Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
30-04-2025, 16:25
85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - RƏSMİ


85 minə yaxın uşaq 1-ci sinfə yerləşdirilib - RƏSMİ

30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜDTA)məlumat yayıb.
Bildirilib ki, övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər 1 may 2025-ci il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.

27-04-2025, 15:04
51 mindən çox şagird imtahan verdi


51 mindən çox şagird imtahan verdi

Bu gün Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bu gün Bakı şəhəri üzrə xüsusi təhsil müəssisələrinin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 225 imtahan binası, 3931 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4890 nəzarətçi, 692 buraxılış rejimi əməkdaşı (mühafizə) və 225 bina nümayəndəsi ayrılıb.
İmtahanda 51908 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 74 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.
Aprelin 28-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

***

00:55

27 aprel 2025-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, imtahanda Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Saatlı, Salyan, Kürdəmir, Ağdaş, Xaçmaz (II hissə), Quba (II hissə), Bərdə, Tərtər, Ağdərə və Laçında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Aprelin 27-də Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri iştirak edəcəklər.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahanda 51908 şagirdin iştirakı nəzərdə tutulur.
24-04-2025, 15:23
Orta məktəblərdə yenilik - Kağız jurnallar tədricən ləğv olunur


Orta məktəblərdə yenilik - Kağız jurnallar tədricən ləğv olunur

Sentyabr ayından etibarən kağız jurnalların istifadəsi tədricən dayandırılacaq.
Bunu MÜTDA-nın Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib.
O qeyd edib ki, hazırda 426 məktəb elektron jurnaldan istifadəyə keçib.
"Rəqəmsallaşdırmanın əsas məqsədi kağız daşıyıcılardan istifadəni ləğv etməkdir. "Rəqəmsal məktəb" platforması gözlənilən effekti versə, sentyabr ayından kağız jurnalların istifadəsi dayandırılacaq", - o əlavə edib.
22-04-2025, 18:07
Yeniyetmələr arasında dava məktəbdə olmayıb - RƏSMİ


Yeniyetmələr arasında dava məktəbdə olmayıb - RƏSMİ

Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə mübahisə yaranıb.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir

***

15:56

Gəncədə məktəblilər arasında dava olub.
Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
22-04-2025, 17:00
Bu şagirdlərə attestat verilməyəcək - RƏSMİ


Bu şagirdlərə attestat verilməyəcək - RƏSMİ

Azərbaycanda 2025-ci il buraxılış imtahanları başa çatıb və nəticələr artıq açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2 və 9 mart tarixlərində keçirilən imtahanlarda 116 mindən çox şagirdin iştirakı nəzərdə tutulurdu. Onlardan 43 nəfəri maksimum nəticə – 300 bal toplayaraq imtahanın ən yüksək göstəricisini əldə edib. Eyni zamanda, 10 nəfər imtahan zamanı qaydaları pozduğuna görə prosesdən xaric edilib.
Bir çox şagird uğurla nəticə göstərsə də, aşağı bal toplayanlar, imtahandan kəsilənlər və iştirak etməyənlər də olub.
Son günlərdə yayılan məlumatlara görə, imtahanda iştirak etməyən, yaxud buraxılışdan kəsilən şagirdlərin attestat ala bilməyəcəyi bildirilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"na əsasən ümumi və tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar:
“Belə şagirdlərə ümumi təhsil müəssisələrində təhsil almalarına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir”.
Məlumatda qeyd edilib ki, buraxılış imtahanlarında iştirak edən şagirdlərə isə topladığı baldan asılı olmayaraq ümumi orta və ya tam orta təhsil haqqında attestat (illik qiymətlər və imtahan balının ədədi ortası hesablanmaqla yekun qiymətlər DİM tərəfindən çıxarılır) verilir.
22-04-2025, 16:43
Gəncədə döyülən yeniyetmənin son durumu


Gəncədə döyülən yeniyetmənin son durumu

Gəncədə məktəblilər arasında dava olub. Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə zamanı xəstəxanaya sadəcə 1 nəfər gətirilib.
Qeyd edilib ki, 22.04.2025-ci il tarixində saat 14:10 radələrində 2008-ci il şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
21-04-2025, 21:38
Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə..


Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə..

