Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
4-12-2025, 16:54
Əmək müqaviləsi bağlanan bu tələbələrə ödəniş ediləcək


Əmək müqaviləsi bağlanan bu tələbələrə ödəniş ediləcək

Tələbələrlə praktika dövründə əmək müqaviləsinin bağlanması nəzərdə tutulur. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər paketində öz əksini tapıb. Yeni dəyişikliklərə əsasən, təhsilalanlar istehsalat təlimi və təcrübə keçdikləri müddətdə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi ilə ölkə ərazisində əmək fəaliyyəti göstərdikdə, onlarla əmək müqaviləsi bağlanacaq.
Lakin tələbələrlə əmək müqaviləsi imzalanacağı təqdirdə, onlara bu fəaliyyətə görə hər hansı ödənişin verilib-verilməyəcəyi hələlik məlum deyil.
Mövzu ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə sözügedən istiqəmətdə edilən dəyişikliyi mütərəqqi qiymətləndirib. Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, bu, işləyənlərin hüquqlarının daha geniş səpkidə qorunması üçün tətbiq edilən səmərəli bir modeldir.
“Təcrübəçilər və ya orada praktika keçən tələbələr son məhsulun və göstərilən xidmətin əldə olunmasında birbaşa iştirak edirlər. Onlar zəhmət çəkir, vaxt sərf edirlər. Bu baxımdan, onların əməyinin ödənilməsi olduqca vacibdir.
Digər tərəfdən, təcrübə keçən tələbələr istehsalat prosesinin içində iştirak edirlər. Ona görə də onların əmək təhlükəsizliyinin qorunması da bu müqavilədə öz əksini tapacaq. Hesab edirəm ki, bu dəyişiklik gənclərin istehsalat təcrübəsi keçməsinə marağını artırmaqla yanaşı, habelə təcrübəçilərin ödəniş olmadığı üçün təcrübədən imtina hallarını da minimuma endirəcək”.
Deputat həmçinin vurğulayıb ki, bu, imkan verəcək ki, son məhsulun əldə edilməsində iştirak edən hər bir kəs, həm əmək kollektivinin üzvləri, idarəedicilər, təcrübə keçənlər, tələbələr və ya qısa müddətlik əmək fəaliyyətində iştirak edənlər zəhmətlərinə görə maddi baxımdan qiymətləndirilsin. Onun fikrincə, dünya praktikasında da belə modellər mövcuddur və Azərbaycan da bu təcrübələrin müasir şəraitdə tətbiqində maraqlıdır.
1-12-2025, 19:49
Azərbaycanda bu müəllimlərin maaşı ARTIRILDI - RƏSMİ


Azərbaycanda bu müəllimlərin maaşı ARTIRILDI - RƏSMİ

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilmişdir. Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edilib.
Elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb.
Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olmuşdur:

- Professor 2150 AZN

- Dosent 1700 AZN

- Baş müəllim 1500 AZN

- Müəllim 1350 AZN

Qeyd etmək lazımdır ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə etmişdir.
Əməkdaşlar yanvar ayının 1-dən əmək haqlarını artımla alacaqlar.
1-12-2025, 19:17
Cəbrayılda yeni məktəb - FOTO


Cəbrayılda yeni məktəb - FOTO

Bu gün Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.
Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.
Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib. O, işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.
Tədbirdə məktəbin direktoru Zamiq Həmzəyev də çıxış edərək kollektivə uğurlar arzulayıb, məktəbdə yaradılan şərait və qarşıya qoyulan təhsil hədəfləri haqqında məlumat verib.
Digər qonaqlar da çıxış edərək sevinclərini ifadə edib və məktəbin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Daha sonra iştirakçılar yeni tikilmiş məktəbdə yaradılan şərait və tədris prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, cari tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində 103 şagirddən ibarət 11 sinif formalaşdırılıb və 17 müəllim tədris aparacaq.







1-12-2025, 14:47
BDU-nun korpusu təmirə bağlanır


BDU-nun korpusu təmirə bağlanır

BDU-nun 1 saylı tədris korpusunda ən müasir standartlara cavab verən əsaslı təmir planlaşdırlır. Qanunvericiliyə müvafiq olaraq, bununla əlaqədar sənədləşmə işləri aparılır və proses bitmək üzrədir.
Bu Bakı Dövlət Universitetindən bildirilib.
Qeyd edilib ki, əsaslı təmirdə binanın zirzəmisindən damına qədər bütün mərtəbələr, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulacaq, elmi-tədqiqat laboratoriyaları yeni cihaz və qurğularla təchiz olunacaq. Binada yerləşən kitab fondları və oxu zalları yenilənəcək, professor-müəllim heyəti üçün yaradıcılıq otaqları, xüsusi müzakirə otaqları və s. yaradılacaq. Binanın bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənəcək. Auditoriyalar ən müasir elektron avadanlıqlar, kondisioner və mebellərlə təzhiz olunacaq. Eyni zamanda binanın həyətyanı sahəsi və Universitetin ümumi girişi yenidən qurulacaq, abadlaşdırılacaq.
İnfrastrukturun yenilənməsi Universitetin ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Tədris prosesinin təkmilləşdirilməsi, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi məqsədilə maddi-texniki bazanın müasir tələblərə cavab verməsi üçün tədbirlər görülür.
Binanın əsaslı təmiri zamanı tələbələr müasir tədris prosesi üçün zəruri şəraiti olan məkanda dərslərinə davam edəcəklər. Tədrisin fasiləsizliyi təmin olunacaqdır.
28-11-2025, 17:08
Bakı məktəblərində istiliklə bağlı SON VƏZİYYƏT


