Əli Həşimli Federasiya prezidenti seçildi .....                        Prezident deputatla bağlı sərəncam İMZALADI .....                        Xırdalanda bu gecə işıq olmayacaq .....                        4 aydır boş olan birinci müavin postuna təyinat .....                        Gürcüstan Patriarxı 22 martda dəfn olunacaq .....                        İran 3 ərəb ölkəsinə təcili xəbərdarlıq etdi .....                        Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib .....                        İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ .....                        İsrailli nazir yaralı oğlu ilə foto paylaşdı .....                       
30-01-2026, 15:31
İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək


]İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək

Dövlət Dəniz və Liman Agentliyində təşkil edilən imtahanlarda iştirakla bağlı xidməthaqqı tətbiq olunacaq.
Yeni qaydaya əsasən gəmi heyəti üzvlərinə sertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəzlənməsi üçün təşkil olunan imtahanlarda hər bir namizədin beş dəfə ödənişsiz iştirak etmək hüququ olacaq.
Belə ki, beş dəfə ödənişsiz iştirakdan sonra təkrar imtahanlara görə komandir heyəti vəzifələri üzrə 25 manat, sıravi heyət vəzifələri üzrə isə 10 manat ödəniş tələb olunacaq.
Sözügedən tələblər “Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq tətbiq edilir.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə məbləğlər təsdiq edilib.
Hazırda xidməthaqqılarını yalnız “Azərpoçt” MMC-nin poçt şəbəkəsində olan filiallar vasitəsilə ödəmək mümkündür.
Ödəniş üçün tələb olunan bank rekvizitləri barədə məlumatları linkə keçid edərək öyrənmək mümkündür.
28-01-2026, 22:13
DİM bunun üçün 230 min xərcləyəcək


DİM bunun üçün 230 min xərcləyəcək

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) işçilərinin könüllü tibbi sığortasına sərf olunacaq vəsaitin həcmi məlum olub.
DİM bununla bağlı müvafiq işlər yekunlaşdırılıb.
Belə ki, DİM ümumilikdə 820 işçisini (340 işçi, 480 ailə üzvü (o cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq) sığortalayacaq şirkəti artıq müəyyənləşdirib.
Qurum işçilərinin könüllü tibbi sığortası üçün "Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə razılaşıb və müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, DİM-in 820 işçisinin könüllü tibbi sığortası 237,8 min manata başa gələcək.
27-01-2026, 14:58
Buraxılış imtahanlarında yeni model tətbiq ediləcək


Buraxılış imtahanlarında yeni model tətbiq ediləcək

Gələn ildən buraxılış imtahanlarında xarici dil fənni üzrə müəyyən dəyişikliklər nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların yekun attestasiyası zamanı xarici dil fənləri üzrə istifadə olunacaq imtahan modelini müzakirə edib.
DİM-də keçirlən seminarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və müvafiq dillər (ingilis, fransız, alman və rus dilləri) üzrə mütəxəssislər iştirak ediblər. Həmçinin DİM-in regional bölmələrindən onlayn bağlantı vasitəsilə bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarda bildirilib ki, buraxılış imtahanlarında xarici dil fənləri üzrə qiymətləndirmə modeli mərhələli şəkildə yenilənir və ictimaiyyətə öncədən məlumat verilir. Bu istiqamətdə artıq 2025-ci ildə ilk dəfə olaraq 9-cu sinif buraxılış imtahanında şagirdlər yazı bölməsində şəkillər əsasında hekayə yazmaq tapşırığını yerinə yetiriblər. Sözügedən tapşırıq şagirdlərin təkcə dil biliklərini deyil, həmçinin mətn qurmaq, ideyanı inkişaf etdirmək və yaradıcı düşünmə bacarıqlarını qiymətləndirməyə imkan verir.
Mərhələli yanaşmanın davamı olaraq 2027-ci ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı vasitəsilə, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən az 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Nəzərdə tutulan yeni imtahan modeli nümunəsi ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, bu imtahan modelinə uyğun olaraq Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə Bakı və Sumqayıt şəhərlərinin bəzi məktəblərində pilot imtahanlar keçirilib.
Xatırladaq ki, bu imtahan modelinə uyğun tapşırıq nümunələri və öyrədici materiallar artıq Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş və istifadə olunan xarici dil fənni üzrə dərsliklərdə geniş şəkildə təqdim olunub. Bundan əlavə, tətbiq olunacaq imtahan modelinə uyğun müxtəlif tapşırıq nümunələri DİM-in siniflər üzrə nəşr etdiyi “Qiymətləndirmə tapşırıqları” kitabında, test toplularında da veriləcək.
21-01-2026, 14:38
Türkiyə universiteti Qarabağ şəhidlərinin ailələrinə təqaüd ayırdı


