Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                        İlham Əliyev siyasətinin təməl prinsipləri .....                        Süni intellektdən istifadə etmirəm - Prezident .....                        İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib .....                       
6-11-2024, 22:30
COP29-da bağçalar işləməyəcək? - Rəsmi


COP29-da bağçalar işləməyəcək? - Rəsmi

COP29-un keçiriləcəyi dövrdə məktəbəqədər təhsil müəssisələri fəaliyyətini davam etdirəcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzər alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək. COP-29 dövründə bağçalar isə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər.
Qeyd edək ki, bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib. 8 noyabr Zəfər günü qeyri-iş günüdür. 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, iş günü hesab edilməyən bayram günüdür. Bu il 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq gələn həftənin bazar ertəsi – 11 noyabr qeyri-iş günü olacaq. Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 6 gün – 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr qeyri-iş günü olacaq.
Bağçalar fəaliyyətini 14 noyabrdan davam etdirəcək.
5-11-2024, 21:34
Kurikulumda edilən dəyişikliklər qəbul imtahanlarına salınacaq? - RƏSMİ


Kurikulumda edilən dəyişikliklər qəbul imtahanlarına salınacaq? - RƏSMİ

“Beş fənn üzrə kurikulumun təkmilləşdirilməsi başa çatıb. Həmin yeni tədris proqramları elm və təhsil naziri tərəfindən təsdiq edilib. Səkkiz fənn üzrə kurikulumun təkmilləşdirilməsi prosesi davam edir. İnformatika fənninin təkmilləşdirilmiş kurikulumunun ilkin variantı hazırdır.
Bunu Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bir müddət öncə "İnformatika fənninin məzmununda yeniliklər" mövzusunda keçirilən vebinarda deyib.
O bildirib ki, fənn kurikulumu üzrə edilən dəyişikliklər əsasında yeni dərs vəsaitləri hazırlanacaq. Yeni tədris proqramı tətbiq edilib şagirdlər bu proqram ilə təhsilini başa vurduqdan sonra edilən dəyişikliklərin (məzmunun) qəbul imtahanlarına salınması məsələsi nəzərə alınacaq.
5-11-2024, 16:56
Məktəblərdə tətildən sonra ilk dərs günü nə vaxtdır? - Rəsmi


Məktəblərdə tətildən sonra ilk dərs günü nə vaxtdır? - Rəsmi

Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzər alsaq payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək.
4-11-2024, 21:50
Müəllimlərə də təhsil kartları veriləcək - RƏSMİ


Müəllimlərə də təhsil kartları veriləcək - RƏSMİ

Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.
Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq.
"Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq", - Elnur Nəsibov Nazirliyin rəsmi qəzetinə müsahibəsində bildirib.
4-11-2024, 16:10
Sabahdan bu universitetdə də "TələbəPlus" kartları veriləcək


Sabahdan bu universitetdə də "TələbəPlus" kartları veriləcək

Sabahdan etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində “TələbəPlus” kartlarının verilməsinə başlanılacaq.
Bu barədə cavab olaraq ADPU-dan bildirilib.
Qeyd edilib ki, proses Təhsilin İnkafı Fondu və Kapital Bankla birgə sistemli şəkildə icra olunur:
“Pedaqoji Universitet bu kartların tələbələrin veriləcəyi ilk ali təhsil müəssisələrindəndir. Qeyd edək ki, vahid tələbə kartı - "TələbəPlus"la bağlı Təhsilin İnkişafı Fondu ilə ilk müqaviləni də məhz ADPU bağlayıb”.
Xatırladaq ki, bu gün Bakı Dövlət Universitetində də tələbə kartlarının verilməsinə başlanılıb.
4-11-2024, 14:30
Azərbaycanda “TələbəPlus” kartlarının verilməsinə başlanıldı


