Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Kobaxidze: Kulevi terminalı sanksiyalardan yayınmaq üçün istifadə olunmur .....                        Tramp: "Biz, həqiqətən yaxşı iş görürük" .....                        Donald Tramp: "Sülh Şurası istənilən ölkəyə açıqdır" .....                       
Tarix : 22-04-2025, 17:00
Bu şagirdlərə attestat verilməyəcək - RƏSMİ


Bu şagirdlərə attestat verilməyəcək - RƏSMİ

Azərbaycanda 2025-ci il buraxılış imtahanları başa çatıb və nəticələr artıq açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2 və 9 mart tarixlərində keçirilən imtahanlarda 116 mindən çox şagirdin iştirakı nəzərdə tutulurdu. Onlardan 43 nəfəri maksimum nəticə – 300 bal toplayaraq imtahanın ən yüksək göstəricisini əldə edib. Eyni zamanda, 10 nəfər imtahan zamanı qaydaları pozduğuna görə prosesdən xaric edilib.
Bir çox şagird uğurla nəticə göstərsə də, aşağı bal toplayanlar, imtahandan kəsilənlər və iştirak etməyənlər də olub.
Son günlərdə yayılan məlumatlara görə, imtahanda iştirak etməyən, yaxud buraxılışdan kəsilən şagirdlərin attestat ala bilməyəcəyi bildirilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları"na əsasən ümumi və tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar:
“Belə şagirdlərə ümumi təhsil müəssisələrində təhsil almalarına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir”.
Məlumatda qeyd edilib ki, buraxılış imtahanlarında iştirak edən şagirdlərə isə topladığı baldan asılı olmayaraq ümumi orta və ya tam orta təhsil haqqında attestat (illik qiymətlər və imtahan balının ədədi ortası hesablanmaqla yekun qiymətlər DİM tərəfindən çıxarılır) verilir.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!