Türkiyə universiteti Qarabağ şəhidlərinin ailələrinə təqaüd ayırdı

Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri üçün mühüm qərar qəbul edib.
ASBÜ KKTC Rektoru Prof. Dr. Enver Arpanın sədrliyi ilə 16 yanvar 2026-cı il tarixində keçirilən ASBÜ KKTC Kampusu İdarə Heyətinin iclasında, 2026/01-08 saylı qərara əsasən Qarabağ müharibəsi şəhidlərinin övladları və həyat yoldaşlarına 100 faiz təqaüd verilməsi təsdiqlənib.
Məsələ ilə bağlı açıqlama verən ASBÜ KKTC-nin rektoru Prof. Dr. Enver Arpa bildirib ki, Azərbaycan Qarabağda mütləq qələbə qazanaraq ərazilərini işğaldan azad edib. Onun sözlərinə görə, bu qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir.
Rektor vurğulayıb ki, ASBÜ KKTC Qarabağ Zəfərini öz zəfəri kimi qəbul edir və bu müqəddəs amal uğrunda canından keçən şəhidlərin əziz xatirəsini daim ehtiramla yad edir. Prof. Dr. Enver Arpa qeyd edib ki, universitet fəaliyyətini “bir millət, üç dövlət” anlayışı əsasında davam etdirir.
“ASBÜ KKTC Kampusu İdarə Heyəti olaraq bu duyğu və düşüncələrlə Qarabağ müharibəsi şəhidlərimizin övladları və həyat yoldaşları üçün təhsil imkanlarının yaradılması barədə qərar qəbul etdik. Məqsədimiz onların ən yaxşı və keyfiyyətli təhsil almasına töhfə verməkdir”,- deyə rektor əlavə edib.
Qeyd edək ki, təqaüddən yararlanmaq istəyən namizədlər ncinternational@asbu.edu.tr elektron poçt ünvanı vasitəsilə müraciət edə və ya ASBÜ KKTC-nin rəsmi internet saytında yerləşdirilən beynəlxalq tələbələr üçün qəbul şərtləri bölməsindən ətraflı məlumat əldə edə bilərlər.
16-01-2026, 18:30
MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB


MİQ imtahanı niyə pullu oldu? - NAZİRLİKDƏN CAVAB

Elm və Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanının ödənişli olmasına münasibət bildirib.
Nazirlikdən bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə «Ümumi təhsil haqqında» Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik nəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak ilk dəfə iştirak edən şəxslər üçün ödənişsiz, təkrar iştirak etmək istəyənlər üçün isə ödənişli olacaq.
Dəyişikliyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, o cümlədən əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə «Müharibə veteranı» adı almış şəxslər MİQ müsabiqəsində təkrar iştirak etdiyi halda, bu ödənişdən azaddırlar.
«Dəyişikliyin aparılmasında məqsəd MİQ müsabiqəsinin dayanıqlılığının təmin edilməsi, iştirakçıların məsuliyyətinin artırılması və büdcə vəsaitlərindən daha səmərəli istifadə olunmasıdır.
Eyni zamanda Qanuna edilən dəyişiklik sosial ədalətlilik prinsipi qorunmaqla müəllim seçiminin keyfiyyətinin yüksəldilməsinə, təkrar və məqsədsiz müraciətləri azaltmaqla resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsinə xidmət edir.
Xərclərin optimallaşdırılması baxımından effektiv alət kimi qiymətləndirilən bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiq olunur», — açıqlamada bildirilir.
Qeyd edilib ki, son on ildə təxminən 50 min nəfərə yaxın namizəd MİQ əsasında müddətsiz əmək müqaviləsi ilə işlə təmin olunub.
14-01-2026, 17:37
Məktəblərdə yeni fənn tədris ediləcək


Məktəblərdə yeni fənn tədris ediləcək

Mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Belə ki, 2026–2030-cu ilə qədər mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə, Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməlidir.
İcraçı qurumlar Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyidir.
12-01-2026, 17:42
Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI


Xaricdə təhsil üçün universitetlərin siyahısı AÇIQLANDI

Azərbaycan gənclərin 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.
Siyahını Elm və Təhsil Nazirliyi açqılayıb.
Təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.
Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid balları tətbiq edilə bilər.
Xüsusi olaraq qeyd edək ki, Dövlət Proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, "Mədəniyyət və incəsənət" sahəsi üzrə də bu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı artırılıb.
Nəzərinizə çatdıraq ki, beynəlxalq reytinq sistemlərində ilk 10-luqda yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün siyahının üzərindəki qeydlərə diqqət etməyinizi xahiş edirik.
Müvafiq siyahı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının əhatə etdiyi universitet və proqramların siyahısı
12-01-2026, 17:18
Direktor yaralandı, üstəlik 1000 manat cərimələndi


