esse və vizual məlumatın təsviri) qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanlarda 2144 namizəd və iddiaçı (1797 nəfər doktoranturaya qəbul, 344 nəfər fəlsəfə doktoru, 3 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 56 nəfər imtahana gəlməyib.
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1106 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.
97 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.
3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.
Xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla 25 və daha yuxarı bal toplamış namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 30 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 27 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!