Azərbaycanda “TələbəPlus” kartlarının verilməsinə başlanıldı

Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartlarının təqdimatı keçirilib, ali təhsil müəssisəsinin qəbul imtahanlarında ən yüksək bal toplayan 14 tələbəsinə ilk dəfə təqdim olunub.
BDU-nun rektoru Elçin Babayev Təhsilin İnkişafı Fondunun (TİF) reallaşdırdığı bu layihənin gənclərin təhsil həyatında önəmli rol oynayacağını bildirib:
“Təhsilin İnkişafı Fondu yarandığı gündən tələbəyönümlü müxtəlif layihələr həyata keçirir. “TələbəPlus” kartlarının verilməsi də bu uğurlu layihələrdən biridiir. Ali təhsil müəssisələri yaradılan imkandan kifayət qədər bəhrələnəcək. Bu kartlar tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcək. Tələbələr təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklər”.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, bir ildən artıq üzərində çalışdıqları layihə artıq reallaşıb:
“BDU tələbələri “TələbəPlus” kartlarının ilk istifadəçiləri olacaqlar. Təhsilin İnkişafı Fondu daim dövlət-özəl tərəfdaşlığı, universitet-sənaye işbirliyinə xüsusi önəm verib. Təhsil sahəsində aparılan islahatlar ölkədə ali təhsilə əlçatanlığı ən yüksək səviyyəyə çatdırıb. Bu il ilk dəfə ali təhsil alanların sayı 250 min nəfər olub. Bunu nəzərə alaraq, 250 min tələbə üçün tələbə kartları gətiriləcək. Növbəti mərhələdə bu, peşə və orta ixtisas təhsilinə də şamil ediləcək. Növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşlar da layihədən yararlana biləcəklər”.
Fondun İdarə Heyətinin sədri deyib ki, indiyədək 200-dən artıq şirkətdə - pərakəndə satış, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazların, endirimlərin edilməsinə nail olunub. Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadədə də güzəştlər olacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər “TələbəPlus”a qoşulacaq.
4-11-2024, 13:03
Bu universitetə rektor təyin edildi


Bu universitetə rektor təyin edildi

Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla bu vəzifəyə Yaşar Adil oğlu Ömərov gətirilib.
3-11-2024, 15:28
Dövlət qulluğuna qəbul imtahanları keçirilib


Dövlət qulluğuna qəbul imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 3 noyabr 2024-cü il tarixində inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanları keçirilib.
DIM-dən verilən xəbərə görə, itahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 324 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 11 nəfər, AC2 altqrupu üzrə 17 nəfər, AC3 altqrupu üzrə 29 nəfər, AC4 altqrupu üzrə 42 nəfər olmaqla, ümumilikdə 101 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4-6 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı da keçirilib.
AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 51 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 2, BA1 altqrupu üzrə 1, BA2 altqrupu üzrə 3, BA3 altqrupu üzrə 11, BA4 altqrupu üzrə 8 nəfər olmaqla, ümumilikdə 28 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4-6 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.
31-10-2024, 15:17
Azərbaycan dili üzrə sertifikasiya imtahanı bu tarixdə keçiriləcək - DİM sədri açıqladı


Azərbaycan dili üzrə sertifikasiya imtahanı bu tarixdə keçiriləcək - DİM sədri açıqladı

Azərbaycan dili üzrə sertifikasiya imtahanı (ADSİ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdıqdan sonra keçiriləcək.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ADSİ üzrə əvvəlcə sınaq imtahanı keçiriləcək. Məleykə Abbaszadə imtahan tarixinin yaxın zamanda ictimaiyyətə açıqlanacağını qeyd edib.
Xatırladaq ki, imtahan iştirakçılarının Azərbaycan dili üzrə biliklərinin qiymətləndirməsi A1, A2 başlanğıc, B1, B2 orta, C1, C2 yuxarı səviyyələrində aparılacaq.
31-10-2024, 12:20
Buraxılış imtahanlarının vaxtı bu tarixdə açıqlanacaq


Buraxılış imtahanlarının vaxtı bu tarixdə açıqlanacaq

“İndiki dərs yükü otuz il əvvəlki dərs yükündən fərqlidir”.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İndi təhsil alan uşaqlar 21-ci əsrin uşaqlarıdır. Bu uşaqlar gələcəkdə işləyəcəklər və buna indidən hazırlaşmalıdırlar. Uşaqlara erkən yaşdan vaxtı düzgün idarə etməyi öyrətmək lazımdır ki, dərs yükünün ağırlığından şikayət olmasın”, - deyə Məleykə Abbaszadə qeyd edib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri buraxılış imtahanlarının vaxtı ilə bağlı məsələyə də münasibət bildirib:
"Buraxılış imtahanlarının vaxtı bütün nazirliklər və təhsil idarələrinin birgə qərarı verildikdən sonra ilin sonunda elan ediləcək".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!