Bakı məktəblərində istiliklə bağlı SON VƏZİYYƏT

Sosial mediada Bakının bəzi məktəblərində qızdırıcıların işləməməsi barədə iddialar səslənir.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, təhsil müəssisələrinin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb və qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görülür.
"Məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır, hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, aidiyyəti qurumlara müraciət olunur".
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrindən 249-u “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 301-i fərdi qazanxana vasitəsilə, 4-ü fərdi və mərkəzləşdirilmiş qaydada, 127-si isə kombi sistemi vasitəsilə istiliklə təchiz edilir" - deyə cavabda qeyd edilib.
28-11-2025, 16:31
Azərbaycanda daha bir universitet bağlanır? - Nazirdən cavab


Azərbaycanda daha bir universitet bağlanır? - Nazirdən cavab

Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.
Bu barədə Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, hazırda belə bir qərar yoxdur: "Azərbaycandakı mövcud qaydalara uyğun olaraq həm Naxçıvan Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu ali təhsil müəssisəsi kimi fəaliyyətlərini davam etdirirlər".
Qeyd edək ki, son günlər Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı, bundan sonra Muxtar Respublikada yalnız Naxçıvan Dövlət Universitetinin (NDU) fəaliyyət göstərəcəyi ilə bağlı iddialar yayılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü ildə ali təhsil ocağı müstəqil instituta çevrilib.
Universitetə ötən ilədək Azad Novruzov rəhbərlik edib. Onun Ali Məclisə deputat seçilməsindən sonra yerinə təyinat olmayıb. Universitetin 1 ildən artıqdır rektorsuz fəaliyyət göstərməsi onun ləğv ediləcəyi barədə iddiaları daha da gücləndirib.
Onu da qeyd edək ki, Naxçıvanda ötən il daha bir universitet bağlanıb. Belə ki, 2024-cü il sentyabrın 3-də özəl universitet ləğv olunduğunu elan edib.
28-11-2025, 11:55
Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində öldü


Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində öldü

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.
Noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.
Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.
Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.
25-11-2025, 17:41
Kəlbəcərdə təhsil kompleksi tikilir


Kəlbəcərdə təhsil kompleksi tikilir

Kəlbəcərdə tikintisi davam etdirilən təhsil kompleksinin gələn il təhvil verilməsi gözlənilir.
Bunu Kəlbəcərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında deyib.
Onun sözlərinə görə, şəhər parkı, İşğal və Zəfər muzeyləri kompleksinin, habelə İstisu qəsəbəsinin layihələndirmə işləri aparılır.
“Bölgənin sağlamlıq və turizm potensialının artırılmasında mühüm əhəmiyyət daşıyan İstisu Müalicə İstirahət Kompleksinin də 2026-cı ildə təhvil verilməsi gözlənilir”.
24-11-2025, 16:43
Tuğda məktəb və bağça yenilənir – 3.2 milyon manatlıq layihə


Tuğda məktəb və bağça yenilənir – 3.2 milyon manatlıq layihə

Ağdam, Füzuli və Xocavənddə tikinti və bərpa xidmətləri üçün 3.2 milyon manatlıq müsabiqə elan edildi.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ Xocəvənd rayonunun Tuğ qəsəbəsi üzrə bir sıra obyektlərin bərpası ilə bağlı yeni satınalma elan edib.
2025/AT/00680/V1 nömrəsi ilə keçirilən müsabiqə məktəb, uşaq bağçası və qazanxana kimi qeyri-yaşayış binalarının təmir-bərpası, həmçinin kommunikasiya, yaşıllıq və abadlıq işlərinin satın alınmasını əhatə edir.
Layihənin ehtimal olunan dəyəri 3 225 963,20 AZN təşkil edir.
21-11-2025, 00:20
Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir


Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir

“Bu gün ölkədə sadəcə müəllimlər saathesabı işləyir, digər iş yerlərində insanlar bu və ya digər formada tam ştatda işləyirlər. Digər işlərdə bununla bağlı problem yoxdursa, məktəblərdə də tənzimləmər olacaq. Təbii ki, müvafiq yoxlamalarla bunu həmişə müəyyən etmək mümkündür”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev "İTV"də yayımlanan “Diqqət mərkəzi” proqramında deyib.
Nazir qeyd edib ki, müəllimlərin tamştatlı modelə keşməsi hələ ki pilot layihə kimi həyata keçirilir:
“Biz az sayılardan başlayırıq, hələ 20 minə 2030-cu ilə çatmaq istəyirik. Biz 2027-də bir neçə mindən, hansısa pilot layihələrlə başlayırıq. Yəni bu adı çəkilən məktəblərdə bunun nəzarət mexanizminin də pilotu olmalıdır. Təbii ki, müəllimin fəaliyyətinin qiymətləndirilməsi də olmalıdır”.
Emin Əmrullayev, həmçinin bu prosesə nəzarət mexanizmalarından da danışıb:
“Müəllimin illik saat norması müəyyən olunur ki, sən tamştatlı müəllimsən, bu qədər saatda bu işi görəcəksən, dərs deyəcəksən. Bundan başqa sənin bu, bu, bu işlərin var. Onların nəticələri,- şərti olaraq summativ testlər yazmaq lazımdır, summativ testlər göstərilir. Valideynlərlə görüşlər keçirilməlidir, nə qədər görüş keçirirsən o görüşlərin sayı rəsmiləşdirilə bilər və yaxud şərti olaraq tədbirlərin təşkili və s. və ilaxır.
“Yəni düşünürəm ki, hər bir işə bir nəzarət mexanizmi tapmaq olar. Bunu belə böyük bir risk kimi görmək lazım deyil ki, guya qiymətləndirilmir”- deyə nazir sonda qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!