Direktor yaralandı, üstəlik 1000 manat cərimələndi

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb.
Hhadisə 3 noyabr 2025-ci il tarixində gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib.
Nizami Əhmədov otağında olarkən tavan qoparaq üzərinə düşüb. Nəticədə məktəb direktoru baş, boyun və əl nahiyələrindən ciddi xəsarətlər alıb. Eyni zamanda, otaqda olan gimnaziyanın fiziki tərbiyə müəllimi İ.Ə.-də yaralanıb.
Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə nəticəsində otağa da ciddi maddi ziyan dəyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti hadisəyə görə Nizami Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol yazıb və direktor 1000 manat cərimə edilib. Buna səbəb isə məktəb rəhbərliyinin hadisə ilə bağlı müvafiq qurumlara məlumat verməməsi olub.
Direktor məhkəməyə müraciət edərək, nazirlik tərəfindən tətbiq olunan protokolun ləğv edilməsini tələb edib. O bildirib ki, hadisə ilə bağlı təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinə dərhal məlumat verilib. Müvafiq qərarla nazirliyin direktor barəsində protokolu ləğv olunub.
8-01-2026, 23:18
Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş


Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş

2024-2025-ci tədris ilində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin Salyan rayonu Ataxan Sadıqov adına Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin qəzalı vəziyyətdə olması ilə bağlı rəyi nəzərə alınaraq məktəbin şagirdləri və işçilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədris prosesi müvəqqəti dayandırılıb.
Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən tədris prosesi 2–3 km məsafədə yerləşən Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində davam etdirilib, şagirdlərin müvafiq nəqliyyat vasitələri ilə daşınması təmin edilib.
2025-ci il dekabrın 26-da Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbində dərs saatları başa çatdıqdan sonra binanın bəzi sinif otaqlarında tavanın suvaq qatının yerə tökülməsi halları qeydə alınıb. Hadisə ilə bağlı Regional Təhsil İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin məsul əməkdaşları tərəfindən məktəb binasına baxış keçirilib və tədris prosesinin davam etdirilməsinin təhlükəli olduğu bildirilib.
Şagirdlərin və məktəb kollektivinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda tədris prosesinin fasiləsizləsizliyinin təmin edilməsi məqsədilə hər iki məktəbin şagirdlərinin Azər Əliyev adına Aşağı Kürkənd kənd tam orta ümumtəhsil məktəbində təhsil alması, onların daşınmasının isə müvafiq nəqliyyat vasitələri ilə həyata keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda bildirilib ki, 2026-cı ildə Aşağı Noxudlu kənd tam orta ümumtəhsil məktəbi üçün yeni məktəb binasının tikintisi ilə bağlı qərar qəbul edilib. Paralel olaraq Yuxarı Noxudlu kənd tam orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir olunması nəzərdə tutulub.
8-01-2026, 17:43
Diplomların dublikatının verilməsi qaydası təsdiqləndi


Diplomların dublikatının verilməsi qaydası təsdiqləndi

Ali təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi qaydası təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərara əsasən, bu qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan diplomun dublikatı verilir.

Ərizəçi elektron kabinetinə daxil olaraq diplomun dublikatının verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və ya məhv olmuş diplomla bağlı özündə olan və ya başqa mənbələrdən (o cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil edir və ərizəni təsdiq edir.
Ərizəçi elektron kabinetində olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır. Elektron kabinetə ərizə və ya sənədlərdə qeyridəqiqlik (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq etməlidir.
Diplomun dublikatı arxiv sənədləri (müəssisəyə qəbul və müəssisədən məzunolma barədə əmrlər, dövlət imtahan komissiyasının protokolu (yekun dövlət attestasiyası nəzərdə tutulduğu halda), təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında tərtib olunur.
Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü ərzində müraciətə baxılaraq diplomun dublikatı hazırlanır və ərizəçinin elektron kabinetində yerləşdirilir.
Diplomun dublikatı bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq (ali təhsil müəssisəsi yenidən təşkil edildiyi halda həmin müəssisənin hüquqi varisi olan ali təhsil müəssisəsinin, ləğv olunduğu halda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisəsinin rəhbəri tərəfindən) təsdiq edilir.
İtirilmiş diplomun və diploma əlavənin əvəzinə arayışın verilməsi qadağandır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!