Yalnız Milli Müdafiə Universiteti tərəfindən təqdim olunan beynəlxalq təhsil əməkdaşlığı çərçivəsində, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına unikal bir imkan təqdim olunur.
Kursantlar qəbul balı və şəxsi istəkləri əsasında Türkiyə, Almaniya, İtaliya, Koreya və Rusiya kimi dünyanın aparıcı ölkələrinin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsillərini davam etdirmək imkanı əldə edirlər.
Heydər Əliyev adına Hərbi İnstituta qəbul I, II, III ixtisas qrupu, Hərbi Tibb Fakültəsinə isə IV ixtisas qrupu üzrə keçirilən imtahanlarda yüksək nəticə əldə etmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarına müsabiqədə iştirak etmək imkanı yaradılır.
Bu məqsədlə hərbi peşə seçiminə maraq göstərən və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynləri üçün 26 aprel saat 11:00-da Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda və Naxçıvan Hərbi Kollecində xaricdə təhsillə bağlı “Açıq qapı” günü keçiriləcək.
Tədbir çərçivəsində iştirakçılara xaricdə təhsil imkanları və qəbul prosesi barədə ətraflı məlumat veriləcək.
Tədbirdə iştirak etmək üçün qeyd olunan linkə (//docs.google.com/forms/d/e/1FAIpQLSflmvt-AIqvbAJbJhKDzGc-aOWuVZpxWjZu88j0aiL829im7Q/viewform) daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
Tədbirdə iştirak etmək arzusunda olub lakin, müxtəlif səbəblərdən iştirak edə bilməyən gənclərdən qeydiyyat formunda onlarla əlaqə saxlanılması üçün müvafiq seçimi etmələri tövsiyə olunur.
Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin “Çağrı mərkəzi” — *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və admission@mmu.edu.az elektron poçt ünvanı fəaliyyət göstərir.
21-04-2025, 16:25
Azərbaycanda repetitorluq dövrü başa çatır


Azərbaycanda repetitorluq dövrü başa çatır

Azərbaycanda buraxılış imtahanlarının nəticələri
geniş müzakirə olunur.
Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, illərdir təhsilin “olmazsa-olmazı” kimi qəbul etdiyimiz repetitorluq sistemi tədricən sıradan çıxır.
"DİM-in qismən mövqe yumşaltması həm şagirdlərin, həm də valideynlərin üzünü güldürüb. Artıq son iki ilin nəticəsinə görə maksimum nəticə göstərən şagird sayı təxminən 100 nəfərə çatıb (keçən il 55 bu il bu rəqəm 43-dür). Bu nəticələr arasında yalnız məktəb təhsili ilə uğur qazanan, repetitor yanına getməyən şagirdlər də var.
“Bunker müəllimlər” dövrü kimi tanınan 1994-95-ci illərdən bu yana formalaşmış sistem artıq arxada qalır. Bu il müxtəlif liseylər, gimnaziyalar, hətta kənd məktəblərindən belə yüksək nəticə göstərən şagirdlərin sayı artıb. Nümunə kimi bu günlərdə sosial şəbəklərdəki müzakirələri göstərə bilərik. Gəncədə bir liseyin şagirdləri 90% yüksək nəticə əldə edib, Lənkəranın Vilavur kəndindən olan məzunların əksəriyyəti isə repetitor dəstəyi olmadan yüksək nəticələr göstəriblər. Ucqar rayonlardan maksimum 300 ballıq bir neçə məzunlarımız oldu", - o qeyd edib.
21-04-2025, 15:08
Məktəblərdə monitorinqlər keçiriləcək - Nazirdən əmr


Məktəblərdə monitorinqlər keçiriləcək - Nazirdən əmr

Elm və təhsil naziri Emin Əmrullayev ümumtəhsil məktəblərində monitorinqlərin keçirilməsi ilə bağlı əmr imzalayıb. Əmrdə deyilir:

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:

1. 2025-ci ilin may-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq təşkil olunsun.

2. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev):

2.1. monitorinqdə istifadə ediləcək qiymətləndirmə vasitələrinin hazırlanmasını;

2.2. qiymətləndirmə vasitələrinin aprobasiyasının aparılmasını;

2.3. monitorinqin nəticələrinin təhlil edilməsini təmin etsin.

3. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) yerli bölmələri tərəfindən monitorinqin təşkil olunmasının koordinasiyasını təmin etsin.

4. Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsi (Rauf Orucov) Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təklifləri əsasında monitorinqin təşkilinə cəlb olunmuş heyətin əməyinin qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirsin.

5. Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin Nazirliyin aidiyyəti struktur qurum və bölmələrinə çatdırılmasını təmin etsin.

6. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.
21-04-2025, 12:07
DİM imtahanların düzgün cavablarını AÇIQLADI


DİM imtahanların düzgün cavablarını AÇIQLADI

Aprelin 20-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
2025-ci il aprelin 20-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 5 həftə ərzində elan olunması nəzərdə tutulur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!